"Azərbaycan dövləti Ermənistanın təxribatlarına əhəmiyyət verməyəcək"-ELÇİN XALİDBƏYLİ
Əldə olunan razılaşmalara baxmayaraq, Ermənistan tərəfi təxribatları davam etdirir. Ermənistan ordusu atəşkəs rejimini tez-tez pozur. Bunun birgə rəsmi İrəvan dezinformasiya kampaniyasına da başlayır.
Ermənistan niyə təxribata və dezinformasiyaya əl atır?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki,Ermənistan sülh prosesi adı ilə bizi manipulyasiya edir. Hər zaman sülhdən danışır, amma təxribat xarakterli addımlar atır:
"II Qarabağ müharibəsindən sonra baş verən hadisələr bu reallığı təsdiq edir. Son baş verənlər də qətiyyən istisna deyil. Rəsmi İrəvan Azərbaycan ilə arasında sülh sazişi mətninin tam razılaşdırıldığını bəyan edib. Sülh sazişinin imzalanmasına hazır olduğunu vurğulayıb. Ardınca isə heç kəsi təəccübləndirməyəcək addımlar atır. Azərbaycan və Ermənistan sərhəddində atəşkəsin pozulması halı baş verir. Ermənistan Azərbaycanı təxribatda ittiham edir. Təbii ki, bu halın xüsusi səbəbləri vardır.
Ermənistan yekun sülh sazişini imzalamaq istəmir və qətiyyən buna hazır deyil. Çünki, erməni cəmiyyəti və ümumilikdə siyasi elitası revanşist əhval-ruhiyyədə fəaliyyət göstərir. Buna görə də sülhdən danışıb, lakin bu prosesi uzatmaq istəyirlər. Bunun da bariz nümunəsi hərbi təxribatların törədilməsidir.
Paşinyan hakimiyyəti manipulyasiyalarla məşğuldur. Bütün dünyaya bəyan edilir ki, yekun sülh sazişinin mətni hazırdır. Paşinyan bəzi Qərb ölkələrinin rəhbərləri ilə telefon danışıqlarında da bu halı təsdiq edir. Azərbaycanla sülh danışıqları aparmaq üçün heç bir əngəl qalmadığını da bildirib. Buna rəğmən hərbi təxribatlar həyata keçirirlər. Azərbaycanı silahlı münaqişəyə sövq edirlər. Buna nail olacaqları təqdirdə bütün dünyaya bəyan etmək istəyirlər ki, Azərbaycan hərbi münaqişəyə başlamaq niyyətindədir. Ermənistan hiyləgərliyə və siyasi manipulyasiyaya əl atır. Paşinyan hakimiyyəti özünü sülhpərvər göstərərək Azərbaycanı savaşa meyilli dövlət kimi təqdim etməyə cəhd göstərir. Azərbaycana qarşı beynəlxalq təzyiqlərin göstərilməsinə nail olmaq istəyir.
Azərbaycan dövləti Ermənistanın təxribatlarına əhəmiyyət verməyəcək. Ölkəmiz öz hədəflərinə doğru inam və qətiyyətlə, prinsipial şəkildə irəliləməkdə davam edəcəkdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 773 Tarix: 01 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəkidə kanatdakı qəzanın səbəbi açıqlandı
Şəkidə "Zipline" əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası"
10:29 221 Yeni binalar zəlzələyə nə qədər davamlıdır?
Dünyanın müxtəlif bölgələrində mütəmadi olaraq zəlzələlərin baş verməsi binaların seysmik davamlılığı məsələsini yenidən gündəmə gətirir. Azərbaycanda da yeni yaşayış binalarının tikintisi zamanı seysmik amillərin nəzərə alınması normativ tələblərlə müəyyən edilir. Qanunvericiliyə əsasən, tikinti layihələndirilərkə
13:58 193 Elgizin sözlərinə Mehriban Xanlarovadan gözlənilməz cavab - VİDEO
Aparıcı Elgiz Əkbər Əməkdar artist Mehriban Xanlarovadan incik olduğunu açıqlayıb. Səbəb isə aparıcının anasının vəfat etdiyi vaxt aktrisanın ona zəng edib başsağlığı verməməsi olub. "Yeni Sabah" xəbər verir ki, Mehriban Xanlarova Elgizin bu sözlərinə münasibət bildirib. Aktrisa deyib ki, aparıcını
09.09.2026 322 Azərbaycanda deputatın qardaşına HÖKM OXUNDU
"QHT işi" üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. "Yeni Sabah" -
09.09.2026 257 Azərbaycanda qızıl bahalaşdı
Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyyar İtalyan qızılında 182.03 ₼, 585 əyyar Türk qızılında 141.99 ₼, 58
09.09.2026 210 Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib
Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi
13:02 139 "Şəki yaylası"nın sahibini hansı CƏZA GÖZLƏYİR?
Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsinə dair yeni təfərrüat ortaya çıxıb. Hadisənin kanatın trosunun qırılması nəticəsində deyil, asılqanlı diyircəyin trosdan çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı kanatdan istifadə edə
09.09.2026 409 Tramp İran müharibəsinin ABŞ-da ara seçkilərdən sonra bitəcəyini deyir və Pikaks dağına hücum etməklə hədələyir
ABŞ prezidenti Donald Tramp noyabr ayında keçiriləcək ABŞ ara seçkilərindən sonra İranla müharibənin bitəcəyini gözlədiyini bildirib və altı aylıq müharibənin başlanğıcından bəri iki tərəf gəmiçiliyə ən böyük hücum dalğasını başlatdıqdan sonra İslam Respublikasının nüvə proqramı ilə əlaqəli bir əraziy
10:35 162 İki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
09.09.2026 223