Veysəloğlu Şirkətlər Qrupu, MŞ və TŞİİB-lə birgə jurnalistlər üçün araşdırma müsabiqəsinə start verdi

Veysəloğlu Şirkətlər Qrupu, MŞ və TŞİİB-lə birgə jurnalistlər üçün araşdırma müsabiqəsinə start verdiVeysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında "Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu" mövzusunda araşdırma müsabiqəsi keçirir.

1. Müsabiqənin istiqamətləri
"Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu" mövzusunda yaradıcılıq müsabiqəsi üzrə istiqamətlər aşağıdakılardır:
Şəbəkə marketləri, kiçik və orta bizneslərin inkişafı;
Yerli istehsalın və tədarükçülərin inkişafında şəbəkə marketlərinin rolu;
Logistikanın inkişafı və şəbəkə marketləri;
Şəbəkə marketlərinin qısa (və optimal) ərzaq tədarükü zəncirinin yaradılmasında rolu;
Şəbəkə marketləri və ərzaq təhlükəsizliyi;
İqtisadiyyatın dayanıqlı inkişafı və şəbəkə marketləri;
AQTA və digər requlyatorların şəbəkə marketlərinin inkişafında rolu;
Şəbəkə marketlərinin yeni iş yerlərinin (qadın və gənc) yaranmasında daşıdığı missiya;
Şəbəkə marketləri qeyri-neft sektorunda böyük vergi ödəyicisi kimi;
Şəbəkə marketlərinin və ölkədə investisiya mühiti;
Şəbəkə marketlərinin ərzaq təhlükəsizliyi və müştəri məmnuniyyətində rolu;
Şəbəkə marketlərinin iqtisadiyyatda tələb-təklif qanununun işləməsindəki rolu.
Yuxarıda sadalanan istiqamətlərə ayrı-ayrılıqda (konkret götürülməklə) və ümumi şəkildə (hamısı eyni müsabiqə materialında olmaqla) istinad edilə bilər.

2. Müsabiqə üzrə mükafatlandırma
Müsabiqə üzrə mükafatlandırma aşağıdakı qaydada aparılacaq:
• I yer – 3 nəfər – hər biri 1500 manat
• II yer – 3 nəfər – hər biri 1000 manat
• III yer – 3 nəfər – hər biri 800 manat
• Həvəsləndirici mükafat – 10 nəfər – hər biri 300 manat
Müsabiqə laureatlarının adları 2025-ci il may ayının ikinci ongünlüyündən gec olmayaraq açıqlanacaq.

3. Müsabiqə şərtləri
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
• Mövzunun dolğun əhatə edilməsi səviyyəsinə;
• Faktlardan düzgün istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
• İfadə vasitələrinin zənginliyinə;
• Oxucu üçün informasiyalılıq dərəcəsinə;
• Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Müsabiqəyə 3 aprel 2025-ci il tarixindən 3 may 2025-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanmış, həmçinin telekanallarda efirə verilmiş videomateriallar, videoçarxlar, radiolarda səsləndirilmiş audiomateriallar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Telekanal və radio materialları 7 dəqiqəni keçməməlidir. Müsabiqə materiallarında Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin "Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu" mövzusundakı birgə müsabiqəsinə təqdim olunur" qeydi yer almalıdır. Müsabiqə materialının yayımlandığı media subyekti media reyestrindən keçməlidir. Adı media reyestrində olmayan media subyektlərində yayımlanmış materiallar müsabiqə materialı kimi nəzərə alınmayacaq. Müsabiqə materialının müəllifi konkret media subyektində çalışmalı və material onun çalışdığı media subyektində yayımlanmalıdır.

4. Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazı və multimedia materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.
Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:
- müəllifin konkret media subyektində işləməsi və ya əməkdaşlıq etməsi barədə sənədin (vəsiqənin və ya media subyektindən arayışın) surəti;
- şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
- müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi, multimedia materialının diski;
- materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
- diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);
- yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.
Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.

Təqdimatda yer almalıdır:
• Müsabiqə yazısı ("Word" faylında, imzasız);
• Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında);
• Yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən "link" və sair vasitələr;
• Yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud "Word" faylında);
• Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.

Müsabiqəyə yazılar və multimedia materialları [email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 3 aprel 2025-ci il tarixdən 3 may 2025-ci il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz, 4 ünvanında (əvvəlki Teymur Əliyev, 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək. Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə: (+994 12) 441 35 96

Mobil/vatsap: (+994 50) 242 09 91, (+994 55) 789 85 03


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 678   Tarix: 03 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Almaniyada baş verənlər Avropa üçün xəbərdarlıqdır" - BƏHRUZ QULİYEV

"Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə "Almaniya üçün Alternativ" ( AfD) partiyasının təxminən 44 faiz səslə birinci olması təkcə regional seçkinin nəticəsi kimi qiymətləndirilməməlidir. Bu, Almaniya cəmiyyətində mövcud siyasi kursa, miqrasiya siyasətinə, iqtisad

12:09 189
.

İsveçrədə su elektrik stansiyasında partlayış - yaralılar var

İsveçrənin cənubunda, Piotta şəhərində yerləşən Ritom su elektrik stansiyasında partlayış baş verib. Bu barədə "20 Minuten" nəşri məlumat yayıb. Partlayış çərşənbə günü səhər saatlarında baş verib. Polis nümayəndəsinin sözlərinə görə, iki nəfər ağır xəsarət alıb, obyektin bir hissəsinə ziya

09.09.2026 225
.

Şəkidə kanatdakı qəzanın səbəbi açıqlandı

Şəkidə "Zipline" əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası"

10:29 223
.

Məişət münaqişəsi qanlı faciəyə çevrildi - 4 uşaq öldü

ABŞ-ın Montana ştatında məişət münaqişəsi nəticəsində səkkiz nəfər, o cümlədən dörd uşaq həyatını itirib. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Polisin məlumatına görə, faciə Billings şəhərindəki evlərdən birində baş verib. Hüquq-mühafizə orqanlarına silahlı insident barədə məluma

12:10 162
.

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey

12:18 181
.

Ərzaqlar niyə əvvəlkindən daha tez xarab olur? - Mütəxəssisdən AÇIQLAMA

"Ərzaqların əvvəlkindən daha tez xarab olması ilə bağlı müşahidələr həqiqətən geniş yayılıb. Lakin bunu ümumi şəkildə "qidaların keyfiyyəti pisləşib" kimi izah etmək düzgün olmaz. Burada bir neçə amil rol oynaya bilər". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib

14:24 122
.

İranın cənubundakı Sirik bölgəsində bir neçə əraziyə mərmilər düşüb

İran dövlət mediasının verdiyi məlumata görə, çərşənbə günü İranın cənubundakı Sirik bölgəsində bir neçə əraziyə mərmi atılıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, zərbələr, o cümlədən dəymiş ziyanın miqyası və ya potensial itkilər barədə əlavə məlumat hələlik verilməyib. Müəllif: İlki

11:21 154
.

Prezident Qaradağda açılışda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Fabriora Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Fabrior

12:25 179
.

"Məkkə sazişi"nin ilk sınağı: Yəməndə hədəf husilər, əsas rəqib İran

Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar çərçivəsində hökumət qüvvələri bir sıra uğurlar əldə edib. Bununla belə

12:28 156
.