"Azərbaycan tarixən qadının öz potensialını realizə edə bildiyi azsaylı coğrafiyalardan biri olub" - Bəhruz Məhərrəmov

"Azərbaycan tarixən qadının öz potensialını realizə edə bildiyi azsaylı coğrafiyalardan biri olub" - Bəhruz MəhərrəmovXalq yaradıcılığı nümunələrindəki obrazlar, habelə Tomris, Möminə Xatun, Nüşabə, Sara Xatun, Nigar, Həcər, Tutu Bikə kimi şəxsiyyətlərin qoyduğu iz göstərməkdədir ki, Azərbaycan tarixən qadının öz potensialını realizə edə bildiyi azsaylı coğrafiyalardan biri, Şərqdə seçib-seçilmək hüququ qazanması baxımdan İslam dünyasında isə birinci olmuşdur. Mədəni və intellektual potensial Azərbaycan qadınına imkan vermişdir ki, daim ictimai-siyasi həyatda ləyaqətlə iştirak etsin, təmsil olunduğu bütün sferalarda, o cümlədən ailədə milli dəyərlərimzin, ana dili, mədəniyyət və mənəviyyatımızın ən etibarlı dayağına çevrilsin.

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib.

O qeyd edib ki, Azərbaycanda qadın siyasətinin effektivliyinin təmini məqsədilə 1998-ci idə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmış, elə həmin il "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncam, 2000-ci il tarixində "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərman imzalanmış, 2000-2005-ci illər üçün "Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı"nı qəbul edilmiş, 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmış və "Gender bərabərliyinin təminatları haqqında", 2010-cu ildə isə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun qəbul olunmuşdur:

"Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsi ilə isə qadınlara yönəli dövlət siyasətində inqilabi mərhələ başlanmış, nəticədə xanımların ölkə həyatının bütün sahələrində hərtərəfli fəaliyyətinə geniş meydan açılmış, müstəqil Azərbaycan quruculuğunda yaxından işitak edən lider qadınlar yetişmişdir. Təsadüfi deyil ki, məhz həmin kadrlar Ulu Öndərin silahdaşları qismində müstəqilliyimizin bərpasından sonra milli dövlət quruculuğu prosesinə önəmli töhfələr vermiş, Mehriban xanım Əliyevanın timsalında adlarını qızıl hərflərlə tariximizin şərəf səhifələrinə yazmışlar. Azərbaycan müstəqillik qazandıqdan sonra naşı və məqsədsiz idarəçilik bu sahədə ciddi boşluqlara yol açsa da, xalqın təkidi ilə Ulu Öndərin yenidən hakimiyyətə qayıtması ilə 1969-1987-ci illərin inkişaf potensialı üzərində inkişaf bərpa edilmiş, o cümlədən müstəqil qanunvericilik bazisi formalaşdırılmağa başlanmışdır. Məhz bu siyasətin davamı olaraq 1995-ci ildə Azərbaycan qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasını hədəfləyən Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmiş, 1998-ci il sentyabrın 25-də Azərbaycan qadınlarının ilk qurultayı baş tutmuş və həmin ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilməyə başlanmışdır. Həmçinin Azərbaycanda qadın siyasətinin effektivliyinin təmini məqsədilə 1998-ci idə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmış, elə həmin il "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncam, 2000-ci il tarixində "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərman imzalanmış, 2000-2005-ci illər üçün "Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı"nı qəbul edilmiş, 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmış və "Gender bərabərliyinin təminatları haqqında", 2010-cu ildə isə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun qəbul olunmuşdur.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə Ulu Öndərin əsasını qoyduğu dövlət qadın siyasəti tam yeni mərhələyə qədəm qoymuş, Azərbaycan qadını idarəçilikdə daha çox irəli çəkilmiş, elm və təhsil, səhiyyə və mədəniyyət, ordu və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində nailiyyətlər və töhfələrini ilbəil artırmağa müvəffəq olmuşdur. Ölkə başçısının rəhbərliyi ilə zəfərlərimizdən doğan reallıqda qadın hüquqlarının müdafiəsi, qadınlar üçün yaradılan bütün imkanların genişləndirilməsi prioritetə çevrilmiş, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində tarixi addımlar atılmışdır. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ilə Azərbaycan qadınının ölkənin bütün sahələrində olduğu kimi idarəçilikdə də rolu artmış, Azərbaycan qadınlarının mühüm dövlət qurumlarında, Parlament və bələdiyyələrdə uğurla təmsil olunmasına daha çox xüsusi diqqət yetirilmiş, hətta VI və VII çağırış Milli Məclisə qadın - Sahibə xanım Qafarova rəhbərlik etməkdədir. Ölkəmizdə qadınların cəmiyyətdə rolunun yüksəldilməsi, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirakı, ölkədə idmanın inkişafına böyük töhfələrindən danışdıqda, heç şübhəsiz ki, ilk olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adı çəkilməlidir. Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyətinin bütün dövründə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu tarixin heç bir dövründə olmadığı qədər yüksəklərə qaldırmaqdadır. Ölkənin "yumşaq güc" siyasətinin müstəsna təcəssümü olan Mehriban xanım Əliyevanın özünün və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli humanitar layihələri beynəlxalq xarakter daşımaqla artıq illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının simasına çevrilib.
Mehriban xanımın Birinci vitse-prezident kimi fəaliyyətinin ana xəttini, heç şübhəsiz ki, ölkəmizdə xüsusi həssas əhali qrupları ilə iş, onların problemlərinin həllinə dəstək olmaq təşkil edir. Xüsusən Vətən müharibəsində və müharibədən sonrakı dövr ərzində Mehriban xanım Əliyeva şəhid və qazi ailələrinin, yaxınlarının ən böyük dayağına çevrilmiş, onların dar günündə səslərinə səs vermiş, səmimiyyətlə kədərlərinə şərik olmuşdur və Azərbaycan xalqı bu nəcib davranışı heç zaman unutmayacaq. Eyni zamanda işğaldan azad olunan torpaqların bərpasında cənab İlham Əliyevin rəhbərliyi altında humanitar missiyanın həyata keçirilməsində Mehriban xanımın sahib olduğu müstəsna rol, Birinci vitse-prezidentin dövlət başçısı ilə bərabər işğaldan azad olunmuş ərazilərimizi qarış-qarış gəzərək quruculuq-bərpa prosesində, o cümlədən Böyük Qayıdışın reallaşmasında müstəsna töhfələr verməsi Azərbaycan xalqında böyük rəğbət doğurmaqdadır.
Bu gün Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını Vətən müharibəsi və antiterror tədbirlərindən sonra yaranan yeni reallıqda suveren, qüdrətli və daha güclü Azərbaycan quruculuğunda ləyaqətlə iştirak etməkdə, tarixi ənənələrə və milli irsə əsaslanan Azərbaycan qadını obrazını ali dəyərlərlə daha da zənginləşdirməkdədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 950   Tarix: 05 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

TOP MP3