İranın sui-qəsd cəhdindən sağ çıxan deputat nələr yazdı? - "Allah mənə möhlət verdi"

İranın sui-qəsd cəhdindən sağ çıxan deputat nələr yazdı? - "Allah mənə möhlət verdi"Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən sui-qəsddən 2 il ötür.

Lent.az xəbər verir ki, deputat bu barədə sosial media hesabında təəssüratlarını bölüşüb:

"İki il öncə bu tarixdə həyatıma son qoymaq üçün İran xüsusi xidmət orqanları tərəfindən verilən təlimatla din-məzhəb donu altında gizlənərək Vətənini mollalara satmış Azərbaycan vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri həyatıma sui-qəsd gerçəkləşdirdi. Maraqlıdır ki, hadisəni törədənlər özlərinə müsəlman deyənlər idi. Həm də özlərinə müsəlman deyənlər Ramazan ayında iftar süfrəsindən dönərkən evimin qarşısında bu terror aktını gerçəkləşdirdilər. Şükürlər olsun ki, bu terror aktından ağır yaralansam da, sağ çıxa bildim. Ailəmin gözü qarşısında bu cinayət əməli törədilsə də, ciddi mənəvi və fiziki sıxıntılar yaşasam da, bunları iradəmlə və cəmiyyətimizin duyarlı insanlarının dəstəyi ilə bir il müddətində aşmaq mümkün oldu. İki ağır əməliyyatı gerçəkləşdirən və həyatımı xilas edən həkim qardaşlarıma, tibb bacılarıma minnətdarlıq borcumu bu günədək unutmamışam. Eyni zamanda hadisə barədə xəbər alan kimi xəstəxanaya axışan və mənəvi dəstəyini əsirgəməyən tandığım-tanımadığım onlarca insanımızın həyəcan və duyğularını bu gün də içimdə hiss etməkdəyəm. Bu hadisə baş verən andan bir həftə gecə-gündüz çalışan Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğun rəhbərləri və əməkdaşlarının fədakarlığı sayəsində cinayətkarları yaxalamaq və ədalət mühakiməsinə təslim etmək mümkün oldu. Ölkə prezidenti dərhal bu məsələyə həssas və prinsipial münasibətini ortaya qoydu, istintaqın gedişini öz nəzarətinə götürdü. İlk gündən də anlaşıldı ki, bu şəxsimə qarşı deyil, birbaşa Azərbaycanda təxribat yaratmaq məqsədilə düşünülmüş, planlaşdırılmış terror aktıdır və iki ay öncə İrandakı səfirliyimizə düzənlənən terror aktının davamıdır".

F. Mustafa cinayətkarların layiqli cəza aldığını qeyd edib:

"Bu günlərdə mütəşəkkil cinayətkar dəstənin üzvlərinin məhkəmə prosesi başa çatdı və hər biri layiq olduğu cəzasına qovuşdu. Öncə Ağır Cinayətlərə dair məhkəmədə hökm çıxarıldı, ardınca şikayət əsasında Bakı Apellyasiya məhkəməsində cinayət işinə baxıldı və birinci instansiya məhkəməsinin qərarı əsasən qüvvədə saxlanıldı. Hər iki prosesdə zərərçəkmiş şəxs qismində nümayəndəm vasitəsi ilə iştirak etdim və məhkəmə prosesini diqqətlə izlədim. Təbii ki, cinayəti təşkil edən şəxsə ömürlük həbs cəzası verilməsi ədalətli qərar kimi tərəfimizdən qəbul olunsa da, cinayəti bilavasitə törədən qatilə dövlət ittihamçısı tərəfindən 20 illik azadlıqdan məhrum etmə cəzasının istənilməsi tərəfimizdən narazılıqla qarşılandı. Bu barədə zərərçəkmiş şəxs kimi apellyasiya şikayəti versəm də, yenə də prokurorluğun mövqeyi müəmmalı və dəyişməz qaldı. Cinayətin digər iştirakçılarına verilən cəzalarla bağlı hansısa irad bildirməməyimin səbəbi məhkəmənin yanaşmasının doğru olması qənaəti ilə bağlı idi. Ümumiyyətlə hər iki məhkəmə instansiyasında hakimlərin həm prosesi aparması, həm də qanunun tələblərinə əməl etməsini təqdirlə qarşıladım. İrəlidə bu mövzuda ayrıca bir kitab hazırlayıb nəşr etdirmək niyyətindəyəm və orada öz görüşlərimi əhatəli şəkildə təqdim etməyi düşünürəm".

Deputat həmçinin, müalicə aldığı müddətdə gördüyü işlərdən də yazıb:

"28 martı niyə xatırlatdım? Bu bir ölüm-qalım sınağı olsa da, ən kritik anda insanı düşündürən əsas sual bu olur: Nədir yarımçıq qalan? İstənilən vaxt həyata göz yuman insan üçün yarıda buraxılmış işlər qalır. İki il öncə xəstəxanada müalicə alarkən sağ əlim bir müddət işləməz halda olduğunda düşündüm ki, sol əllə də olsa düşüncələrimi yazmalıyam. Və bir ay içində yataq şəraitində "Dirilən adamın düşüncələri" əsərini yazdım. Bu mənim Azərbaycan probleminə bütöv və fərqli baxışımı əks etdirən iddialı kitab kimi ərsəyə gəldi. Bu anda sevindim ki, Allah bu kitabı yazmağa mənə möhlət verdi. Və anladım ki, yarımçıq qalan heç bir ömür yoxdur, sadəcə insanın cəmiyyət qarşısında məsuliyyətinin icrası yarımçıq qalır. Ola bilsin ki, bu kitablara indi dəyər verilməyəcək, ancaq mütləq onlara geri dönüş olacaqdır. Necə ki, biz yüz illər öncə əsərlərə vaxtaşırı dönüş edirik, oradan nələrisə öyrənməyə çalışırıq.

