Yemək zamanı su içmək zərərlidir? - Həkim DANIŞDI

Yemək zamanı su içmək zərərlidir? - Həkim DANIŞDIPopulyar bir mifə görə, yemək zamanı su içmək zərərlidir – bu fikir artıq bir neçə nəsildir ki, mövcuddur, deyə dietoloqlar zarafatla bildirirlər. Bir çox insanlar hesab edir ki, yemək zamanı su içmək mədə şirəsinin turşuluğunu azaldır və bu da normal həzmə mane olur. Onların fikrincə, nəticədə orqanizm kifayət qədər qida maddələri qəbul edə bilmir. Lakin mütəxəssislər bu mifin yanlış olduğunu bildirirlər.

Lent.az bu barədə bəzi məlumatları sizə təqdim edir:

Birincisi, mədə şirəsinin tərkibi onsuz da 90% sudan ibarətdir. İkincisi, bir çox qidalar – xüsusilə tərəvəzlər – tərkibində çoxlu maye saxlayır. Məsələn, xiyar, kabak, çuğundur və ya hətta şorbalar. Bu cür qidalar da mədəyə düşərkən turşuluğu bir müddət zəiflədə bilər, lakin bu, həzmə mane olmur. Çünki mədə vəz hüceyrələri bu prosesi dərhal kompensasiya edərək daha çox duz turşusu istehsal edir.

Bəs yemək zamanı su içmək olarmı?

Həkimlər əminliklə bildirirlər: yemək zamanı su içmək zərərli deyil. Adi qazsız su – istər borş, istər qızardılmış kartof, istərsə də başqa yeməklərlə birlikdə – həzmi pozmur. Əksinə, su qidanın qida borusundan daha rahat keçməsinə kömək edir və maddələr mübadiləsini sürətləndirir.

Bəs suyun temperaturu necə olmalıdır?

Araşdırmalar göstərir ki, nə soyuq, nə də isti su həzm sürətinə əhəmiyyətli təsir göstərmir. Yeganə diqqət yetirilməli məqam – yemək çeynənərkən su içmək tövsiyə olunmur. Çünki tüpürcək qidanı islatmalı və ilkin karbohidrat parçalanması üçün vacib olan fermentlərlə onu zənginləşdirməlidir.

Bəs hansı içkilər zərər verə bilər?

Bütün mayelər yemək zamanı eyni dərəcədə faydalı deyil. Həkimlər yemək zamanı şəkərli qazlı içkilərin qəbul edilməsini tövsiyə etmirlər. Belə içkilərin tərkibindəki yüksək şəkər mədədə köp, qıcqırma və həzm pozğunluğuna səbəb ola bilər. Həddindən artıq çay və qəhvə istehlakı da yemək zamanı arzuolunmaz sayılır. Onların tərkibində bəzi mineralların, məsələn, dəmirin mənimsənilməsini çətinləşdirən maddələr mövcuddur. Buna görə də bu içkiləri yeməkdən bir müddət sonra içmək daha məsləhətlidir. Əgər siz yeməyi adi təmiz su ilə içirsinizsə, bu heç də təhlükəli deyil. Əsas odur ki, ümumi qidalanma balansına nəzarət edəsiniz və həzm sisteminin işini poza biləcək içkilərdən sui-istifadə etməyəsiniz.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1084   Tarix: 27 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.