Veysəloğlu Şirkətlər Qrupu "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı növbəti tədbiri

Veysəloğlu Şirkətlər Qrupu "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı növbəti tədbiriFevral ayının 28-də Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Bakıdakı "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya yönümlü növbəti tədbirini keçirib.

İqtisadiyyat.az xəbər verir ki, tədbirə Şirkətlər Qrupunda rəhbər vəzifələrdə çalışan 450-dən artıq əməkdaş iştirak edib. Digər əməkdaşlara isə tədbiri xüsusi proqram vasitəsilə kənardan izləmək imkanı yaradılıb. Tədbirə tanınmış ssenarist və aktyor Azər Aydəmir və "Veysəloğlu"nun əməkdaşı Aysel Fərziyeva aparıcılıq ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni və Veysəloğlu Şirkətlər Qrupunun himninin səslənməsindən sonra, tədbir iştirakçıları "Qalib ölkənin uğurları – 2024" və "VŞQ-də uğurun izləri – 2024" adlı videoçarxları, eləcə də VŞQ-nin 30 illik yubileyə həsr olunmuş imic videosunu izləyiblər. Tədbir Veysəloğlu Qrupa daxil olan şirkətlərin rəhbərləri: Bəxtiyar Allahverdi, Natəvan İbrahimova, Rəşad İbrahimov və Məmmədqulu Süleymanlının iştirakı ilə keçirilən "2024 Uğurlarımız: Çıxardığımız Nəticələr və Gələcəyə Baxış" adlı panel müzakirələri ilə davam edib.

Baş tutan maraqlı müzakirədə şirkət rəhbərləri məsul olduqları sahələrdə il ərzində qazanılan uğurlardan və gələcək perspektivlərdən ətraflı bəhs ediblər, onlara ünvanlanan sualları cavablandırıblar. Fasilə zamanı tədbir iştirakçıları zalın müxtəlif yerlərində quraşdırılan Şirkətlər Qrupuna aid "Brandwall"ların önündə çəkdirdikləri fotolarla #GücümüzBirliyimizdədir2025 adlı həştəq ilə maraqlı paylaşımlar ediblər. Tədbir Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Şəhriyar İmanovun gözəl ifalarının sədaları altında şam yeməyi və Şirkətin dəyərləri ilə bağlı keçirilən intellektual oyunla davam edib.

Motivasiya tədbirinin ikinci hissəsi təsis olunan "Vəfa Zirvəsi" adlı nişanın əməkdaşlara təqdimatı ilə başlayıb. Əvvəlcə, ömürlərinin 10 və 15 ilini "Veysəloğlu"da keçirən əməkdaşlara bürünc və gümüşdən hazırlanmış, Şirkətlər Qrupunun loqosunu özündə əks etdirən nişanlar və diplomlar VŞQ-nin təsisçisi və Baş direktoru Aydın Talıbov tərəfindən şəxsən təqdim edilib və onların hər biri ilə xatirə fotosu çəkdirilib. Eyni zamanda VŞQ və əməkdaşın prototipinin ilk təqdimatı da məhz bu tədbirdə baş tutub. Sonra söz Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş direktoru Aydın Talıbova verilib. Şirkət rəhbəri çıxışında "Veysəloğlu"nun keçdiyi çətin və şərəfli inkişaf yolundan bəhs edib.

Xüsusilə də, "Vəfa Zirvəsi" nişanının təsis edilməsi və onu əməkdaşlara şəxsən təqdim olunmasından zövq aldığını bildirib. Təsisçinin çıxışı yekunlaşandan sonra, o, əməkdaşların ünvanladığı sualları cavablandırıb. Aydın Talıbovun çıxışından sonra proqramda "İlin Nominasiyaları"nın mükafatlandırılması həyata keçirilib. Layihələr barədə VŞQ Baş İcraçı Direktorunun müşaviri, Qiymətləndirmə Komissiyasının sədri İlqar Nuri ətraflı məlumat verib. O, qeyd edib ki, Komissiyaya Şirkətlər Qrupunun əməkdaşları tərəfindən ümumilikdə 85 layihə təqdim edilib, onlardan yalnız 8-i favorit hesab olunub.

Komissiya sədri həmçinin bildirdi ki, onlara bu seçimi etmək çox çətin olub, çünki təqdim olunan layihələrin böyük əksəriyyəti məzmunu və faydalılığı ilə seçilib. "Təsisçidən Özləl Nominasiya" üzrə Şirkətdə çalışan qazi və veteranlara qayğı göstərən "Sizə Minnətdarıq" adlı layihə qalibi mükafatlandırıldı. Bu mükafatı layihə rəhbəri Eldəniz Seyidova Şirkətin təsisçisi Aydın Talıbovun həyat yoldaşı Afət Talıbova təqdim etdi. "İlin Ən Mənfəətli Şirkəti" nominasiyası üzrə qalib Aydın Talıbov tərəfindən "Veysəloğlu Distribusiya" elan olundu.

