Networking Azerbaijan üzvləri lüks avtomobil brendi ilə tanış oldular

Networking Azerbaijan üzvləri lüks avtomobil brendi ilə tanış oldularÖz üzvlərini tanıtmaq və biznes münasibətlərini möhkəmlətmək vədinə sadiq qalan Networking Azerbaijan biznes klubu bu dəfə iş adamlarını Maserati şou-rumunda toplayıb. Biznes klubun həmtəsisçisi Orxan Hacıyev bu lüks məkanda toplaşmaqda məqsədin iş adamlarını klubun bir üzvünün brend ruhunu yerində hiss etdirmək, yenilikləri barədə məlumatlandırmaqla yanaşı, işgüzar əlaqələr üçün daha yaxın və etibarlı tanışlıqların əsasını qoymaq olduğunu bildirib.
"Böyük və ya kiçikliyindən, tarixindən, yerli və ya xarici olmasından asılı olmayaraq, məqsədimiz ölkəmizdə fəaliyyət göstərən markaların inkişafına biznes əlaqələrini genişləndirmək və möhkəmləndirməklə öz töhfəmizi verməkdir" – biznes klub adından danışan Orxan Hacıyev əlavə edib.
"Maserati Azerbaijan" şirkətinin icraçı direktoru Rauf Şahverdiyev bütün dünyada italyan lüks həyat tərzinin ifadəsi olan Maserati brendi, onun müştəriyönümlülüyü barədə məlumat verərək, modelləri və yenilikləri ilə tədbir iştirakçılarını tanış edib.
"Networking Azerbaijan" üzvləri brend ilə bağlı onları maraqlandıran suallara cavab alıblar. Daha sonra biznes klub üzvləri öz fəaliyyətləri və yenilikləri ilə qonaqları tanış ediblər. Yüksək zövqlə təşkil olunmuş tədbirdə qonaqlar özlərinə faydalı ola biləcək biznes təmsilçiləri ilə əlaqə yaradıb, növbəti addımlar üçün məlumat və fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, "Networking Azerbaijan" Biznes Klubu 2017 – ci ildən fəaliyyət göstərir. Bu günə kimi 4000 – ə qədər sahibkar və idarəçilər üçün ünsiyyət və müzakirəni təmin edən, yüksək səviyyədə təşkil olunmuş tədbirləri ilə tanınıb.

Networking Azerbaijan üzvləri lüks avtomobil brendi ilə tanış oldularNetworking Azerbaijan üzvləri lüks avtomobil brendi ilə tanış oldularNetworking Azerbaijan üzvləri lüks avtomobil brendi ilə tanış oldularNetworking Azerbaijan üzvləri lüks avtomobil brendi ilə tanış oldularNetworking Azerbaijan üzvləri lüks avtomobil brendi ilə tanış oldularNetworking Azerbaijan üzvləri lüks avtomobil brendi ilə tanış oldularNetworking Azerbaijan üzvləri lüks avtomobil brendi ilə tanış oldularNetworking Azerbaijan üzvləri lüks avtomobil brendi ilə tanış oldularNetworking Azerbaijan üzvləri lüks avtomobil brendi ilə tanış oldularNetworking Azerbaijan üzvləri lüks avtomobil brendi ilə tanış oldular


BiG.Az
Telegramda izləyin
Digər   Baxılıb: 1171   Tarix: 06 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İncidiyinə görə qızı öldürdü

ABŞ-da basketbol oyununda rəfiqəsinə uduzandan sonra əsəbiləşərək qızı öldürən kişi həbs edilib. bildirir ki, bu barədə KDFW məlumat yayıb. Polis hadisə yerində 21 yaşlı Asiya Vomakı döş qəfəsindən güllə yaraları ilə tapıb. O, xəstəxanaya aparılıb, həkimlər qurbanın öldüyünü bildiriblər. Tezliklə Vomakı

24.10.2022 1938
.

