Daha bir tibb müəssisəsinin rəhbərindən ŞİKAYƏT - "Röyanə Quluzadə 8 aylıq uşağımı müayinə edə-edə sosial şəbəkə üçün video çəkirdi"
Sabunçu rayonu, Yefim Saratov küçəsi 12 ünvanında yaşayan Qurbanova Ləman Azər qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, "Reflex" Reabilitasiya Mərkəzinin baş həkimi Röyanə Quluzadədən şikayətçidir:
"Mən, Qurbanova Ləman Azər qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bu yaxınlarda 8 aylıq övladım Quliyev Fatehin səhhətində yaranmış problemlə bağlı "Reflex" Reabilitasiya Mərkəzinə üz tutduq. Həkimin adını, soyadını internet vasitəsilə tapmışdım. Biz həmin həkimin qurbanı olduq. Həm 100 manat pulumuz getdi, həm də uşağı normal müayinə etmədi. Həkimdən doğru-dürüst cavab belə, ala bilmədik.
Deməli, Röyanə Quluzadə "Reflex" Reabilitasiya Mərkəzində baş həkimdir, USM aparatında xəstələri müayinə edir. Nevroloq və pediatr kimi də bu xəstəxanada fəaliyyət göstərir. Bir sözlə, o, sözün bütün mənalarında bu xəstəxananı idarə edir. Məhz bu səbəbdən də, ondan şikayət çox olur.
Bayram günü olduğuna görə, xəstəxanaların çoxu işləmirdi. Uşağın anidən xəstələnməsi həkimi tanımağımıza vəsilə oldu.
Qeyd edim ki, uşağımı USM aparatına saldıq. Adını həkim qoyan bu şəxs uşağı müayinə edə-edə sosial şəbəkə üçün video çəkirdi. 8 aylıq uşağın həyatını heçə sayaraq, məşhur olmaq həvəsindədir. Dilsiz-ağızsız bir körpədir deyə, hər zülmü verməlidirlər? Verdiyim pul da haramı olsun. Bütün bunları da qoyduq bir qırağa, uşağı götürüb evə gəldik.
Axşam saatlarında uşağın vəziyyəti yenidən dəyişdi. Həkimə zəng vurub kömək istədim. O qədər kobud cavab verdi ki, sanki müayinə vaxtı video çəkməsinə susmalıydım. Mən iradımı bildirdim. Həmin vaxt körpə uşaq müayinə olunmalı idi.
Səhiyyə Nazirliyindən xahiş edirəm ki, belə həkimlər haqqında tədbir görülsün. Həm canımızı, həm də pulumuzu alırlar".
Məsələ ilə bağlı Röyanə Quluzadə ilə əlaqə saxlaya bilmədik.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2131 Tarix: 03 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999