"Azərbaycan qadınlarının fəth edə bilməyəcəyi zirvə yoxdur" – Mehriban Vəliyeva

"Azərbaycan qadınlarının fəth edə bilməyəcəyi zirvə yoxdur" – Mehriban Vəliyeva"Azərbaycan qadını hər zaman müqəddəs ana adını uca tutub, müdrikliyi, işgüzarlığı, və ictimai-siyasi, mədəni həyatda fəallığı ilə seçilib. Tarixin bütün dönəmlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində kişilərlə çiyin-çiyinə iştirak edib, dövlət quruculuğunda çalışıblar. "Kitabi-Dədə Qorqud" dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi dövrünün öncül qadınlarının qəhrəmanlıqları bütün dünyada məşhurdur. Şərqdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququnun verilməsi də böyük tarixi hadisədir. Sovet Azərbaycanı və müstəqillik dönəmlərində qadınlarımız ictimai-siyasi və mədəni həyatda fəal rol oynayıblar".

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, maariflənməklə yanaşı, milli dəyərlərə də sadiq qalan qadınlarımız ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı və daşıyıcılarıdır. Azərbaycan Konstitusiyası qadın və kişilərə eyni hüquq və azadlıqları verir.1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etdi. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Həmin ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti boyunca ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında inkişaf edən ölkəmizdə gender siyasətinin əsas prinsiplərinə əməl olunur. Qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün 2006-cı ildə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlar qəbul olundu. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nümunəvi obrazını yarada bilmişdir. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir".
Millət vəkili bildirdi ki, Azərbaycan qadınları ordu quruculuğunda da yaxından iştirak edirlər: "Azərbaycan Ordusunun bütün qoşun növlərində yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Zərif cinsin nümayəndələri təkcə ailə adlı qalanın qorumurlar, onlar həm də hərbi libas geyinib Vətənin müdafiəsinə qalxırlar. 1941-45-ci illərdə Azərbaycan qadınları kişilərlə bərabər silaha sarılmışdılar. Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycan qadınlarının qəhrəmanlığı ölçüyəgəlməz oldu. Qadınlarımızın sarsılmaz dəstəyi, analarımızın övladlarına verdiyi vətənpərvərlik tərbiyəsi sayəsində Ordumuz 44 günlük Vətən Müharibəsində parlaq qələbə qazandılar. Qəhrəman oğullarını, hətta iki övladını vətənə qurban verən anaların, ər, qardaş tabutu altına girən həyat yoldaşı, bacıların timsalında biz Vətən müharibəsində əsl fədakar Azərbaycan qadınını görə bildik. Qadınlarımızın ölkənin tərəqqisində danılmaz payı var. Bu gün Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısıdır. Onlar elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa nail olublar. Azərbaycan elminin inkişafında qadınların aktivliyi hər keçən il daha da artır. 2023-cü ilin göstəricilərinə əsasən ölkəmizdə elmi işçilərin 59,2 faizi qadınlardır. Ötən il də doktorantura pilləsində qəbul olunanların 50%‑dən çoxunu qadınlar təşkil edib. Eyni zamanda dünyada və ölkəmizdə texnologiya sahəsində qadınların iştirak payı 30%-dir.

Azərbaycanın dövlət və qeyri-dövlət ali məktəblərində 2023-2024-cü tədris ilinin əvvəlinə təhsil alan qadınların sayı 118 min 290 nəfər olub. Bu göstərici 2010-cu ildə 65 min 112, 2015-ci ildə 78 min 662, 2021-ci ildə 97 min 163 olub. 2022-ci ildə isə 111 min 583 qadın ali təhsil ala bilib. Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi Milli Məclisdə də uğurla təmsil olunur. V çağırış Milli Məclisə 21, VI çağırış Milli Məclisə 22, VII çağırış Milli Məclisə 26 qadın deputat seçilmişdir. Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan dövlətini xarici ölkələrdə, beynəlxalq tədbirlərdə layiqincə təmsil edir".
Millət vəkili sonda onu da bildirdi ki, Azərbaycan qadınları bütün sahələrdə zirvələri fəth etmək gücündədir: "Ölkəmizdə qadınların inkişafı üçün heç bir ciddi maneə, stereotip mövcud deyildir. Qadınlarımız təkcə 8 mart Beynəlxalq Qadınlar Günündə deyil, bütün ilboyu hər cür diqqətə layiqdirlər"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 768   Tarix: 05 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

TOP MP3