Klinton Trampı məhkəməyə verdi

ABŞ prezidentliyinə keçmiş namizəd və Amerikanın keçmiş dövlət katibi Hillari Klinton keçmiş prezident Donald Trampdan 1,6 milyon dollar təzminat alınması tələbi ilə məhkəməyə müraciət edib. BİG.AZ xəbər verir ki, bu barədə "Boomberg" agentliyi məlumat yayıb. Nəşrin iddiasına görə, məhkəməy

01.11.2022 1468
.

İkinci Dünya Müharibəsinə aid bunker tapılıb

Arxeoloqlar İkinci Dünya Müharibəsi zamanı insanı şoka salan, ürpertici bunker aşkar ediblər. xarici KİV-ə istinadən xəbər verir ki, bu faciəvi yerdə 12 minə qədər insan ölüb. Çində alimlər bunker və birlikdə 371-ci dəstənin ən böyük sınaq meydançasını tapdılar. Bu, Yapon İmperiyasına məxsus bir bölmədir

02.06.2023 1536
.

Məşhur aktrisa xəstəxanalıq oldu

Məşhur britanitayalı aktrisa Keyt Uinslet film çəkilişi zamanı qəza keçirib və xəstəxanalıq olub. BİG.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Bildirilib ki, hadisə Xorvatiyada "Li" tarixi dramının çəkilişləri zamanı ba

19.09.2022 1899
.

Küçə iti qətlə yetirilmiş şəxsin başını götürüb qaçdı

Meksikada polis cinayət yerinə gələnə qədər küçə iti öldürülən şəxsin başını götürüb qaçıb. BİG.AZ xəbər verir ki, bu barədə "VICE" məlumat yayıb. Məlumata görə, Sakatekas ştatının Monte-Eskobedo bələdiyyəsinin sakinləri ağzında insan başı ilə qaçan küçə iti görüblər. Sözügedən hadisənin vide

02.11.2022 2161
.

NASA Ayda qəzaya uğrayan Yapon kosmik gəmisini görüb

NASA-nın Ayın Kəşfiyyat Peyki (LRO) "özəl sektorun" maliyyəsi ilə Aya enişi planlaşdırılan, lakin eniş zamanı qəzaya uğradığı aşkar edilən ilk Yapon kosmik gəmisinin mümkün dağıntılarını aşkar edib. xəbər verir ki, NASA komandası eniş cəhdindən əvvəl eyni ərazinin şəkillərini müqayisə edib

25.05.2023 1400
.

Yuxuda olan qadın yanında yatan körpəsini öldürdü

ABŞ-da qadın yuxuda olarkən övladını öldürüb. BİG.AZ xəbər verir ki, bu barədə "Insider" nəşri məlumat yayıb. Hadisə Ohayo ştatında baş verib. Bildirilib ki, yuxudan olan qadın bunu bilmədən edib. O, altı həftəlik qızını yanında yatızdırıb və yuxuda olarkən onu öldürüb. Məlumata görə, bu, qadını

22.09.2022 2045
.

Putin: "Ermənistanla ayaqlaşmaq bizim üçün çətin olacaq"

"Ermənistanla ayaqlaşmaq bizim üçün çətin olacaq". xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının iclasında deyib. O, Ermənistanın iqtisadi vəziyyətinin acınacaqlı halda olmasına özünəməxsus şəkildə işarə edərək bildirib:. "Çətin ki, Ermənistan

25.05.2023 1946
.

Samir Əliyevin "Oliqarx Dayı" Obrazı

Azərbaycanın ən məşhur blogerlərindən biri olan Samir Əliyev, yeni yaratdığı "Oliqarx Dayı" obrazı ilə yenidən izləyicilərinin diqqətini cəlb edib. O, bu xarakteri o qədər uğurla canlandırıb ki, insanlar "Oliqarx Dayı" videolarını böyük maraqla izləyir və tez-tez bu obrazın yeni səhnəciklərini

03.03.2025 2477
.