Azərbaycanda kiberhücumlar artıb: Boşluqlarımız nədir?
"Son illərdə Azərbaycanda rəqəmsal transformasiya və texnoloji inkişaf prosesi sürətlənsə də, kibertəhlükəsizlik sahəsində bir sıra ciddi boşluqlar mövcuddur. Bu boşluqlar həm dövlət qurumları, həm əməliyyat sektorları, həm də fərdi istifadəçilər üçün risk yarada bilər".
Bu fikirləri Oxu.Az-a açıqlamasında kibertəhlükəsizlik üzrə ekspert, informasiya təhlükəsizliyi üzrə direktor Alıxəyyam Quluzadə deyib.
O bildirib ki, Azərbaycanda 2023-2027 illəri əhatə edən kibertəhlükəsizlik strategiyası dərc olunsa da, daha sistemli və uzunmüddətli bir yanaşmanın hazırlanmasına ehtiyac var:
"Ölkəmizdə mövcud qanunvericilik bazası bəzi hallarda qlobal kibertəhlükəsizlik standartlarına tam uyğun gəlmir. Bu da müəssisələr üçün risk yarada bilər. Strategiyanın tədbirlər planı üzrə tətbiqi və tətbiqinə nəzarətdə də boşluqlar var.
Bunları həll etmək üçün ISO27001, NIST və digər beynəlxalq kibertəhlükəsizlik standartlarını daha geniş əhatə edən qanunların qəbul olunmalıdır. Dövlət və özəl sektorun kibertəhlükəsizlik strategiyalarını təkmilləşdirən proqramların yaradılmalıdır.
Azərbaycanda peşəkar kibertəhlükəsizlik mütəxəssislərinin sayı kifayət qədər deyil. Universitetlərdə və kurslarda bu sahəyə dair proqramlar olsa da, praktiki bacarıqların inkişaf etdirilməsi üçün laboratoriyaların yoxluğu ciddi nöqsandır. Bu məsələni həll etmək üçün kibertəhlükəsizlik ixtisası üzrə universitet proqramlarının təkmilləşdirilməsinə ehtiyac var. Həqiqi hücum simulyasiyalarını və etik hakerlik təlimlərini özəl və dövlət sektorunda aktiv həyata keçirmək lazımdır".
Alıxəyyam Quluzadə əlavə edib ki, fərdi istifadəçilərin kibertəhlükəsizlik biliklərinin az olması sosial mühitdə fəaliyyət göstərən kibercinayətkarlar üçün imkan yaradır:
"Fişinq hücumları, şəxsi məlumatların sızdırılması, zəif şifrənin istifadəsi kimi problemlər hələ də gündəmdədir. 2024-cü ildə xarici kibermüdaxilələr nəticəsində 16 000-dən çox fakt üzrə şəxslər aldadılaraq bank kartları və hesablarda 22 milyon manatdan artıq vəsait oğurlanıb. Məktəb və universitetlərdə rəqəmsal savad kurslarını nəzərdə tutan proqramların tətbiqi önəmlidir. Dövlət və özəl sektorun birgə maarifəndirmə kampaniyaları aparması zəruridir.
Həmçinin kiçik və orta sahibkarlıq (KOS) sektorunda məhdud resurslar və kibertəhlükəsizlik sahəsində maarifəndirmənin az olması, bu bizneslərin kibertəhlükəsizlik hücumlarına qarşı daha həssas olmasına səbəb olur. Buna görə də kiçik bizneslər üçün sadə və effektiv kibertəhlükəsizlik strategiyaları təklif edən proqramların yaradılmalıdır. KOS şirkətlərinin kibertəhlükəsizlik vəsaitlərinə daha əlçatanlığını təmin edəcək subsidiyalar ayrılmalıdır.
Nəticə etibarilə onu deyə bilərik ki, Azərbaycanda kibertəhlükəsizlik sahəsində irəliləyən illərdə xeyli inkişaf olsa da, mövcud boşluqlar kibercinayətkarlar üçün fürsətlər yaradır. Davamlı təlim, dövlət və özəl sektorun aktiv əməkdaşlığı, daha ciddi qanunvericilik tədbirləri bu problemlərin həlli istiqamətində əsas addımlar ola bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 899 Tarix: 29 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşToydakı kütləvi zəhərlənmə buğlama və düyüyə görə olub
İsmayıllı rayonunda ötən ay baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"ya bildirilib ki, avqustun 20-də Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən Agentliyinin çağrı mərkəzinə İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisi zaman
09.09.2026 259 Həmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video
Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel
12:57 0 Oksana artıq çəkidən şikayətləndi
Aktrisa Oksana Rəsulova artıq çəkidən şikayətlənib. Axşam.az xəbər verir ki, aktrisa çəkisinin 60 kiloqrama çatdığını bildirib. O, uzun müddətdir pəhriz saxlamasına baxmayaraq, artıq çəkidən xilas ola bilmədiyini deyib. "İndi analizlər verib, düzgün istiqamət seçdim. 60 kiloqramam. Hədəfim 52 kiloqram
12:04 115 İranın cənubundakı Sirik bölgəsində bir neçə əraziyə mərmilər düşüb
İran dövlət mediasının verdiyi məlumata görə, çərşənbə günü İranın cənubundakı Sirik bölgəsində bir neçə əraziyə mərmi atılıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, zərbələr, o cümlədən dəymiş ziyanın miqyası və ya potensial itkilər barədə əlavə məlumat hələlik verilməyib. Müəllif: İlki
11:21 124 "Almaniyada baş verənlər Avropa üçün xəbərdarlıqdır" - BƏHRUZ QULİYEV
"Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə "Almaniya üçün Alternativ" ( AfD) partiyasının təxminən 44 faiz səslə birinci olması təkcə regional seçkinin nəticəsi kimi qiymətləndirilməməlidir. Bu, Almaniya cəmiyyətində mövcud siyasi kursa, miqrasiya siyasətinə, iqtisad
12:09 128 Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib
Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi
13:02 0 NATO müttəfiqləri Rusiyanın sualtı kabellərə qarşı mümkün sabotaj planının qarşısını alıb
Bu ilin yazında Arktikanın Svalbard arxipelaqı yaxınlığındakı sularda NATO müttəfiqləri Rusiyanın kritik sualtı kabelləri sıradan çıxarmaq üçün nəzərdə tutulan gizli əməliyyatının qarşısını alıb. Reuters-in iki Qərb rəsmisinə istinadən verdiyi məlumata görə, Rusiyanın Dərin Dəniz Tədqiqatları Baş İdarəs
10:57 192 İki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
09.09.2026 217 Elgizin sözlərinə Mehriban Xanlarovadan gözlənilməz cavab - VİDEO
Aparıcı Elgiz Əkbər Əməkdar artist Mehriban Xanlarovadan incik olduğunu açıqlayıb. Səbəb isə aparıcının anasının vəfat etdiyi vaxt aktrisanın ona zəng edib başsağlığı verməməsi olub. "Yeni Sabah" xəbər verir ki, Mehriban Xanlarova Elgizin bu sözlərinə münasibət bildirib. Aktrisa deyib ki, aparıcını
09.09.2026 310