"Ermənistan tərəfi 10 noyabr bəyannaməsinin icrasını istəmir" – Turan Rzayev
"Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir". Bu fikirləri prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Lakin bu gün Ermənistan verdiyi sözün və imzaladığı bəyanatın müddəalarına əməl etmir. Hətta problemlərin həlli üçün də hər hansı bir addım atmır.
Mövzu ilə bağlı BiG.AZ saytına açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan və Ermənistan arasında danışıqların reallaşmamasının əsas səbəbi hər iki ölkə arasında olan fikir ayrılıqlarıdır:
"Azərbaycan Zəngəzur dəhlizinin açılmasını istəyir. Bunun da hüquqi bazası 10 noyabrda imzalanan bəyanatda qeyd edilib. Ermənistan tərəfi isə 10 noyabr bəyanatının icrasını istəmir. Həmin ərazidən Azərbaycana alternativ yollar təşkil edilməsini istəyir. Təbii olaraq, bu, Zəngəzur Dəhlizi ilə müqayisə ediləcək yollar deyildir. Azərbaycanın dəhlizin açılmasında maraqlı olmasının səbəbi təhlükəsizlik faktoru ilə bağlıdır.
Paşinyanın Azərbaycana yeni yol təklif etməsinin səbəbi təhlükəsizliyə təminat verməsidir. Paşinyan bunu deyir. Lakin Ermənistanda revanşist qüvvələr var. Bu qüvvələrə Azərbaycan güvənmir. Çünki Ermənistandan keçən qatara və digər nəqliyyat vasitələrinə revanşist qüvvələrinin hücumunun olmamasına heç kim zəmanət verə bilməz. Keçmişdə biz bunun örnəklərinin şahidi olmuşuq.
Əgər bu gün Paşinyan zəmanət verirsə, o hakimiyyətdən getdikdən sonra revanşist qüvvələr ölkəni idarə etsə, iki dövlət arasında problem yenidən alovlanacaqdır. Azərbaycan bütün bunların olmaması üçün Zəngəzur yolunun dəhliz formatında icrasını istəyir. Beləliklə də gələcəkdə insidentlərin baş verməsinin qarşısını almağı hədəfləyir. Ermənistan məsələyə bu günün reallığı ilə baxır, gələcəyi düşünmür. Sadə təkliflər irəli sürür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 913 Tarix: 05 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəudiyyə Ərəbistanı Yəmənin bir neçə əyalətinə zərbələr endirib
Husilərə bağlı Əl-Məsirə televiziyası Səudiyyə Ərəbistanının Yəmənin bir neçə əyalətinə, o cümlədən Marib, Əl-Cəvf və Taiz əyalətlərinə zərbələr endirdiyini bildirib. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, hərbi əməliyyat zamanı Husilərin silah anbarları hədəf alınıb. Müəllif: İlkin Məmmədkərimo
12:59 206 Aİ-dən Ukraynaya kritik dəstək - 3,2 milyard avro ayırıb
Avropa İttifaqı Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket almasını maliyyələşdirmək məqsədilə 3,2 milyard avro vəsait ayırıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, bu dəstək Ukraynanın hava məkanını Rusiyanın hücumlarından daha effektiv qorumasın
21:15 58 Rusiya dronları Ukrayna-Moldova sərhəd keçid məntəqəsində iki nəfəri öldürüb
Ukrayna hakimiyyəti çərşənbə günü bildirib ki, Rusiya dronları Ukrayna ilə Moldova arasında cənubi Odessa bölgəsindəki sərhəd keçid məntəqəsini vurub, iki nəfərin ölümünə səbəb olub və gecə ölkənin paytaxtı Kiyevə hücum edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, qubernator Oleh Kiper Telegram-d
11:58 211 "Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib
"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri üçün Bilik Gününə həs
15:55 182 "Bu hadisə milyonda bir belə olmur, şokdayıq" - "Şəki yaylası"nın direktoru
Ötən gün "Şəki yaylası" istirahət mərkəzində kanatın qırılması nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı mərkəzin direktoru Abbasət Məhərrəmov açıqlama verib. "Qafqazinfo" xəbər verir ki, direktor "Shimal.News"a danışarkən hadisənin şokunda olduğunu bildirib. "B
21:04 78 Almaniya media orqanı Putinin Qərb sanksiyalarına qarşı "unikal kozırına" işarə edib
Mülki nüvə enerjisi Rusiya üçün təsir vasitəsinə çevrilərək Prezident Vladimir Putinin ikinci nüvə arsenalına və "unikal kozırına" çevrilib. xəbər verir ki, Almaniyanın "Frriankfurter Rundschau " (FR) qəzetinin jurnalistləri bu nəticəyə gəliblər. Məqalənin müəllifləri 400-dən ço
21:30 1 Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl
14:49 307 Qaradağda sakinlərin şikayəti: Küçələr qaranlığa qərq olur - qəza təhlükəsi yaranır
Qaradağ rayonunun Sahil qəsəbə sakinləri küçə işıqlandırılması ilə bağlı BİG.AZ-a şikayət ediblər. Sakinlərin sözlərinə görə, saat 20:00-dan sonra Sahil qəsəbəsinin girişində, eləcə də Şahlar Əsgərov, Emin Quliyev, Məhərrəm Seyidov, Bəxtiyar Əliyev və Cənub küçələrində küçə işıqları yanmır. Sakinlə
16:09 214 "Biz artıq ümid edək ki, növbəti illər üçün bunun daha yaxşı nəticələrini görəcəyik" - MƏZAHİR MƏMMƏDLİ
Bugün ADA Universitetində şagirdlərin bilik və bacarıqlarının beynəlxalq səviyyədə qiymətləndirilməsini əks etdirən PİSA 2025-Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş toplantı keçirilib. Tədbirdə Azərbaycanın təhsil sahəsində əldə etdiyi nəticələr, şagirdləri
11:35 192