Valideyn məktəbdə müəllimə bıçaqla xəsarət yetirdi - Yenilənib
Goranboyda orta məktəbdə insident baş verib.
BiG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında qeydə alınıb.
Kənd sakini 1999-cu il təvəllüdlü Əfsanə Rzayeva Hazırəhmədli kənd tam orta məktəbinin binasına daxil olaraq bıçaqla müəllimin əlinə xəsarət yetirib. Həmçinin onun şagirdlərə də xəsarət yetirməyə cəhd etdiyi bildirilir.
DİN-in Mətbuat Xidmətinin regional qrupun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo"nun sorğuuna cavab olaraq bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Hazırəhmədli kənd sakini olan bir nəfər qadın valideynin kəsici-deşici alətlə məktəbə gəlməsi, övladını döyməsi və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları məktəbə gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisəni törətməkdə şübhəli bilinən Ə.Rzayeva saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aprelin 3-də Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbdə insident baş verib:
"2-ci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib. Sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəllimə müvafiq tibbi yardım göstərilib. Şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edirik ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1189 Tarix: 03 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Mehtər marşı" qalmaqalı: Diplomatik mesaj, yoxsa dövlət protokolu?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO Sammiti çərçivəsində Yunanıstanın Baş naziri Kiriakos Miçotakisi "Mehtər marşı"nın sədaları altında qarşılaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xarici istifadəçilərin bir qismi bunu Yunanıstana ünvanlanmış simvolik mesaj kim
10.07.2026 253 Paltaryuyan maşındakı "kəpənək" işarəsi nə deməkdir?
Müasir paltaryuyan maşınların idarəetmə panelində müxtəlif işarələr yer alır. Əksər istifadəçilər adətən "Pambıq" və ya "Sintetika" proqramlarından istifadə etsələr də, bəzi simvolların mənası çoxlarına məlum deyil. Onlardan biri də kəpənək işarəsidir. Mütəxəssislərin sözlərinə görə
10.07.2026 224 Qaraciyər köçürülən aktyorun işləməsinə icazə verildi
Bir neçə ay öncə qaraciyər köçürülən türkiyəli aktyor Ufuk Özkan artıq çəkiliş meydançasına qayıtmağa hazır olduğunu açıqlayıb. "Qafqazinfo" "Sabah"a istinadən xəbər verir ki, aktyor sağlamlığının qaydasında olduğunu və həkimlərdən işinin başına qayıtmaq üçün lazımi razılığı aldığın
10.07.2026 278 Bağçalara qəbul MyGov üzərindən olacaq - Yeni sistem valideynlərin işini asanlaşdıracaqmı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesində mühüm yenilik tətbiq olunur. Yeni qərara əsasən, dövlət uşaq bağçalarına qəbul artıq MyGov platforması üzərindən həyata keçiriləcək. Rəqəmsal xidmətlərin genişləndirilməsi çərçivəsində atılan bu addımın sənəd qəbulunu daha şəffaf, sürətl
10.07.2026 245 Ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən yaxşı şəhəri seçildi (SİYAHI)
Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci il dünyanın yaşamaq üçün ən əlverişli şəhəri seçilib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu nəticə "Economist Intelligence Unit" ("EIU") analitik mərkəzinin 2026-cı il üzrə Qlobal Yaşayış Keyfiyyəti İndeksində əks olunub. Hə
10.07.2026 162 ABŞ İsraili İranla müharibədən uzaq tutmağa çalışır
CNN-in yaydığı məlumata görə, ABŞ administrasiyası İsrail ilə İran arasında münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır və İsraili müharibənin yeni mərhələsinə cəlb etməmək üçün diplomatik səylərini artırıb. Vaşinqton hesab edir ki, münaqişənin yenidən alovlanması Yaxın Şərqdə vəziyyət
10.07.2026 165 Türkmənistan Azərbaycandakı səfirliyi üçün yeni bina tikəcək
Türkmənistan Azərbaycandakı səfirliyi üçün yeni inzibati bina tikməyi planlaşdırır. "Qafqazinfo" "Turkmen Portal" nəşrinə istinadən xəbər verir ki, Türkmənistanın Tikinti və Memarlıq Nazirliyi səfirliyin yeni inzibati binasının tikintisi üçün beynəlxalq müsabiqə elan edib. Müsabiqəd
10.07.2026 199 İyun ayı tarixə düşdü
Qərbi Avropada müşahidə olunan güclü istilər fonunda 2026-cı ilin iyun ayı region tarixində ən isti iyun ayı kimi qeydə alınıb. Ötən ay həmçinin qlobal miqyasda müşahidələr tarixinin ikinci ən isti iyun ayı olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S
10.07.2026 133 Zelenski: NATO ölkələri Ukraynanın üzvlüyündən fayda görəcəklər
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsinin NATO-ya üzvlüyünü dəstəkləyən dövlətlərin sayı getdikcə artır. xəbər verir ki, o, bu barədə "Noviny.LIVE" Telegram kanalının yaydığı açıqlamada danışıb. Zelenskinin sözlərinə görə, Ukraynanın hərbi-sənaye kompleksi və ordusu artı
10.07.2026 182