Təmir gedə-gedə kabab bişirdilər - Sahibi cəzalandırıldı - Fotolar
"Top Qapı" restoranının sahibi barəsində inzibati icraata başlanıb.
Bu barədə BiG.AZ-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus "Top Qapı" ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanmışdı və qida obyektinin mətbəx sahəsinin fəaliyyəti həmin nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılmışdı.
Agentlik tərəfindən həmin qərarın icra vəziyyətinin yerində yoxlanılması məqsədilə aparılan baxış zamanı "Top Qapı" restoranının məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərara əməl etmədən və göstərilən nöqsanlar tam aradan qaldırılmadan fəaliyyət göstərdiyi və müəssisədə təmir işlərinin aparıldığı bir vaxtda müxtəlif qidaların emal olunduğu müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində Agentliyin qanuni yazılı tələblərini (qərarlarını) yerinə yetirməməyə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati icraata başlanılıb və müəssisənin mətbəx sahəsinə nöqsanlar tam aradan qaldırılanadək yenidən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Qeyd edək ki, sözügedən restoranda yoxlama zamanı ətin ilkin emalı, mətbəx, soyuq qəlyanaltıların hazırlanması, təndirxana, anbar və işçilərin soyunub-geyinmə sahələrində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, bu sahələrin mütəmadi təmizlənib dezinfeksiya edilmədiyi ortaya çıxmışdı.






BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 918 Tarix: 01 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlimlər ilk dəfə Yer qabığının yeni hissəsinin formalaşmasını müşahidə etdi
Alimlər ilk dəfə Yerin yeni okean qabığının formalaşması prosesini birbaşa müşahidə edərək sənədləşdiriblər. İndiyədək belə bir hadisənin real vaxt rejimində qeydə alınmasının mümkün olmadığı hesab edilirdi. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub. Kəş
10.07.2026 252 Kəlbəcərdə mina partlayışı olub
Kəlbəcər rayonunda mina partlayışı olub, xırdabuynuzlu heyvanlar xəsarət alıb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Laçınla sərhəd ərazidə qeydə alınıb. Hadisə nəticəsində insanlar arasında xəsarət alan olmasa da, üç baş xırdabuynuzlu heyvan yaralanıb. Qeyd edək ki, həmin ərazid
10.07.2026 235 Haalandın 10 il əvvəl yazdığı mahnı viral oldu - Video
Norveç millisinin hücumçusu Erlinq Haaland təkcə Dünya Çempionatındakı möhtəşəm oyunu ilə deyil, həm də illər əvvəl yazdığı replə yenidən diqqət mərkəzinə düşüb. "Qafqazinfo" xəbər verir ki, "Mançester Siti"nin ulduz futbolçusunun 2016-cı ildə dostları Erik Botheim və Erik Tobia
10.07.2026 280 Sevirdilər, evləndilər... Bəs niyə xoşbəxt ola bilmədilər? - Yeni nəsil evliliklərin acı həqiqəti - ARAŞDIRMA
Bir zamanlar evlilik insanlar üçün ömürlük verilən söz idi. Toy günü təkcə iki insanın deyil, iki ailənin də taleyi birləşirdi. Çətinliklər olurdu, mübahisələr yaşanırdı, amma insanlar münasibətlərini qorumaq üçün daha çox mübarizə aparırdılar. Bu gün isə mənzərə fərqlidir. Artıq boşanma xəbərləri he
10.07.2026 236 İyun ayı tarixə düşdü
Qərbi Avropada müşahidə olunan güclü istilər fonunda 2026-cı ilin iyun ayı region tarixində ən isti iyun ayı kimi qeydə alınıb. Ötən ay həmçinin qlobal miqyasda müşahidələr tarixinin ikinci ən isti iyun ayı olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S
10.07.2026 302 Telefonlar bizi məhv edir - Onurğa xəstəliklərinə qədər...
Rəqəmsal cihazlardan uzun müddət istifadə təkcə zehni yorğunluğa səbəb olmur. Mütəxəssislər bildirirlər ki, smartfon və digər elektron cihazların həddindən artıq istifadəsi görmə qabiliyyətindən tutmuş onurğa sağlamlığına, əzələ gücünə və motor bacarıqlarına qədər bir çox sahəyə mənfi təsir göstərə bilər
10.07.2026 242 Tramp ABŞ və İranın danışıqları davam etdirmək barədə razılığa gəldiyini, lakin atəşkəsin bitdiyini bildirib
ABŞ prezidenti Donald Tramp ABŞ və İranın bu həftə hərbi əməliyyatların artmasına baxmayaraq danışıqları davam etdirmək barədə razılığa gəldiyini, lakin ötən ay iki tərəf arasında əldə edilən atəşkəsin bitdiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ həmçinin cümə günü İranın Hörmü
09:48 46 Yunanıstan ABŞ-ın Ərdoğana F-35 satmasının narahatlıq doğurduğunu bildirib və Ankaradan təhlükəsizlik zəmanəti tələb edib
Yunanıstanın müdafiə naziri Nikos Dendias bildirib ki, Yunanıstan Türkiyənin yeni nəsil Türkiyə "Kaan" döyüş təyyarələri üçün nə F-35 qırıcı təyyarələri, nə də mühərrikləri almasını "xoş qarşılamaz". BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Yunanıstan, Tramp administrasiyasını
10.07.2026 220 40 manatdan 10 min manata qədər cərimə: Kimlər risk altındadır?
"Vergi Məcəlləsinə əsasən, vergi hesabatlarının və digər məlumatların təqdim edilməsi ilə bağlı hüquqpozmalarına görə maliyyə sanksiyaları nəzərdə tutulur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, qanunvericiliyə əsasən, vergi hesabatını
10.07.2026 430