Bu gün 28 mart tarixini həm də ona görə xatırlatdım ki, 6 aydan bəri üzərində işlədiyim yeni kitabımı məhz bu gün tamamladım. Azərbaycan cəmiyyətində düşüncə dəyişimi, yeniləşmə istəyən hər kəs üçün faydalı bir kitab olacağını düşünürəm. "Azərbaycan: qaranlıq keçmişdən mədəni tarixə" adlanır. Yaxın zamanlarda elmi-publisistik üslubda yazılmış bu əsəri nəşriyyata təqdim etməyi düşünürəm. Və maraqlıdır ki, Ramazan ayı boyunca səmərəli işləmək nəsib oldu və başqa bir mövzuda da yeni kitabın əsas işini yekunlaşdırdım.

28 mart 2023 tarixində özünə müsəlman deyənlər guya cəhalətə, xurafata, dinçi-faşizmə qarşı fikirlərimi bəyənmədiklərinə görə Ramazan ayının orucunu yarımçıq qoymuşdular. Maraqlıdır ki, məhkəmə istintaqı zamanı aydın oldu ki, fikirləri bəyənməyənlərin heç biri də bir kitabımı belə oxumamış, fikirlərimlə tanış olmamışlar. Sadəcə onlara dinin necə olduğunu öyrətdikləri kimi, mənim fikirlərimin də necə olduğunu biriləri anlatmış. Və onlar oxuduqları deyil, anladılan dinin ardıcılı olduqlarına görə, oxuduqları deyil, anladılan fikirlərə görə öldürməyə qərar vermişlər.

Mənim onlara cavabım yenə də KİTABdır. Necə ki, dində KİTABdan başqa bütün uydurma dəyərləri əlimin dalı ilə itələmişəm, həyatımızda da, cəmiyyətimizdə də KİTAB-dan ali dəyər görmürəm.

Dostlar deyirlər ki, 28 mart sənin yeni doğum günündür. Mənsə deyirəm ki, hər yazdığım KİTAB yenidən doğulduğum gündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 817   Tarix: 28 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

CNN: "Yəməndə husilər Qırmızı dənizin mühüm keçidini bağlamaqla hədələyir"

CNN-in məlumatına görə, Yəməndə İranın dəstəklədiyi husilərin fəaliyyəti Qırmızı dənizlə Ədən körfəzini birləşdirən Bab əl-Məndəb boğazında vəziyyəti daha da gərginləşdirir. Bu ərazi beynəlxalq gəmiçilik və enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyır. CNN müxbiri Nik Robertsonun Perim adasında

10:16 135
.

Azərbaycanda deputatın qardaşına HÖKM OXUNDU

"QHT işi" üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. "Yeni Sabah" -

09.09.2026 250
.

Tramp İran müharibəsinin ABŞ-da ara seçkilərdən sonra bitəcəyini deyir və Pikaks dağına hücum etməklə hədələyir

ABŞ prezidenti Donald Tramp noyabr ayında keçiriləcək ABŞ ara seçkilərindən sonra İranla müharibənin bitəcəyini gözlədiyini bildirib və altı aylıq müharibənin başlanğıcından bəri iki tərəf gəmiçiliyə ən böyük hücum dalğasını başlatdıqdan sonra İslam Respublikasının nüvə proqramı ilə əlaqəli bir əraziy

10:35 135
.

Nepalda ölənlərin sayı artdı

Nepalda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 1367 nəfərə çatıb. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Bildirilib ki, hazırda 5132 nəfər itkin düşmüş hesab olunur. Qeyd edək ki, avqustun 26-da Nepalda güclü daşqınlar baş verib

09.09.2026 247
.

Toydakı kütləvi zəhərlənmə buğlama və düyüyə görə olub

İsmayıllı rayonunda ötən ay baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"ya bildirilib ki, avqustun 20-də Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən Agentliyinin çağrı mərkəzinə İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisi zaman

09.09.2026 257
.

Aİ-dən Ukraynaya kritik dəstək - 3,2 milyard avro ayırıb

Avropa İttifaqı Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket almasını maliyyələşdirmək məqsədilə 3,2 milyard avro vəsait ayırıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, bu dəstək Ukraynanın hava məkanını Rusiyanın hücumlarından daha effektiv qorumasın

09.09.2026 219
.

Hakerlərin yeni hədəfi smartfonlardır: Məlumatlarınızı necə qorumalısınız?

Smartfonlar artıq sadəcə rabitə vasitəsi deyil. Onlar bank hesablarımızın idarə olunduğu, şəxsi şəkillərimizin və iş sənədlərimizin saxlandığı, hətta rəqəmsal kimliyimizin formalaşdığı əsas cihazlara çevrilib. Lakin bu rahatlıq kibercinayətkarlar üçün də smartfonları cəlbedici hədəfə çevirir. Bəs istifad

09.09.2026 234
.

Prezident Qaradağda açılışda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Fabriora Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Fabrior

12:25 0
.

"Məkkə sazişi"nin ilk sınağı: Yəməndə hədəf husilər, əsas rəqib İran

Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar çərçivəsində hökumət qüvvələri bir sıra uğurlar əldə edib. Bununla belə

12:28 0
.