Küçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏT

Küçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏTCİNAYƏT İŞİ

Qısa arayış...

2016-cı il dekabrın 23-də Bakının Suraxanı rayonu ərazisində qətl hadisəsi olur. Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları Bülbülə qəsəbəsində, yolun kənarında üzərində bıçaq xəsarətləri ilə Tovuz rayon sakini 1988-ci il təvəllüdlü Elşən Əmirovun meyitini aşkar ediblər. Araşdırma zamanı, mərhumun avtobus sürücüsü işlədiyini və Ramana qəsəbəsində, kirayədə yaşaması məlum olub.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də şübhəli şəxs qismində Bakı şəhər sakini 1998-ci il təvəllüdlü Elçin Həsənov saxlanılıb. Növbəti gün Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Səbail RPİ 39-cu və Suraxanı RPİ 31-ci polis bölmələri əməkdaşlarının birgə əməliyyatı nəticəsində 1994-cü ildə Tatarıstan Respublikasında anadan olmuş, əvvəllər məhkum olunmayan Elnur Məmmədov da tutulub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, dekabrın 23-ü saat 18 radələrində Elnur Məmmədov Ramana qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında tanışı Elçin Həsənovla görüşüb. Birlikdə yaşadığı evə doğru piyada gedərkən, Bülbülə qəsəbəsində, magistral yolun kənarında "Cherry" markalı avtomobilin dayandığını və arxa oturacaqda Elşən Əmirovun Şəlalə Məmmədova ilə oturduqlarını görüblər. Maşının yanından keçib, bir az aralanıblar. Çevrilib, baxanda görüblər ki, oğlanla qız maşından düşüb yaxınlıqdakı meşəlik sahəyə doğru gediblər və orda cinsi əlaqədə olmağa hazırlaşırlar. Elşən və Şəlalə onların yaxınlaşdığını görüb narahat olublar və qaçıb avtomobilə əyləşiblər.

Uzaqlaşmağa çalışanda Elnur Məmmədov Elşən Əmirova yaxınlaşıb, maşından düşməsini tələb edib. Elnur Elşəni avtomobilin arxa hissəsində mübahisəyə təhrik edərək, yumruqla üzünə bir zərbə vurub. Elşən Əmirovun əlindən çıxıb, uzaqlaşmaq istədiyini gördükdə, Elnur üzərində gəzdirdiyi bıçağı çıxarıb, əsaslı səbəb olmadan onun bədəninə 2 dəfə zərbə endirib. Elşənin müqavimət göstərdiyini görən Elçin Həsənov yaxınlaşıb əlləri və ayaqları ilə Elşən Əmirova xəsarətlər yetirib. Bundan sonra Elnur Məmmədov bıçaqla Elşənin sinəsinə axırıncı zərbəni endirib. Nəticədə Elşən Əmirov həyatını itirib.

İş üzrə dindirilmiş Elnur Məmmədov bildirib ki, dekabrın 23-də Ramana qəsəbəsində yerləşən cərimə meydançasının yaxınlığındakı kafeyə gedib. 1 saatdan sonra ordan çıxıb:

"16 saylı cəzaçəkmə müəssisənin yaxınlığında, avtobus dayanacağında bir məhəllədə yaşadığımız Elçin Həsənovla rastlaşdım. Onunla söhbət edə-edə evimizə tərəf gedirdik. Yolun kənarında dayanmış avtomobilin yanından keçərkən maşının arxa oturacağında bir qızın başını oğlanın çiyninə qoyduğunu, oğlanın isə qızı qucaqladığını gördüm. Sükan arxasında bir kişi əyləşmişdi. Maşından təxminən 60 metr kənarlaşandan sonra Elşən Əmirovun, arxasınca da Şəlalə Məmmədovanın avtomobildən düşüb meşəlik tərəf getdiklərini gördüm. Səs gəldiyini eşidib həmin əraziyə tərəf getdik və hər ikisinin yarıçılpaq vəziyyətdə olduqlarını gördük.

Onlara çatmağa 3-4 metr qalmış oğlanla qız paltarlarını geyindilər və tez maşına doğru getdilər. Arxalarınca gedib Elşənə avtomobildən düşməsini dedim. Maşının arxa tərəfində mübahisə edərkən sürücüsü Ehtiram Əsədov da yanımıza gəldi. Elşən Əmirova "camaatın ana- bacısının burdan keçdiyini" söyləyərək, etdiyi hərəkətlə bağlı irad bildirəndə, Elşən mənə kobud cavab qaytardı. Ehtiram Əsədov məni bir qədər kənara çəkərək, sakitləşdirməyə çalışdı. Elşən məni söydüyü üçün üzünə yumruqla zərbə vurdum. Zərbənin təsirindən arxaya gedən Elşən yerdən daş götürdü.

