Qalmaqallı aparıcının rəhbərlik etdiyi şirkət vətəndaşın pulunu qaytarmaq istəmir
Lənkəran rayon sakini Rzayev Zaur Camal oğlu "AID Language Center" Məhdud Məsuliyyətli Cəmiyyətindən şikayətçidir.
AzToday.org xəbər verir ki, Z.Rzayev şikayətində 2024-cü ilin may ayında "AID Language Center" MMC ilə müqavilə bağladığını, lakin sonradan qarşı tərəfin müəyyən bəhanələr gətirirək öhdəliyini pozduğunu yazır:
"2024-cü ilin may ayının 2-də "AID Language Center" MMC şirkəti ilə müqavilə bağladım. Müqavilə bağlamaqda məqsədim övladımın müalicəsi üçün xaricə getmək idi. Şirkət bu məsələdə bizə yardımçı olacağını bildirmişdi. Şirkətlə müqavilə imzalanan ərəfəsində özümün və həyat yoldaşımın xarici dil biliyinin olmadığı bildirdim. Şirkət bu məsələdə narahat olmamağımızı deyərək bizə xarici dil kursunda tələb olunan səviyyəyə çatdıracağına söz verdi".
Şikayətçi vətəndaş müqavilədə nəzərdə tutulan məbləğin yarıdan çoxunu ödədiyini bildirir:
"AID Language Center" MMC-yə müqavilə üzrə dil tədrisi istisna olmaqla 2500 manat ödəməli idik. Bu məbləğin 1500 manatını ödədik. Yerdə qalan min manatını isə sənədlər tam hazırlanandan sonra ödəyəcəkdik. Şirkət həyat yoldaşım və mənə dil kursları üçün əlavə ödəniş tələb etdi. Şirkət bizə bildirdi ki, hər biri 500 manat olan iki paket alsaq bizə xarici dili sənədləşmə işləri başa çatanadək normal səviyyədə öyrədəcək".
Zaur Rzayev "AID Language Center" MMC-yə əlavə 1000 manat ödədiyini deyir:
"Həyat yoldaşım Rzayeva Nübar Rafail qızı və özüm üçün 2024-cü ilin iyun ayının 10-da şirkətə məxsus 5 * 39 nömrəli karta 1000 manat ödəyərək iki paket götürdük. Bizə o zaman bildirildi ki, yay aylarına qədər ingilis dili səviyyəmizi mövcud proqramlarla zənginləşdirəcəklər. Pulu ödəyəndən bir ay sonra kursa başladıq. Kursa başlayandan sonra 3 ay normal formada dərslər keçirildi. Lakin 3 ay tamam olandan sonra bizə ayrılan limitin qurtardığını deyərək əlavə ödəniş tələb etməyə başladılar. Lakin biz də şirkət nümayəndələrinə ödəniş tələbinin doğru olmadığı, əlavə vəsait ödəməyəcəmiyimizi bildirdik. Sonda şirkət nümayəndələrinin bu hərəkətindən bezib müqaviləyə xitam verilməsini, müqavilə üzrə ödədiyimiz 1500 manatın geri qaytarılmasını tələb etdim".
Zaur Rzayev bildirir ki, şirkət nümayəndəsi Emil Nadirlinin onlara müqavilənin ləğv edilməsinin mümkün olmadığı, ödənilən 1500 manatı geri qaytarmayacaqlarını deyib. Bundan sonra dəfələrlə "AID Language Center" MMC-nin rəhbəri Nigar xanımın qəbulunda olmağa dəfələrlə cəhd etsəm də şirkət nümayəndələri imkan verməyib.
Sonra şikayətçi vətəndaş "AID Language Center" MMC-yə ödədiyi 1500 manatın geri qaytarılmayacağı təqdirdə hüquq mühafizə orqanlarına şikayət edəcəklərini bildirir.
Şikayətlə əlaqədar şirkətdən mövqe öyrənmək cəhdlərimiz alınmadı. Belə ki, şirkətin əlaqə nömrələrinə etdiyimiz zənglərə cavabsız qaldı. Həmçinin, şirkətin e-mail adresinə yazdığımız sorğuya hələlik cavab verilməyib.
Qeyd edək ki, "AID Language Center" MMC qalmaqallı aparıcı Nigar Fərhada məxsusdur. O, bir-neçə gün əvvəl efirdə dediyi "oğluma atası olmayan qızı almaram" sözləri tənqidlərə səbəb olmuşdu...
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 7741 Tarix: 03 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Almaniyada baş verənlər Avropa üçün xəbərdarlıqdır" - BƏHRUZ QULİYEV
"Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə "Almaniya üçün Alternativ" ( AfD) partiyasının təxminən 44 faiz səslə birinci olması təkcə regional seçkinin nəticəsi kimi qiymətləndirilməməlidir. Bu, Almaniya cəmiyyətində mövcud siyasi kursa, miqrasiya siyasətinə, iqtisad
12:09 189 İsveçrədə su elektrik stansiyasında partlayış - yaralılar var
İsveçrənin cənubunda, Piotta şəhərində yerləşən Ritom su elektrik stansiyasında partlayış baş verib. Bu barədə "20 Minuten" nəşri məlumat yayıb. Partlayış çərşənbə günü səhər saatlarında baş verib. Polis nümayəndəsinin sözlərinə görə, iki nəfər ağır xəsarət alıb, obyektin bir hissəsinə ziya
09.09.2026 225 Şəkidə kanatdakı qəzanın səbəbi açıqlandı
Şəkidə "Zipline" əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası"
10:29 223 Məişət münaqişəsi qanlı faciəyə çevrildi - 4 uşaq öldü
ABŞ-ın Montana ştatında məişət münaqişəsi nəticəsində səkkiz nəfər, o cümlədən dörd uşaq həyatını itirib. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Polisin məlumatına görə, faciə Billings şəhərindəki evlərdən birində baş verib. Hüquq-mühafizə orqanlarına silahlı insident barədə məluma
12:10 162 Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey
12:18 181 Ərzaqlar niyə əvvəlkindən daha tez xarab olur? - Mütəxəssisdən AÇIQLAMA
"Ərzaqların əvvəlkindən daha tez xarab olması ilə bağlı müşahidələr həqiqətən geniş yayılıb. Lakin bunu ümumi şəkildə "qidaların keyfiyyəti pisləşib" kimi izah etmək düzgün olmaz. Burada bir neçə amil rol oynaya bilər". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib
14:24 122 İranın cənubundakı Sirik bölgəsində bir neçə əraziyə mərmilər düşüb
İran dövlət mediasının verdiyi məlumata görə, çərşənbə günü İranın cənubundakı Sirik bölgəsində bir neçə əraziyə mərmi atılıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, zərbələr, o cümlədən dəymiş ziyanın miqyası və ya potensial itkilər barədə əlavə məlumat hələlik verilməyib. Müəllif: İlki
11:21 154 Prezident Qaradağda açılışda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Fabriora Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Fabrior
12:25 179 "Məkkə sazişi"nin ilk sınağı: Yəməndə hədəf husilər, əsas rəqib İran
Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar çərçivəsində hökumət qüvvələri bir sıra uğurlar əldə edib. Bununla belə
12:28 156