Odlu silahdan istifadə edilməklə baş verən cinayətlərin sayı niyə artıb?

Odlu silahdan istifadə edilməklə baş verən cinayətlərin sayı niyə artıb?Azərbaycanda odlu silahla törədilən cinayətlərin sayının artdığı müşahidə olunur. Bu, İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan silahların bir qisminin mütəşəkkil cinayətkar qruplaşmaların əlinə keçməsi ilə bağlıdır.

Son günlər törədilən cinayətlər də qeyri-qanuni silahlarla bağlı problemin aktual olduğunu təsdiqləyir. Təcrübə göstərir ki, müharibə zamanı və ya müharibədən sonra odlu silahların satışı və onun ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılması halları artır. Hətta 30 il əvvəl başa çatmış müharibələrdən qənimət kimi əldə olunmuş silahlar hələ də tam olaraq dövriyyədən çıxarılmayıb.

Ailə-məişət zəminində də törədilən cinayətlərdə daha çox tüfənglərdən və tapançalardan istifadə olunur. Bu silahlar necə əldə olunur?

Mövzu ilə bağlı BiG.AZ saytına danışan vəkil Ruslan Mustafayev bildirib ki, son zamanlarda mətbuatda və sosial şəbəkələrdə odlu və ya soyuq silahdan istifadə olunmaqla qətl hadisələrinin baş verməsi ilə bağlı kifayət qədər məlumatlar görürük. O, hesab edir ki, bunun səbəbləri ciddi şəkildə araşdırılmalıdır:

Odlu silahdan istifadə edilməklə baş verən cinayətlərin sayı niyə artıb?"Odlu silahdan istifadə edilməklə cinayət hadisələrinin baş verməsi daha geniş yayılıb. Bu hal cəmiyyətdə və vətəndaşlar arasında sayının artması ilə mütənasibdir. Əvvəllər cinayət hallarının sayı bugünə nisbətdə dəfələrlə az idi. Fikrimcə, odlu silahın vətəndaşlar arasında yayılmasının səbəbi yaxın zamanda baş verən 44 günlük müharibədə bəzi şəxslərin silahları qanunsuz şəkildə özlərində saxlamalarının nəticəsidir. Bəzi şəxslər düşmən tərəfindən qənimət kimi ələ keçirilən silahları gizlətmişdir. Bu silahların da əldən-ələ keçmə ehtimalı mövcuddur.
Əgər odlu silah varsa, ondan istifadə edilməsi də ehtimalı böyükdür. Düşünürəm ki, hüquq mühafizə orqanları bu sahədə aktiv tədbirlər həyata keçirirlər. Üzərində və evində odlu silah gəzdirməklə bağlı kifayət qədər çox şəxs saxlanılıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüldü. Bu tədbirlər davamlı şəkildə həyata keçirilməlidir. O zaman odlu silahla bağlı baş verən hadisələrin sayı azalacaq.
Odlu silahla birgə soyuq silahdan zərər yetirməklə bağlı hadisələr geniş yayılıb. Bununla bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi mütləq şəkildə vacibdir. Biz, özümüz də vəkil olaraq, bu cür cinayət işlərində hüquq müdafiəçisi kimi çıxış etdiyimiz zaman əmin oluruq ki, hadisələrin mənbəyi araşdırılmalı, insanlar maarifləndirilməlidir!"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1028   Tarix: 05 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanı Yəmənin bir neçə əyalətinə zərbələr endirib

Husilərə bağlı Əl-Məsirə televiziyası Səudiyyə Ərəbistanının Yəmənin bir neçə əyalətinə, o cümlədən Marib, Əl-Cəvf və Taiz əyalətlərinə zərbələr endirdiyini bildirib. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, hərbi əməliyyat zamanı Husilərin silah anbarları hədəf alınıb. Müəllif: İlkin Məmmədkərimo

12:59 206
.

Aİ-dən Ukraynaya kritik dəstək - 3,2 milyard avro ayırıb

Avropa İttifaqı Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket almasını maliyyələşdirmək məqsədilə 3,2 milyard avro vəsait ayırıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, bu dəstək Ukraynanın hava məkanını Rusiyanın hücumlarından daha effektiv qorumasın

21:15 58
.

Rusiya dronları Ukrayna-Moldova sərhəd keçid məntəqəsində iki nəfəri öldürüb

Ukrayna hakimiyyəti çərşənbə günü bildirib ki, Rusiya dronları Ukrayna ilə Moldova arasında cənubi Odessa bölgəsindəki sərhəd keçid məntəqəsini vurub, iki nəfərin ölümünə səbəb olub və gecə ölkənin paytaxtı Kiyevə hücum edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, qubernator Oleh Kiper Telegram-d

11:58 211
.

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri üçün Bilik Gününə həs

15:55 182
.

"Bu hadisə milyonda bir belə olmur, şokdayıq" - "Şəki yaylası"nın direktoru

Ötən gün "Şəki yaylası" istirahət mərkəzində kanatın qırılması nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı mərkəzin direktoru Abbasət Məhərrəmov açıqlama verib. "Qafqazinfo" xəbər verir ki, direktor "Shimal.News"a danışarkən hadisənin şokunda olduğunu bildirib. "B

21:04 78
.

Almaniya media orqanı Putinin Qərb sanksiyalarına qarşı "unikal kozırına" işarə edib

Mülki nüvə enerjisi Rusiya üçün təsir vasitəsinə çevrilərək Prezident Vladimir Putinin ikinci nüvə arsenalına və "unikal kozırına" çevrilib. xəbər verir ki, Almaniyanın "Frriankfurter Rundschau " (FR) qəzetinin jurnalistləri bu nəticəyə gəliblər. Məqalənin müəllifləri 400-dən ço

21:30 1
.

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl

14:49 307
.

Qaradağda sakinlərin şikayəti: Küçələr qaranlığa qərq olur - qəza təhlükəsi yaranır

Qaradağ rayonunun Sahil qəsəbə sakinləri küçə işıqlandırılması ilə bağlı BİG.AZ-a şikayət ediblər. Sakinlərin sözlərinə görə, saat 20:00-dan sonra Sahil qəsəbəsinin girişində, eləcə də Şahlar Əsgərov, Emin Quliyev, Məhərrəm Seyidov, Bəxtiyar Əliyev və Cənub küçələrində küçə işıqları yanmır. Sakinlə

16:09 214
.

"Biz artıq ümid edək ki, növbəti illər üçün bunun daha yaxşı nəticələrini görəcəyik" - MƏZAHİR MƏMMƏDLİ

Bugün ADA Universitetində şagirdlərin bilik və bacarıqlarının beynəlxalq səviyyədə qiymətləndirilməsini əks etdirən PİSA 2025-Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş toplantı keçirilib. Tədbirdə Azərbaycanın təhsil sahəsində əldə etdiyi nəticələr, şagirdləri

11:35 192
.