"Saysız-hesabsız faciəvi problemlərlə qarşı-qarşıyayıq"-SOSİOLOQDAN AÇIQLAMA
Dövlət Statistika Komitəsi 2024-cü ildə baş verən boşanma halları haqqında məlumat açıqlayıb.
Statistikaya görə, boşanan çütlüklərin sayı 1814 nəfər olub. Bu, ötən illə müqayisədə 1000 nəfər çoxdur.
Biz harada səhv edirik?
Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, çox təəssüf ki, bu sahədə vəziyyət acınacaqlı hala gəlib:
"Biz hələ 20-25 il əvvəl bununla bağlı həyəcan təbili çalırdıq. O zamandan vəziyyətin bu qədər problemli olacağı aydın idi. Təəssüf ki, heç kəs bu məsələdə maraqlı olmadı. Biz hamımız birləşərək ailə institutunu dağıtmaq üçün əlimizdən gələni etdik. Dəyələrimizin pozulmasında televiziyaların verilişləri əvəzsiz xidmət göstərdi. Psixoloqlar, dırnaqarası ziyalılar Avropadan maliyyələşən layihələr həyata keçirərək Azərbaycan ailə institutunun dağılmasına xidmət göstərdilər.
Hazırda pul və əmlak uğrunda mübarizə gedir. Cəmiyyət egoist və narsist əhval-ruhiyyədədir. Bu gün hər 10 boşanmadan 9-u tamamilə mənasız səbəblərlə bağlıdır. Bu da insanların şüurunun dəyişdiyini, mənəvi dəyərlər sisteminin çökdüyünü, gənclərin normal tərbiyə olunmadığını göstərir.
Biz hazırda assimilyasiya olunaraq mənəvi məhvə doğru gedirik. Bu barədə çox danışmışıq, hər şeyi düzəltməyə çalışmaq üçün demək olar ki, gecdir. Artıq kütlənin psixologiyası dəyişib. Hazırkı vəziyyəti dəyişmək üçün bizə onilliklər lazımdır.
Ailələrin dağılmasının digər səbəbləri də yoxsulluğun və işsizliyin çox olmasıdır. Bunlar bizim milli genefondumuzu məhv edir. Demoqrafik azalma yaşayırıq. Bir neçə onillikdən sonra yox olma təhlükəsi ilə üz-üzəyik. Əhalinin qocalması baş verir. Dövlətin sosial yükü artır. Saysız-hesabsız faciəvi problemlərlə qarşı-qarşıyayıq. Bu sahədə vəziyyət sürətlə pisləşməyə doğru gedir. Bu gün evliliklərin sayının kəskin azalması da bu problemlərlə bağlıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 846 Tarix: 01 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda qulaqdibi xəstəliyi yayılıb? - Açıqlama
Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır. Səhiyyə Nazirliyindən Axşam.az-a verilən xəbərə görə, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir. Bildirilib ki, hazırda ölkədə epidemik parotit üzr
10.07.2026 350 Alimlər ilk dəfə Yer qabığının yeni hissəsinin formalaşmasını müşahidə etdi
Alimlər ilk dəfə Yerin yeni okean qabığının formalaşması prosesini birbaşa müşahidə edərək sənədləşdiriblər. İndiyədək belə bir hadisənin real vaxt rejimində qeydə alınmasının mümkün olmadığı hesab edilirdi. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub. Kəş
10.07.2026 259 İyun ayı tarixə düşdü
Qərbi Avropada müşahidə olunan güclü istilər fonunda 2026-cı ilin iyun ayı region tarixində ən isti iyun ayı kimi qeydə alınıb. Ötən ay həmçinin qlobal miqyasda müşahidələr tarixinin ikinci ən isti iyun ayı olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S
10.07.2026 315 Tehranda partlayış səsi eşidilib
İranın Fars xəbər agentliyinin şənbə günü verdiyi məlumata görə, İranın Tehran əyalətinin şərq hissəsində bir neçə partlayış səsi eşidilib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, partlayışın baş vermə səbəbi hələlik məlum deyil. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
10:48 50 Sevirdilər, evləndilər... Bəs niyə xoşbəxt ola bilmədilər? - Yeni nəsil evliliklərin acı həqiqəti - ARAŞDIRMA
Bir zamanlar evlilik insanlar üçün ömürlük verilən söz idi. Toy günü təkcə iki insanın deyil, iki ailənin də taleyi birləşirdi. Çətinliklər olurdu, mübahisələr yaşanırdı, amma insanlar münasibətlərini qorumaq üçün daha çox mübarizə aparırdılar. Bu gün isə mənzərə fərqlidir. Artıq boşanma xəbərləri he
10.07.2026 236 Yunanıstan ABŞ-ın Ərdoğana F-35 satmasının narahatlıq doğurduğunu bildirib və Ankaradan təhlükəsizlik zəmanəti tələb edib
Yunanıstanın müdafiə naziri Nikos Dendias bildirib ki, Yunanıstan Türkiyənin yeni nəsil Türkiyə "Kaan" döyüş təyyarələri üçün nə F-35 qırıcı təyyarələri, nə də mühərrikləri almasını "xoş qarşılamaz". BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Yunanıstan, Tramp administrasiyasını
10.07.2026 220 Rəsmilər Kiyevin Rusiyanın raket hücumuna məruz qaldığını bildirirlər
Rəsmilər bildiriblər ki, Rusiya şənbə günü səhər saatlarında Ukraynanın paytaxtı Kiyevi ballistik raketlərlə vurub. Reuters şahidi hava xəbərdarlığı elan edilməzdən əvvəl şəhərdə bir sıra güclü partlayışlar eşidib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, şəhər hərbi administrasiyası Telegram mesajlaşm
10:06 99 Ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən yaxşı şəhəri seçildi (SİYAHI)
Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci il dünyanın yaşamaq üçün ən əlverişli şəhəri seçilib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu nəticə "Economist Intelligence Unit" ("EIU") analitik mərkəzinin 2026-cı il üzrə Qlobal Yaşayış Keyfiyyəti İndeksində əks olunub. Hə
10.07.2026 249 Erlinq Haaland "TikTok"da "əkiz bacısını" tapdı
Saç hörmə dərsləri sayəsində şöhrət qazanan gözəllik bloqçusu Emma Keyt Uillman dünyanın hər yerindəki futbol azarkeşlərinin diqqət mərkəzinə düşüb. -ın xarici mediaya istinadən xəbərinə görə, Dünya çempionatı başlayandan bəri, onun sosial mediasında minlərlə şərhçi Norveçin ulduz hücumçusu Erlinq Haalan
10.07.2026 273