Açılıb-qatlanan bıçaqla zərbə vurmamışdan əvvəl ona "daşı yerə atmasını" bildirdim. Lakin, Elşən "bıçağı açmısansa, vurmalısan" deyərək, mənə ağır söyüş işlətdi. Qəzəblənərək, üzərinə getdim və bədəninə xəsarətlər yetirdim. Elşənə bıçaqla birinci zərbəni vuranda, Elçin araya girib, dedi ki, vurmayım. Bıçaq zərbələrindən biri Elçinin əlinə dəydi. Elçinin qoltuğunun altına və sinəsinə zərbələr dəymişdi. Bıçaqla vurandan sonra Elşən yerə yıxılmadı. Yerdən daş götürərək bizə tərəf atdı. Mən irəlidə, Elçin isə arxamca qaçdı. 70-80 metrdən sonra çevrilib baxanda Elşənin yolun kənarındakı ağacın altında yerə çökərək, oturduğunu gördük".

Zərərçəkmiş şəxsin hüquqi varisi Teymur Əmirov ifadəsində göstərib ki, oğlu Elşən Əmirov 49 nömrəli marşrut avtobusunda sürücü işləyib:

"Dekabrın 23-də oğlumu soruşanda Ehtiram Əsədov dedi ki, Elşəni Ramana tərəfdə, yolun kənarında düşürüb evinə gedib. Ayın 24-ü gecə saat 2 radələrində polis əməkdaşı zəng edib, məni 31-ci Polis Bölməsinə dəvət etdi. Orda mənə bildirdilər ki, Elşən qətlə yetirilib".

Şahid Ehtiram Əsədov bildirib ki, dekabrın 23-ü saat 11 radələrində iş yoldaşı Elşən Əmirovla görüşüb:

"Özümün idarə etdiyim "Cherry" markalı avtomobillə birlidə 136 nömrəli marşrut avtobusunun axırıncı dayanacağına, yəni Şüvəlan qəsəbəsində "QRES" deyilən əraziyə, daha sonra 49 nömrəli avtobusunun sonuncu dayanacağına getdik. Saat 18 radələrində Elşən mənə Şəlalə adlı tanışı ilə bir neçə dəqiqəlik görüşmək istədiyini dedi. Ramana qəsəbəsində yerləşən poçt şöbəsinin yanında Şəlalə avtomobilimə əyləşdi və bir az getdikdən sonra mən cəzaçəkmə müəssisəsini keçəndən sonra yolun kənarında maşını saxladım. Elşən Şəlalə ilə cinsi əlaqədə olmaq istəyirdi, onlar arxa oturacaqda bir qədər qucaqlaşıb, öpüşdülər. Həmin vaxt tanımadığımız 2 nəfər maşının içərisinə baxa-baxa keçib, ağaclığa doğru uzaqlaşdılar. Onlara əhəmiyyət vermədik.

Elşən mənə "5-dəqiqəlik maşından düş, qızla söhbət edim" dedi. Hava soyuq olduğu üçün ona maşından düşməyəcəyimi söyləyəndə, Elşən avtomobildən düşüb, təxminən 10 metr aralandı və əli ilə işarə edib qadını yanına çağırdı. Şəlalə maşından düşərək onun yanına getdi. Amma 2-3 dəqiqə keçən kimi Elşən qaça-qaça maşına tərəf gəldi. Elşən qabaq, Şəlalə isə arxa oturacaqda əyləşdilər. Arxalarınca gələn iki nəfər maşının qabaq qapısını açıb Elşənə dedilər ki, maşından düşsün. İş yoldaşım avtomobildən çıxaraq, onlarla mübahisə etməyə başladı. "İnsanların keçdiyi ərazidə cinsi əlaqədə olması ilə bağlı" irad bildirəndə, Elşən onlara qadınla sadəcə söhbət etdiyini və artıq hərəkətlər etmədiyini bildirdi. Amma Elnur Məmmədov Elşənə "yalan danışma, sən qızı ağaclığa elə-belə aparmamısan" dedi. Onları sakitləşdirməyə çalışsam da, mümkün olmadı. Qarşılıqlı söyüşlərdən sonra əlbəyaxa oldular. Elçin Həsənov yumruqla, Elnur Məmmədov isə bıçaqla Elşənə zərbələr vurdu. Sonra onlar üzü Yeni Ramana qəsəbəsi istiqamətində qaçdılar. Elşən sağ əli ilə yerdən daş götürüb, bir qədər arxalarınca qaçdı".

Məhkəmə iclasında Elnur Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. Elçin Həsənov özünü təqsirli bilməyib və barəsində bəraət hökmü çıxarılmasını istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ağır cəza təyin olunmasını xahiş edib.

Məhkəmə hesab edib ki, Elnur Məmmədova Cinayət Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə verilmiş ittihamdan 120.2.1-ci maddəsi xaric edilməli və ona yalnız 120.2.2-ci maddəsinin sanksiyası həddində cəza təyin olunmalıdır.

