Azərbaycanəsilli məşhur müğənni Emil Kadırov Rusiyada saxlanılıb

Azərbaycanəsilli məşhur müğənni Emil Kadırov Rusiyada saxlanılıbAzərbyacanəsilli məşhur müğənni Emil Kadırov Rusiyada saxlanılıb.

Oxu.Az-ın "Mash" "Telegram" kanalına istinadən verdiyi məlumata görə, artist "Puşkin kartı" ilə 1.3 milyon rubl (26.2 min manat) məbləğində dələduzluqda şübhəli bilinir.

Məlumata görə, Kadırov "Eldar" kinokonsert zalının bədii rəhbərinin müavini vəzifəsində çalışan tanışı Yelena Qurko ilə birlikdə fəaliyyət göstərib.

İstintaq hesab edir ki, Kadırov və Qurko konsert zalı vasitəsilə müğənninin mövcud olmayan konsertlərinə biletlər təqdim edib, sonra isə onları "Puşkin kartları" vasitəsilə alıblar və beləliklə dövlət büdcəsindən köçürmələr əldə ediblər.

Xüsusi təyinatlı qüvvələr artıq Emil Kadırovu saxlayıblar, Moskva İstintaq Komitəsi isə xüsusilə iri məbləğdə dələduzluq faktı üzrə cinayət işi açıb. Əgər ifaçının təqsiri sübut olunarsa, ona ciddi həbs cəzası təhlükəsi yarana bilər.

Emil Kadırov 1993-cü il iyunun 25-də Bakıda anadan olub. O, Rəşid Behbudov adına 2 nömrəli Musiqi Məktəbini klassik gitara sinfi üzrə bitirib. Kadırov 2015-ci ildə "Qolos" şousunda iştirakından sonra böyük şöhrət qazanıb, burada o, Aleksandr Qradskinin komandasında 1/4 finala qədər irəliləyib. 2017-ci ildə müğənni "Vo ves qolos" layihəsində məşqçi kimi çıxış edib, 2018-ci ildə isə "Novaya volna" müsabiqəsinin xüsusi mükafatını alıb. Hazırda Emil Kadırov Aleksandr Qradskinin "Qradskiy Holl" Teatrının solistidir.

Qeyd etmək lazımdır ki, "Puşkin kartı" - Rusiya hökuməti tərəfindən 2021-ci ildə gənclər arasında mədəni tədbirləri populyarlaşdırmaq məqsədilə başladılmış xüsusi proqramdır. Kart 14-22 yaş arası gənclərə muzeyləri, teatrları, konsert zallarını və digər mədəniyyət müəssisələrini federal büdcə vəsaiti hesabına ziyarət etmək imkanı verir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 794   Tarix: 26 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qaraciyər köçürülən aktyorun işləməsinə icazə verildi

Bir neçə ay öncə qaraciyər köçürülən türkiyəli aktyor Ufuk Özkan artıq çəkiliş meydançasına qayıtmağa hazır olduğunu açıqlayıb. "Qafqazinfo" "Sabah"a istinadən xəbər verir ki, aktyor sağlamlığının qaydasında olduğunu və həkimlərdən işinin başına qayıtmaq üçün lazımi razılığı aldığın

10.07.2026 364
.

İran danışıqlardan imtina etdi

İran Xarici İşlər naziri Abbas Əraqçi ABŞ ilə yekun razılaşma üzrə danışıqlara hazır olmadıqlarını açıqlayıb. BİG.AZ ABC News-a istinadən xəbər verirki, Əraqçinin sözlərinə görə, Vaşinqton təhdidlərini davam etdirdiyi və əvvəlki öhdəliklərinə əməl etmədiyi müddətdə Tehran danışıqlar masasına qayıtmayacaq

10.07.2026 257
.

Telefonlar bizi məhv edir - Onurğa xəstəliklərinə qədər...

Rəqəmsal cihazlardan uzun müddət istifadə təkcə zehni yorğunluğa səbəb olmur. Mütəxəssislər bildirirlər ki, smartfon və digər elektron cihazların həddindən artıq istifadəsi görmə qabiliyyətindən tutmuş onurğa sağlamlığına, əzələ gücünə və motor bacarıqlarına qədər bir çox sahəyə mənfi təsir göstərə bilər

10.07.2026 259
.

ABŞ şirkəti Ermənistanda yeni infrastruktur layihəsini qiymətləndirir

ABŞ mühəndisləri Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsinin tikinti sahəsini araşdırmaq məqsədilə Ermənistana səfər ediblər. xəbər verir ki, bu barədə ABŞ-ın Yerevandakı səfirliyi rəsmi "Facebook" səhifəsində məlumat yayıb. Səfirliyin açıqlamasında bildirilib ki, ötə

11:11 157
.

Emindən Kərəm Bürsinə hədiyyə - Video

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Kərəm Bürsin Bakıya gəlib. Axşam.az xəbər verir ki, sənətçi "Sea Breeze"dəki "Şöhrət xiyabanı"nda onun şərəfinə qoyulmuş "ulduz"un açılış mərasimində iştirak edib. Bununla bağlı Xalq artisti Emin Ağalarov sosial şəbəkədə paylaşım edib:

10:33 229
.

Tramp ABŞ və İranın danışıqları davam etdirmək barədə razılığa gəldiyini, lakin atəşkəsin bitdiyini bildirib

ABŞ prezidenti Donald Tramp ABŞ və İranın bu həftə hərbi əməliyyatların artmasına baxmayaraq danışıqları davam etdirmək barədə razılığa gəldiyini, lakin ötən ay iki tərəf arasında əldə edilən atəşkəsin bitdiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ həmçinin cümə günü İranın Hörmü

09:48 164
.

İranın xarici işlər naziri Əraqçi Omanda səfərdədir

İranın dövlət mediasının məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi şənbə günü Omanın Məsqət şəhərinə səfər edib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Əraqçi Hörmüz boğazı ilə bağlı bir sıra məsələləri müzakirə edəcək. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

10:54 170
.

İyun ayı tarixə düşdü

Qərbi Avropada müşahidə olunan güclü istilər fonunda 2026-cı ilin iyun ayı region tarixində ən isti iyun ayı kimi qeydə alınıb. Ötən ay həmçinin qlobal miqyasda müşahidələr tarixinin ikinci ən isti iyun ayı olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S

10.07.2026 360
.

40 manatdan 10 min manata qədər cərimə: Kimlər risk altındadır?

"Vergi Məcəlləsinə əsasən, vergi hesabatlarının və digər məlumatların təqdim edilməsi ilə bağlı hüquqpozmalarına görə maliyyə sanksiyaları nəzərdə tutulur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, qanunvericiliyə əsasən, vergi hesabatını

10.07.2026 473
.

TOP MP3