Əmək müqaviləsi bağlamadan işə götürən vergi ödəyicisini hansı cəza gözləyir?
Son zamanlar işçilərlə əmək müqaviləsi bağlamadan onları iş götürən müəssisələrin sayı çoxalıb.
Bəs qanunla bu sahibkarları hansı cəza gözləyir?
Mövzu ilə bağlı BiG.AZ-a danışan vəkil Rəşad Əliyev bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyət yaradır. Bu əmələ yol vermiş fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir:
"Əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni on nəfər və ondan çox işçinin əməyə cəlb edilməsi isə cinayət məsuliyyəti yaradır. Belə ki, Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən - Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə isə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur.
Bu Məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir və bu yalnız 1 dəfə tətbiq edilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1540 Tarix: 07 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!
Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında
14:13 150 Tramp İran müharibəsinin ABŞ-da ara seçkilərdən sonra bitəcəyini deyir və Pikaks dağına hücum etməklə hədələyir
ABŞ prezidenti Donald Tramp noyabr ayında keçiriləcək ABŞ ara seçkilərindən sonra İranla müharibənin bitəcəyini gözlədiyini bildirib və altı aylıq müharibənin başlanğıcından bəri iki tərəf gəmiçiliyə ən böyük hücum dalğasını başlatdıqdan sonra İslam Respublikasının nüvə proqramı ilə əlaqəli bir əraziy
10:35 168 Bu məhsullar bahalaşıb - Siyahı
2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb. "Qafqazinfo"
16:21 130 "Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi dözmədi, partladı"
Aparıcı Elgiz Əkbər mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı xatirələrini bölüşüb. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin ölümündən iki gün əvvəl onunla görüşüb söhbət etdiyini bildirib. Elgiz Əkbər C.Məmmədovun həmin vaxt rənginin qaraldığını deyib. "Cavanşir Məmmədovun ürəyi partladı
16:41 147 İsveçrədə su elektrik stansiyasında partlayış - yaralılar var
İsveçrənin cənubunda, Piotta şəhərində yerləşən Ritom su elektrik stansiyasında partlayış baş verib. Bu barədə "20 Minuten" nəşri məlumat yayıb. Partlayış çərşənbə günü səhər saatlarında baş verib. Polis nümayəndəsinin sözlərinə görə, iki nəfər ağır xəsarət alıb, obyektin bir hissəsinə ziya
09.09.2026 230 İranın cənubundakı Sirik bölgəsində bir neçə əraziyə mərmilər düşüb
İran dövlət mediasının verdiyi məlumata görə, çərşənbə günü İranın cənubundakı Sirik bölgəsində bir neçə əraziyə mərmi atılıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, zərbələr, o cümlədən dəymiş ziyanın miqyası və ya potensial itkilər barədə əlavə məlumat hələlik verilməyib. Müəllif: İlki
11:21 158 NATO müttəfiqləri Rusiyanın sualtı kabellərə qarşı mümkün sabotaj planının qarşısını alıb
Bu ilin yazında Arktikanın Svalbard arxipelaqı yaxınlığındakı sularda NATO müttəfiqləri Rusiyanın kritik sualtı kabelləri sıradan çıxarmaq üçün nəzərdə tutulan gizli əməliyyatının qarşısını alıb. Reuters-in iki Qərb rəsmisinə istinadən verdiyi məlumata görə, Rusiyanın Dərin Dəniz Tədqiqatları Baş İdarəs
10:57 221 Oksana artıq çəkidən şikayətləndi
Aktrisa Oksana Rəsulova artıq çəkidən şikayətlənib. Axşam.az xəbər verir ki, aktrisa çəkisinin 60 kiloqrama çatdığını bildirib. O, uzun müddətdir pəhriz saxlamasına baxmayaraq, artıq çəkidən xilas ola bilmədiyini deyib. "İndi analizlər verib, düzgün istiqamət seçdim. 60 kiloqramam. Hədəfim 52 kiloqram
12:04 248 "BBC-nin gələcəyini müəyyən edəcək gizli proses": Britaniyanın əsas media qurumu hansı təhlükə ilə üz-üzədir?
Britaniyanın BBC telekanalının gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi proses başlayıb. The Guardian yazır ki, BBC-nin hazırkı Kral Xartiyasının müddəti 31 dekabr 2027-ci ildə başa çatır. Yeni xartiya qəbul edilməsə, BBC hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq. Bu halda qurum əməkdaşların
15:07 148