Digər şəxs — Elçin Həsənovun ittihamından Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.2-ci maddələri xaric edilməli, onun əməli 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsinə tövsif edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Məmmədov 17 il, Elçin Həsənov 4 il müddətinə azadlıqdan məhrum olunublar.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti təmin edilib. Elnur Məmmədovun cəzası 17 ildən 18 ilə, Elçin Həsənovun cəzası isə 4 ildən 16 ilədək artırılıb.

Küçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏTKüçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏTKüçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏTKüçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏTKüçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏTKüçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏT


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1930   Tarix: 30 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Erlinq Haaland "TikTok"da "əkiz bacısını" tapdı

Saç hörmə dərsləri sayəsində şöhrət qazanan gözəllik bloqçusu Emma Keyt Uillman dünyanın hər yerindəki futbol azarkeşlərinin diqqət mərkəzinə düşüb. -ın xarici mediaya istinadən xəbərinə görə, Dünya çempionatı başlayandan bəri, onun sosial mediasında minlərlə şərhçi Norveçin ulduz hücumçusu Erlinq Haalan

10.07.2026 277
.

ABŞ İsraili İranla müharibədən uzaq tutmağa çalışır

CNN-in yaydığı məlumata görə, ABŞ administrasiyası İsrail ilə İran arasında münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır və İsraili müharibənin yeni mərhələsinə cəlb etməmək üçün diplomatik səylərini artırıb. Vaşinqton hesab edir ki, münaqişənin yenidən alovlanması Yaxın Şərqdə vəziyyət

10.07.2026 219
.

İyun ayı tarixə düşdü

Qərbi Avropada müşahidə olunan güclü istilər fonunda 2026-cı ilin iyun ayı region tarixində ən isti iyun ayı kimi qeydə alınıb. Ötən ay həmçinin qlobal miqyasda müşahidələr tarixinin ikinci ən isti iyun ayı olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S

10.07.2026 332
.

CNN: Peyk görüntüləri İranın nüvə obyektlərini yenidən qurmağa çalışdığını göstərir

CNN-in əldə etdiyi peyk görüntüləri göstərir ki, İran ABŞ və İsraillə müharibədə kövrək atəşkəs dövründə nüvə obyektlərini yenidən qurmağa çalışa bilər. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, bir neçə nüvə və raket obyektindən götürülmüş görüntülər göstərir ki, İran ötən ay ABŞ ilə imzaladığ

11:22 90
.

Haalandın 10 il əvvəl yazdığı mahnı viral oldu - Video

Norveç millisinin hücumçusu Erlinq Haaland təkcə Dünya Çempionatındakı möhtəşəm oyunu ilə deyil, həm də illər əvvəl yazdığı replə yenidən diqqət mərkəzinə düşüb. "Qafqazinfo" xəbər verir ki, "Mançester Siti"nin ulduz futbolçusunun 2016-cı ildə dostları Erik Botheim və Erik Tobia

10.07.2026 300
.

Yunanıstan ABŞ-ın Ərdoğana F-35 satmasının narahatlıq doğurduğunu bildirib və Ankaradan təhlükəsizlik zəmanəti tələb edib

Yunanıstanın müdafiə naziri Nikos Dendias bildirib ki, Yunanıstan Türkiyənin yeni nəsil Türkiyə "Kaan" döyüş təyyarələri üçün nə F-35 qırıcı təyyarələri, nə də mühərrikləri almasını "xoş qarşılamaz". BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Yunanıstan, Tramp administrasiyasını

10.07.2026 221
.

Ödənişli MİQ imtahanı: Üstünlüklər və narahatlıq doğuran məqamlar

Bu ildən etibarən MİQ imtahanları ödənişli həyata keçiriləcək. Bu məsələ müəllimlər tərəfindən narazılıqla qarşılanıb. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki, bu qərar həqiqətən də iş axtaran, illərlə hazırlaşıb bəxtini sınayan gənc müəllimlər arasında ciddi v

10.07.2026 256
.

Venesuelada zəlzələ qurbanlarının sayı 4000-i keçib, minlərlə insan itkin düşüb

Venesuela hökuməti bildirib ki, iki dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 400-i keçib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Venesuela parlamentinin sədri Xorxe Rodrigez Telegram-da yazıb ki, 24 iyun tarixində baş verən ardıcıl zəlzələlərdə ən azı 4118 nəfər ölüb, 16740 nəfər yaralanıb

11:06 114
.

Rəsmilər Kiyevin Rusiyanın raket hücumuna məruz qaldığını bildirirlər

Rəsmilər bildiriblər ki, Rusiya şənbə günü səhər saatlarında Ukraynanın paytaxtı Kiyevi ballistik raketlərlə vurub. Reuters şahidi hava xəbərdarlığı elan edilməzdən əvvəl şəhərdə bir sıra güclü partlayışlar eşidib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, şəhər hərbi administrasiyası Telegram mesajlaşm

10:06 128
.

TOP MP3