Peyvənd vurulandan sonra 4 aylıq körpənin vəziyyəti ağırlaşıb? (VİDEO)
"Vurulan peyvənddən sonra 4 aylıq körpənin vəziyyəti ağırlaşıb".
Qaynarinfo-nun Xəzər TV-yə istinadla verdiyi xəbərə görə, bu barədə körpənin atası, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi sakini Həsən Mirzəyev iddia edir.
H.Mirzəyev Sabunçu rayonu 12 saylı şəhər polikninkasının sahə həkimi Elnurə Qurbanovadan şikayətçidir.
Onun iddiasına görə, E.Qurbanova körpəni müayinə etmədən ona iynə vurub və nəticədə uşağı ağır xəstə olub.
H.Mirzəyev "YeniGündəm"ə açıqlamasında isə deyib:
"Bizim 4 aylıq körpə uşağı sahə həkimi Qurbanova yoxlamadan, analiz və heç bir müayinə etmədən peyvənd edərək pis hala qoyub. Həm də razılığımız olmadan. Savadsız həkim allergiyası olan uşağa müayinəsiz göy öskürəyə qarşı peyvənd edib. Uşaq həmin gündən 39-40 dərəcə qızdırma içindədir. Neçə gündü vəziyyət ağır olaraq qalır. Bir çox müayinədən sonra məlum olub ki, qanına infeksiya düşüb və üstəlik uşaqda anemiya yaranıb. Həkimlərin dediyinə görə, bu cür xəstə uşaqlara qan analizi yoxlanmadan qəti peyvənd vurmaq olmaz. Hazırda uşağın bütün orqanlarnda iltihabılaşma başlayıb. Hətta dedilər ki ürək klapanlarının hər birində iltihab var, həmçinin qaraciyər böyüməsi, böyrəklər və sidik yollarında ciddi fəsadlar yaranıb. Bütün qan göstəriciləri yüksəlib".
Həkim Elnurə Qurbanova isə Xəzər Tv-yə verdiyi açıqlamada deyilənləri təkzib edib. Onun sözlərinə görə, peyvənddən öncə qan analizi edilib, hər şey qaydasında olub. Onun sözlərinə görə, vurulan peyvəndin heçm bir əks-təsiri yoxdur.
Daha ətraflı video süjetdə:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1114 Tarix: 07 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!
Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında
14:13 150 Tramp İran müharibəsinin ABŞ-da ara seçkilərdən sonra bitəcəyini deyir və Pikaks dağına hücum etməklə hədələyir
ABŞ prezidenti Donald Tramp noyabr ayında keçiriləcək ABŞ ara seçkilərindən sonra İranla müharibənin bitəcəyini gözlədiyini bildirib və altı aylıq müharibənin başlanğıcından bəri iki tərəf gəmiçiliyə ən böyük hücum dalğasını başlatdıqdan sonra İslam Respublikasının nüvə proqramı ilə əlaqəli bir əraziy
10:35 168 Bu məhsullar bahalaşıb - Siyahı
2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb. "Qafqazinfo"
16:21 130 "Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi dözmədi, partladı"
Aparıcı Elgiz Əkbər mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı xatirələrini bölüşüb. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin ölümündən iki gün əvvəl onunla görüşüb söhbət etdiyini bildirib. Elgiz Əkbər C.Məmmədovun həmin vaxt rənginin qaraldığını deyib. "Cavanşir Məmmədovun ürəyi partladı
16:41 147 İsveçrədə su elektrik stansiyasında partlayış - yaralılar var
İsveçrənin cənubunda, Piotta şəhərində yerləşən Ritom su elektrik stansiyasında partlayış baş verib. Bu barədə "20 Minuten" nəşri məlumat yayıb. Partlayış çərşənbə günü səhər saatlarında baş verib. Polis nümayəndəsinin sözlərinə görə, iki nəfər ağır xəsarət alıb, obyektin bir hissəsinə ziya
09.09.2026 230 İranın cənubundakı Sirik bölgəsində bir neçə əraziyə mərmilər düşüb
İran dövlət mediasının verdiyi məlumata görə, çərşənbə günü İranın cənubundakı Sirik bölgəsində bir neçə əraziyə mərmi atılıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, zərbələr, o cümlədən dəymiş ziyanın miqyası və ya potensial itkilər barədə əlavə məlumat hələlik verilməyib. Müəllif: İlki
11:21 158 NATO müttəfiqləri Rusiyanın sualtı kabellərə qarşı mümkün sabotaj planının qarşısını alıb
Bu ilin yazında Arktikanın Svalbard arxipelaqı yaxınlığındakı sularda NATO müttəfiqləri Rusiyanın kritik sualtı kabelləri sıradan çıxarmaq üçün nəzərdə tutulan gizli əməliyyatının qarşısını alıb. Reuters-in iki Qərb rəsmisinə istinadən verdiyi məlumata görə, Rusiyanın Dərin Dəniz Tədqiqatları Baş İdarəs
10:57 221 Oksana artıq çəkidən şikayətləndi
Aktrisa Oksana Rəsulova artıq çəkidən şikayətlənib. Axşam.az xəbər verir ki, aktrisa çəkisinin 60 kiloqrama çatdığını bildirib. O, uzun müddətdir pəhriz saxlamasına baxmayaraq, artıq çəkidən xilas ola bilmədiyini deyib. "İndi analizlər verib, düzgün istiqamət seçdim. 60 kiloqramam. Hədəfim 52 kiloqram
12:04 248 "BBC-nin gələcəyini müəyyən edəcək gizli proses": Britaniyanın əsas media qurumu hansı təhlükə ilə üz-üzədir?
Britaniyanın BBC telekanalının gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi proses başlayıb. The Guardian yazır ki, BBC-nin hazırkı Kral Xartiyasının müddəti 31 dekabr 2027-ci ildə başa çatır. Yeni xartiya qəbul edilməsə, BBC hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq. Bu halda qurum əməkdaşların
15:07 148