Zaxarova: "Qərb Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını ləngidib"
"Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesi Qərbin destruktiv təsiri səbəbindən dayanıb. Ermənistanın mövqeyi də tez-tez suallar doğurur".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Diplomat xatırladıb ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin blokdan çıxarılması kimi son dərəcə vacib məsələnin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər arasında əldə etdikləri razılaşmalara uyğun olaraq, xüsusi üçtərəfli işçi qrupu yaradılıb.
"Bu çərçivədə həm hüquqi əsasların, həm də Azərbaycan və Ermənistan arasında nəqliyyat marşrutlarının qarşılıqlı suverenlik prinsipləri əsasında bərpasının texniki parametrlərinin razılaşdırılması üzrə böyük iş görülüb", - deyə o qeyd edib.
Bununla yanaşı, diplomat diqqətə çatdırıb ki, son vaxtlar bu istiqamətdə vəziyyət mürəkkəbləşib:
"Biz Qərb ölkələrinin destruktiv təsirini görürük. Bundan başqa, Ermənistan hakimiyyətinin mövqeyi bəzən, hətta tez-tez bizdə suallar doğurur".
Zaxarovanın sözlərinə görə, bu iki amil səbəbindən qrupdakı əməkdaşlıq və kooperasiya dayanıb.
"Əminik ki, adı çəkilən qrupda hərtərəfli qarşılıqlı əlaqənin tezliklə bərpası təkcə Cənubi Qafqazın nəqliyyat-logistika sisteminin modernləşdirilməsinə və onun Avropa ilə Asiya arasında irimiqyaslı yük daşımalarına inteqrasiyasına kömək etməyəcək, həm də Ermənistanın və bütün regionun sosial-iqtisadi inkişafını təmin edəcək", - deyə Zaxarova vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 649 Tarix: 27 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Müctəba Xameneyinin harada olduğu ilə bağlı suallar artır" - "Reuters"
İranın ali lideri Əli Xameneyinin dəfn mərasimindən sonra ali lider Müctəba Xameneyinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmamasının onun səhhəti ilə bağlı sualları yenidən gündməmə gətirib. Bu barədə "Reuters" agentliyi yazıb. Agentliyin Tehrandakı yüksək vəzifəli mənbələrə istinadə
10.07.2026 332 Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə rəsmi görüş keçirilib. Tədbirin əsas məqsədi proqramın qaliblərini bir araya gətirərək onları təşəbbüsün növbəti mərhələs
10.07.2026 233 Alimlər ilk dəfə Yer qabığının yeni hissəsinin formalaşmasını müşahidə etdi
Alimlər ilk dəfə Yerin yeni okean qabığının formalaşması prosesini birbaşa müşahidə edərək sənədləşdiriblər. İndiyədək belə bir hadisənin real vaxt rejimində qeydə alınmasının mümkün olmadığı hesab edilirdi. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub. Kəş
10.07.2026 274 SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ
Dünən İranın Şiraz şəhərində həyata keçirilən kütləvi raket zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandanı öldürülüb. Bizim.Media xəbər verir ki, bu barədə İranın müxalif media resursları məlumat yayıb. Hücumun əsas hədəfi SEPAH-ın Şirazdakı "Sarallah"
10.07.2026 270 CNN: Peyk görüntüləri İranın nüvə obyektlərini yenidən qurmağa çalışdığını göstərir
CNN-in əldə etdiyi peyk görüntüləri göstərir ki, İran ABŞ və İsraillə müharibədə kövrək atəşkəs dövründə nüvə obyektlərini yenidən qurmağa çalışa bilər. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, bir neçə nüvə və raket obyektindən götürülmüş görüntülər göstərir ki, İran ötən ay ABŞ ilə imzaladığ
11:22 143 ABŞ şirkəti Ermənistanda yeni infrastruktur layihəsini qiymətləndirir
ABŞ mühəndisləri Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsinin tikinti sahəsini araşdırmaq məqsədilə Ermənistana səfər ediblər. xəbər verir ki, bu barədə ABŞ-ın Yerevandakı səfirliyi rəsmi "Facebook" səhifəsində məlumat yayıb. Səfirliyin açıqlamasında bildirilib ki, ötə
11:11 145 Venesuelada zəlzələ qurbanlarının sayı 4000-i keçib, minlərlə insan itkin düşüb
Venesuela hökuməti bildirib ki, iki dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 400-i keçib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Venesuela parlamentinin sədri Xorxe Rodrigez Telegram-da yazıb ki, 24 iyun tarixində baş verən ardıcıl zəlzələlərdə ən azı 4118 nəfər ölüb, 16740 nəfər yaralanıb
11:06 159 Erlinq Haaland "TikTok"da "əkiz bacısını" tapdı
Saç hörmə dərsləri sayəsində şöhrət qazanan gözəllik bloqçusu Emma Keyt Uillman dünyanın hər yerindəki futbol azarkeşlərinin diqqət mərkəzinə düşüb. -ın xarici mediaya istinadən xəbərinə görə, Dünya çempionatı başlayandan bəri, onun sosial mediasında minlərlə şərhçi Norveçin ulduz hücumçusu Erlinq Haalan
10.07.2026 278 Balakəndə qəbiristanlığı sel basdı: İcra nümayəndəsi son vəziyyəti açıqladı
Balakən rayonunun İtitala kənd qəbiristanlığının sel suları altında qalmasının səbəbləri məlum olub. Kənd üzrə icra nümayəndəsi German Balayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, güclü və uzunmüddətli yağışlardan sonra dağlardan gələn sel suları qəbiristanlığı da su altında qoyub:. "Dağlı
10.07.2026 231