"Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artdı" - Deputat

"Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artdı" - Deputat"8 Mart - Beynəlxalq Qadınlar Günü bütün dünyada olduğu kimi ölkəmizdə də rəsmi bayram günü kimi qeyd olunur. Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi daim ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi,mədəni həyatında, elmi potensialının artırılması istiqamətində və dövlətin idarə olunmasında öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirmişdir. Ölkəmizin xanımları öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır. Qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyırlar".

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov BiG.AZ-a deyib.

O qeyd edib ki, dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissələrindən birinə çevrilmişdir. Azərbaycanda dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə əlaqədar olaraq mühüm işlər görülmüşdür. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər il bayram ərəfəsində qadınlara təbrik ünvanlayır, dövlət başçısı Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.
Azərbaycan qadınının nüfuzunun həm ölkədə, həm də beynəlxalq aləmdə layiqli nümunələrindən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Onun hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər buna əsl örnəkdir. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir.
Dövlət müstəqilliyimizin bərpasından sonra dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artmışdır. Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Bu gün ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev qadınların cəmiyyətdə mövqelərini möhkəmləndirmələri üçün hər cür imkan yaradır. Ölkəmizdə gender bərabərliyi siyasəti uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cəmiyyətdə qadının rolunun yüksəldilməsinə yönəlmiş dövlət siyasətini ardıcıl surətdə uğurla davam etdirir, respublikamızın inkişafına töhfələrini verən qadınların əməyi həmişə layiqincə qiymətləndirilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1034   Tarix: 04 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəkiyə evlilik ildönümünü qeyd etmək üçün gedibmiş - DOST başsağlığı verdi

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi dünən Şəki rayonunda yerləşən istirahət mərkəzində baş vermiş faciədə həlak olan əməkdaşı ilə bağlı başsağlığı mesajı yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, qurumun yaydığı paylaşımda deyilir:. "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşı Uca

12:56 355
.

Bakıda rüşvət alan iki həkimə cinayət işi açıldı

Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, saxta tibbi sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə təqsirləndirilə

10:48 227
.

Vaşinqton Ukrayna ilə bağlı mövqeyini AÇIQLADI

ABŞ Ukraynadakı münaqişənin diplomatik yolla həllinə çalışır. xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff Vaşinqtonun münaqişəyə yanaşmasını açıqlayıb. Vitkoff bildirib: "Biz bu münaqişəyə kinetik deyil, diplomatik həll yolu axtarırıq"

14:43 166
.

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidəki "zipline" iki stasionar dirək arasında bağlanılmı

17:18 220
.

Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər olacaq

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin parlamenti - Xalq Skupşinasının buraxılması ilə bağlı Fərman imzalayıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, ölkədə növbədənkənar parlament seçkiləri oktyabrın 25-nə təyin edilib. Xalqa müraciət edən Vuçiçin sözlərinə görə, ölkədək

18:15 114
.

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyyar İtalyan qızılında 182.03 ₼, 585 əyyar Türk qızılında 141.99 ₼, 58

20:15 69
.

Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

15:01 170
.

ABŞ İranın beş tankerini vurub

ABŞ ordusu çərşənbə axşamı İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmisinə ballistik raketlər atmasından sonra beş İran tankerini vuraraq birini batırıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu, Yaxın Şərqdə döyüşlərin yenidən qızışmasına səbəb olub. Hücumlar İranın əhəmiyyətli bir qisas almağ

11:17 185
.

"Bəzən yeni ətir seçmək əslində yeni bir "mən" hissini sınamaqdır" - DİLRUBA HƏSƏNOVA

İnsanların geyimindən, danışıq tərzindən və davranışlarından xarakterləri haqqında müəyyən təsəvvür formalaşdıra bilirik. Ümumiyyətlə ətir seçimi insanın xarakteri haqqında nə deyir?. Niyə bəzi qoxular bizi illər əvvələ qaytarır? Ətirə maraq niyə artır: dəb, özünüifadə, yoxsa psixoloji ehtiyac? . Mövz

17:22 147
.