Rus qadınlarına görə türk seriallarını qadağan edirlər

Rus qadınlarına görə türk seriallarını qadağan edirlərRusiyada bəzi ictimai təşkilatlar və siyasətçilər türk seriallarının ölkədə yayımının qadağan edilməsini təklif ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, onların fikrincə, bu seriallar rus qadınlarının xarizmatik türk aktyorlarına olan marağını artırır, nəticədə onlar yerli kişilərə qarşı maraqlarını itirirlər ki, bu da ölkənin demoqrafik vəziyyətinə mənfi təsir göstərə bilər. Dövlət Dumasının deputatı Vitali Milonov da bu fikri dəstəkləyərək, türk seriallarının mədəni dəyər daşımadığını və rus tamaşaçılarına zərər verdiyini bildirib.

Müğənni və aktrisa Lolita Milyavskaya isə bu təklifə qarşı çıxıb. O, sosial şəbəkələrdə paylaşdığı emosional videoda türk seriallarının qadağan edilməməsini istəyib. Onun sözlərinə görə, bu seriallar əksinə, doğum səviyyəsinin artmasına kömək edir, çünki qadınlar həyatlarına romantika əlavə etmək üçün bu filmlərdən istifadə edirlər. Lolita zarafatla qeyd edib ki, əgər türk serialları qadağan edilərsə, o, Çin və ya Monqol filmlərinə keçəcək.

Onun bu çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun fikrini dəstəkləyib, digərləri isə qeyri-münasib hesab ediblər.

Qeyd edək ki, bu, Rusiyada xarici serialların təsiri ilə bağlı ilk müzakirə deyil.

Daha əvvəl də müxtəlif ölkələrin istehsalı olan serialların yerli mədəniyyətə təsiri barədə debatlar aparılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1028   Tarix: 28 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Türkiyədən kimyəvi məhsullar idxalına çəkdiyi xərci 1,5 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 488,154 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur. Təkcə noyabrda isə Türkiyə Azərbaycan

11:30 109
.

Azərbaycanda gəlin qayınanası və baldızını qaynar çayla YANDIRDI

Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib

13.12.2025 291
.

Rusiya Qara dənizdə Türkiyə gəmisinə hücum etdi

Dekabrın 13-də Rusiya Silahlı Qüvvələri Ukraynadan Misirə gedən Türkiyəyə məxsus mülki gəmiyə hücum edib. xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri bildirib. Məlumata görə, zərbə dron vasitəsilə həyata keçirilib. "Rusiya göyərtəsində günəbaxan yağı olan və Misirə gedən Türkiyənin "VIVA"

12:00 123
.

Əri Rusiyaya işləməyə gedən qadın 2 övladını öldürdü

Özbəkistanda məhkəmə Andican vilayətinin 24 yaşlı sakini olan qadın barəsində yekun hökm çıxarıb. O, iki azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilinib. xarici mediaya istinadla bildirir ki, hadisə İzbasqan rayonunun Urqanji məhəlləsində baş verib. İş materiallarına əsasən, qadın Rusiyaya işləməy

13:50 128
.

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri

13.12.2025 175
.

KİV: ABŞ Zelenskinin referendum təklifini irəliləyiş kimi qiymətləndirib

Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi referendumunun keçirilməsi barədə açıqlamasını münaqişənin sülh yolu ilə həllində irəliləyiş hesab edir. xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrinə istinadən məlumat yayıb. Adı açıqlanmayan Ağ Ev rəsmisi nəşrə bildirib ki, ABŞ

11:10 124
.

Ötən gün axtarışda olan 260 nəfər saxlanılıb

Azərbaycanda dekabrın 12-də axtarışda olan 260 nəfər saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün, həmçinin borclu şəxs qismində axtarışda olan 238 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

13.12.2025 147
.

KİV: Ukrayna alternativ sülh planını təqdim etdi

Ukraynanın sülh planı ABŞ Prezidenti Donald Tramp tərəfindən hazırlanmış sənədin əsas müddəalarını rədd edir. Belə müddəalara Ukrayna qoşunlarının Donbasdan çıxarılması və Ukraynanın NATO üzvlüyündən imtinası daxildir. xəbər verir ki, bu barədə "The New York Times" yazır. Məqalədə qeyd olunu

15:20 41
.

Bu il problemli kreditlərin həcmi 13,5 faiz artıb

2025-ci il noyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.3 faiz artaraq 31 milyard 169.4 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ümumi kredit portfelinin 25 milyard 701.7 milyon manatı v

11:00 110
.

TOP MP3