Özcan Denizdən onu çirkli pulları yumaqda ittiham edən qardaşına ağır sözlər: "Məni satdın!"
Türkiyənin məşhur aktyoru və müğənnisi Özcan Deniz onunla birlikdə çirkli pulları yuduğunu iddia edən böyük qardaşına sərt sözlərlə cavab verib. O, qardaşını ailəni dağıtmaqda, qadağan olunmuş maddələrin istifadəsində və içki düşkünlüyündə ittiham edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, özünün "Instagram" hesabında yazıb.
O, Ercan Denizin iddialarını böhtan adlandırıb:
"Çox şükür ki, mən tərtəmizəm. Mən və heç nədən xəbəri olmayan, sənin çirkli işlərinə alət etməyə çalışdığın, iki kiçik qız uşağı sahibi, ən kiçik bacımız Mələk də daxil olmaqla hamımız tərtəmizik. Yanımda durduğu üçün kin püskürdüyün, hər gün mesajlar göndərərək utancverici, ağıza alınmayacaq söyüşlər etdiyin bacım Sibel də tərtəmizdir. Qorxudaraq, ölümlə hədələyərək gördüyün bütün çirkli işlərin hesabını bizə ödətməyə çalışırsan. Bütün ailəni darmadağın etdin. Bu qədər hirs və qəzəbi anlamaq mümkün deyil! Qadağan olunmuş maddələr istifadə edirsən, içki düşkünüsən, başın süngərə dönüb, pula sitayiş edirsən. Ağlını itirmisən, qəflət içindəsən. Dediyin bütün günahlar sənə aiddir. Amma sən hər kəsin həyatını qaraltmağa and içmisən. Hamının çörəyi ilə oynayırsan. Dayanmadın, dayanmırsan, dayanmayacaqsan", - deyə Özcan Deniz bəyan edib.
O, qardaşı ilə 30 illik münasibətlərindən də yazıb: "Səninlə bağlı məni 30 ildir hamı xəbərdar edir. Amma mən tək qardaşım olan səni kənara atmadım, sahib çıxdım, hazırda sənin etdiyin kimi satmadım. Sonda hamını sənin barəndə haqlı çıxardın. Bu qədər şəxsiyyətsiz ola biləcəyini təsəvvür etməzdim. Əslində səni yeyib-bitirənlərə arxalanıb mənə xəyanət etdin. Məni satdın", - deyə ifaçı vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl televiziya kanalına müsahibə verən Ercan Dəniz Özcan Dənizlə olan münasibətindən və çirkli pulların yuyulması məsələsindən danışıb.
"Mən həmişə onun yanında olmuşam. Mən onun bütün həyatını istiqamətləndirirdim, mən "Star TV"ni idarə edirdim. Hamı getdi, mən qaldım. Mən "Star TV"ni idarə etdim, amma alınmadı", - deyə Ercan Dəniz bildirib.
O qeyd edib ki, hazırda dövlət qurumları və məhkəmə araşdırma aparır və onlar da nəzarət altındadır: "Bəli, hazırda hamımız araşdırma altındayıq. Mən də günahkaram, günahım nədirsə çəkməyə razıyam. Özcan bəy də çəkəcək. Bu, çirkli pulların yuyulmasıdır. Pulların yuyulması da cinayətdir", - deyə o bildirmişdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 718 Tarix: 27 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanın xarici siyasətinin növbəti uğuru
Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə ardıcıl şəkildə təmin olunması mühüm istiqamətlərdən birini təşkil edir. Bu baxımdan Azərbaycan Respublikas
14:38 313 Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və praqmatik xarici siyasət ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, aparıcı dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsinə mühüm töhfə verir. Azərbaycanın müxtəlif geosiyasi və iqtisadi mərkəzlərlə qurduğu tərəfdaşlı
14:45 288 Prokuror general qızı haqda qərardan protest verdi
Prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva barəsində çıxarılan ev dustaqlığı qərarından protest verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, protest artıq məhkəməyə təqdim edilib. Prokuror ağır cinayətdə ittiham olunan mediator xanımı
13:52 323 Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ
Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal proseslərə artan təsiri, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin aparıcı dünya dövlətləri ilə əlaqələrinin yeni məzmun qazanmasına zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikas
15:04 291 Millətlər Liqasının tarixini yenidən yazdı: Dyökereş Ronaldonu keçdi
İsveç millisini hücumçusu ardıcıl səkkizinci oyununda qol vuraraq Millətlər Liqasında unikal rekorda imza atıb. Noyabrın 14-də İsveç Millətlər Liqasının beşinci turunda Bosniya və Herseqovinanı 3-2 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, Viktor Dyökereş iki penaltini - biri 11-ci dəqiqədə, digər
19:45 161 YAP - cəmiyyətin aparıcı qüvvəsi
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 35 ili tamam olur. Cənubi Qafqazın ən qüdrətli siyasi təşkilatı, Azərbaycanın isə hakim siyasi gücü olan partiyamızın yubileyi dövlətimiz və xalqımız üçün vacib, əhəmiyyətli tarixdir. Yeni Azərbaycan Partiyasının qurulduğu 1992-ci il müstəqilli
12:51 250 Azərbaycanın güclənən beynəlxalq mövqeyi və yeni strateji tərəfdaşlıq
Avropanın siyasi mərkəzində keçirilən görüşlər Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunu, strateji tərəfdaşlıq imkanlarını və sülh gündəliyini bir daha diqqət mərkəzinə gətirdi. 2026-cı il noyabrın 12-13-də İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Avropa Siyasi Birliyi Sammit
14:58 293 "Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video
Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd
16:28 296 Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsi
Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirak
14:42 305