Od çərşənbəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Od çərşənbəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQFövqəladə Hallar Nazirliyi od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə BiG.AZ-a nazirlikdən məlumat daxil olub.

Bu gün xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruzun gəlişi ilə əlaqədar Od çərşənbəsini qeyd edir.

Lakin bu çərşənbədə keçirilən mərasimlərdə, xüsusilə tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi bayram sevincimizin arzuolunmaz və acı nəticələrlə sonlanmasına səbəb ola bilər.

Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki,

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 173   Tarix: 04 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bunun ölkədə satışı qadağan edilir

Elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilə bilər. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında"

03.03.2025 439
.

8 Martla bağlı - Xəbərdarlıq

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərib, müvafiq tapşırıqlar verib. xəbər veri

03.03.2025 647
.

Aktrisa Qonca Vuslateri Paris jurnalının üz qabığına çəkildi

"Leyla: Həyat. Sevgi. Ədalət." serialında Nur obrazını canlandıran Qonca Vuslaterinin Parisdə işıq üzü görən jurnalın üz qabığında fotoları yayımlanıb. türk mediasına istinadən xəbər verir ki, məşhur aktrisa Qonca Vuslateri modelyer dostu Hakan Akkayanın Nyu-York geyim kolleksiyasından nümunələr

12:07 141
.

Ordubadda kütləvi zəhərlənmə olub: Ölən var

Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub. "Report"a istinadən xəbər verir ki, hadisə rayonunun Ağrı kəndində qeydə alınıb. Belə ki, dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Salman Əli oğlu Bağırov, həyat yoldaşı, 1943-cü il təvəllüdlü Mənzər Qasım qızı Bədəlova, gəlinləri

03.03.2025 457
.

Prezident Tramp Ukraynaya hərbi yardımı dayandırdı

Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisəsindən sonra ABŞ-nin bu ölkəyə hərbi yardımını müvəqqəti olaraq dayandırdığını bildirib. xarici mediaya istinadən xəbər verir ki, rəsmilər Trampın Zelenski ilə mübahisəsinin Ağ Evdə yaratdığı ab-havadan sonra bu ölkəyə bütün hərbi yardımları

11:16 179
.

Sevgilisini öldürən Könül ölkədən qaçarkən tutulubmuş

Qətl törətməkdə təqsirləndirilən 1969-cu il təvəllüdlü Könül Baxşəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, sevgilisi 1965-ci il təvəllüdlü Bahar Məmmədovanın qətlinə görə həbs edilmiş şəxs Cinayət Məcəlləsinin 120.2.5, 120.2.9 və 178.2.4-cü (xüsusi amansızlıqla

13:47 47
.

Od Çərşənbəsinin maraqlı adətləri - İnanca görə bu gecə ocağın sönməməsi vacibdir

Bu gün Azərbaycanda Novruzun ikinci çərşənbəsi – Od Çərşənbəsidir. Bu çərşənbə istiliyin, işığın və həyat enerjisinin rəmzi sayılır. xəbər verir ki, Od Çərşənbəsi ilə bağlı xalq arasında müxtəlif adətlər və rituallar var:. Od Çərşənbəsində yerinə yetirilən adətlər:. Tonqal qalamaq – Bu gün ən əsas adə

13:35 79
.

Bu qanunla iki yerdə işləmək mümkün olacaq

Ölkədə saatlıq minimum əməkhaqqının tətbiq edilməsi müzakirə mövzusudur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflərin hazırlanması və aidiyyəti üzrə təhvil verilməsi planlaşdırılır. Saatlıq minimum əməkhaqqının tətbiq edilməsi işçilər üçün nə vəd edir? Bu sistem maaşın artmasın

03.03.2025 695
.

Nüşabə Ələsgərlinin fotoşopsuz halı - Video

Əməkdar artist Nüşabə Ələsgərli efirdə fotoşopsuz halını nümayiş etdirib. Axşam.az xəbər verir ki, "Xəzər axşamı" verilişinə gələn müğənni üzündə heç bir plastik əməliyyat etdirmədiyini deyib. O bildirib ki, qorxur. Üzünün yaxından göstərilməsini istəyən sənətçi "Qırışlarım var. Çox şe

03.03.2025 1018
.

TOP MP3