Sonra ömürlərinin 20 və 25 ildən artıq dönəmini "Veysəloğlu"ya həsr edən əməkdaşlara qızıl və platindən hazırlanmış "Vəfa Zirvəsi" nişanının növbəti təqdimatı keçirilib. Bu nişanlar da əməkdaşlara şəxsən Aydın Talıbov tərəfindən təqdim edilib. Bununla da tədbirdə iştirak edən 189 rəhbər şəxs "Vəfa Zirvəsi" nişanı ilə təltif edildi. Nişanla təltif olunmağı gözləyən 1000-dən artıq əməkdaşa isə bu təltifin mərhələli şəkildə veriləcəyi gözlənilir. "İlin Nominasiyaları"nın mükafatlandırılmasının davamı olaraq "İlin Şirkəti" də elan olunub.

Bu barədə ətraflı məlumat verən VŞQ-nin Maliyyə Direktoru Könül Kərimova çıxışında qeyd edib ki, sözügedən nominasiya üzrə qalibin seçilməsi biznes subyektlərinin göstəricilərinə uyğun rəqəmlərin ətraflı təhlilindən sonra baş tutub. Hamının maraqla gözlədiyi bu məlumatı tədbir iştirakçılarına şəxsən Aydın Talıbov açıqladı. Məlum oldu ki, builki "İlin Şirkəti" nominasiyasının qalibi "Oba" marketlər şəbəkəsi olub. Əməkdaşlar üçün böyük motivasiya ruhu verən bu tədbir xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşdı.
Veysəloğlu Şirkətlər Qrupu "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı növbəti tədbiriVeysəloğlu Şirkətlər Qrupu "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı növbəti tədbiriVeysəloğlu Şirkətlər Qrupu "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı növbəti tədbiriVeysəloğlu Şirkətlər Qrupu "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı növbəti tədbiriVeysəloğlu Şirkətlər Qrupu "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı növbəti tədbiriVeysəloğlu Şirkətlər Qrupu "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı növbəti tədbiriVeysəloğlu Şirkətlər Qrupu "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı növbəti tədbiriVeysəloğlu Şirkətlər Qrupu "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı növbəti tədbiriVeysəloğlu Şirkətlər Qrupu "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı növbəti tədbiriVeysəloğlu Şirkətlər Qrupu "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı növbəti tədbiriVeysəloğlu Şirkətlər Qrupu "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı növbəti tədbiri


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 983   Tarix: 03 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəkiyə evlilik ildönümünü qeyd etmək üçün gedibmiş - DOST başsağlığı verdi

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi dünən Şəki rayonunda yerləşən istirahət mərkəzində baş vermiş faciədə həlak olan əməkdaşı ilə bağlı başsağlığı mesajı yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, qurumun yaydığı paylaşımda deyilir:. "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşı Uca

12:56 355
.

Bakıda rüşvət alan iki həkimə cinayət işi açıldı

Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, saxta tibbi sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə təqsirləndirilə

10:48 227
.

Vaşinqton Ukrayna ilə bağlı mövqeyini AÇIQLADI

ABŞ Ukraynadakı münaqişənin diplomatik yolla həllinə çalışır. xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff Vaşinqtonun münaqişəyə yanaşmasını açıqlayıb. Vitkoff bildirib: "Biz bu münaqişəyə kinetik deyil, diplomatik həll yolu axtarırıq"

14:43 166
.

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidəki "zipline" iki stasionar dirək arasında bağlanılmı

17:18 220
.

Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər olacaq

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin parlamenti - Xalq Skupşinasının buraxılması ilə bağlı Fərman imzalayıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, ölkədə növbədənkənar parlament seçkiləri oktyabrın 25-nə təyin edilib. Xalqa müraciət edən Vuçiçin sözlərinə görə, ölkədək

18:15 114
.

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyyar İtalyan qızılında 182.03 ₼, 585 əyyar Türk qızılında 141.99 ₼, 58

20:15 69
.

Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

15:01 170
.

ABŞ İranın beş tankerini vurub

ABŞ ordusu çərşənbə axşamı İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmisinə ballistik raketlər atmasından sonra beş İran tankerini vuraraq birini batırıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu, Yaxın Şərqdə döyüşlərin yenidən qızışmasına səbəb olub. Hücumlar İranın əhəmiyyətli bir qisas almağ

11:17 185
.

"Bəzən yeni ətir seçmək əslində yeni bir "mən" hissini sınamaqdır" - DİLRUBA HƏSƏNOVA

İnsanların geyimindən, danışıq tərzindən və davranışlarından xarakterləri haqqında müəyyən təsəvvür formalaşdıra bilirik. Ümumiyyətlə ətir seçimi insanın xarakteri haqqında nə deyir?. Niyə bəzi qoxular bizi illər əvvələ qaytarır? Ətirə maraq niyə artır: dəb, özünüifadə, yoxsa psixoloji ehtiyac? . Mövz

17:22 147
.