1-ci sinfə müraciətlərin qəbul müddəti uzadılıb - RƏSMİ

1-ci sinfə müraciətlərin qəbul müddəti uzadılıb - RƏSMİBirinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində vətəndaşların mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətlərinin qəbulu müddəti martın 14-dək uzadılıb.

BiG.AZ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, 2025-2026-cı tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində Bakı və Sumqayıtda yerləşən, ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edilib.

Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər.

Daimi qeydiyyatı olmayan valideynlər isə prioritetin tətbiq olunduğu müddət bitdikdən sonra boş qalan yerlərə sərbəst qaydada sorğu verə bilər, yaxud həmin müddətdə şagird sıxlığı olmayan məktəbləri seçə bilərlər.

Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 14-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı "ASAN xidmət" mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 205   Tarix: 04 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Biz nümunəvi ailə idik, amma ayrıldıq"

"Ata qayğısı görməmişəm. Atam rəhmətə gedəndə 5 yaşım olub. Ata necə olur, onu yaşamamışam. Hər iki hissi də anamda görmüşəm. Amma çalışıram ki, oğlum o hissi yaşasın. Atanın necə olduğunu görsün, hiss etsin. Müəyyən qədər münasibətimizi balanslaşdırıram". Axşam.az xəbər verir ki, bu sözlər

03.03.2025 12833
.

"Kızıl Goncalar"ın Zeynebi ad gününü qeyd edib

Aktrisa Mina Demirtaş 17 yaşını qeyd edib. xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edib. Fotolara minlərlə rəy və bəyənmə gəlib. [hh4-unikal]

03.03.2025 661
.

Nənə olan Kim Kardaşyan Oskar mükafatına gəlinlik geyindi

Hər dəvətə xüsusi hazırlaşan Kim Kardaşyan 97-ci Oskar mükafatlandırma mərasimində geyimi ilə diqqət çəkib. xarici mediaya istinadən xəbər verir ki, bu günlərdə nənə olduğu haqqında məlumat yayılan Kim Kardaşyan mərasimə gəlinlik geyinərək qatılıb. Kardaşyan geyimi ilə hər kəsi təəccübləndirib. [hh4-unikal

03.03.2025 1333
.

Prezident Tramp Ukraynaya hərbi yardımı dayandırdı

Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisəsindən sonra ABŞ-nin bu ölkəyə hərbi yardımını müvəqqəti olaraq dayandırdığını bildirib. xarici mediaya istinadən xəbər verir ki, rəsmilər Trampın Zelenski ilə mübahisəsinin Ağ Evdə yaratdığı ab-havadan sonra bu ölkəyə bütün hərbi yardımları

11:16 199
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 4:03-də, 3,1 maqnitudada qeydə alınıb, zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib

10:25 160
.

"Oğlumu bundan uzaqlaşdırmaq istəyirəm"

"Oğlumu bu sənətdən uzaqlaşdırmaq istəyirdim. Çox çalışdım ki, sənətə gəlməsin". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova "Qonaqcanlı" verilişində deyib. O, oğlu Salehdən danəşaraq, onun sənətə gəlməsini istəmədiyini bildirib:. "Onda həvəs var. Həvəs

10:32 416
.

Bakıda motosikletlərin düşdüyü dəhşətli qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ

"Bir sürücünün məsuliyyətsizliyi, qaydalara əməl etməməyi ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə, yollarda sıxlıqların yaranmasına səbəb olur". BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb

13:52 114
.

1-ci sinfə müraciətlərin qəbul müddəti uzadılıb - RƏSMİ

Birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində vətəndaşların mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətlərinin qəbulu müddəti martın 14-dək uzadılıb. BİG.AZ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb

10:54 204
.

"Avropa qurumları itirilməkdə olan nüfuzlarını ermənipərəst bəyanatlarla bərpa etməyə çalışırlar"-ELÇİN XALİDBƏYLİ

Avropa İttifaqı Ermənistan Parlament Tərəfdaşlığı Komitəsi Azərbaycana qarşı qərəzli bəyanat qəbul edib. Sənəddə tarixi faktlar təhrif edilib, erməni xalqı qurban kimi göstərilib. Bəyanatda Azərbaycan əleyhinə əsassız ittihamlar irəli sürülüb. Bu birtərəfli bəyanatın arxasında nələr dayanır?. Mövzu il

03.03.2025 325
.

TOP MP3