"Avropa qurumları itirilməkdə olan nüfuzlarını ermənipərəst bəyanatlarla bərpa etməyə çalışırlar"-ELÇİN XALİDBƏYLİ
Avropa İttifaqı Ermənistan Parlament Tərəfdaşlığı Komitəsi Azərbaycana qarşı qərəzli bəyanat qəbul edib. Sənəddə tarixi faktlar təhrif edilib, erməni xalqı qurban kimi göstərilib. Bəyanatda Azərbaycan əleyhinə əsassız ittihamlar irəli sürülüb.
Bu birtərəfli bəyanatın arxasında nələr dayanır?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Avropa qurumlarının mütləq əksəriyyəti ermənipərəst mövqedədir. Bu qurumların rəhbərliyini edən şəxslər erməni diasporası tərəfindən satın alınanlardır. Yürüdükləri siyasət daxilindəki tezisləri də onlara erməni diasporası verir:
"Hazırda Avropa İttifaqı gülünc vəziyyətə düşüb. ABŞ-ın vitse-prezidenti Avropada keçirilən sammitdə birliyin liderlərinin üzünə açıq şəkildə bildirdi ki, Avropa demokratik dəyərlərdən imtina edib və avtoritar rejimə meyl göstərir. Bütün bunlardan sonra Avropa İttifaqının hansısa dövlətə, xüsusilə Azərbaycana hər hansı bir məsələdə irad bildirməsi, beynəlxalq hüquqdan danışması yersizdir. Bütün məsələləri öz maraqları çərçivəsində yozurlar. Ədalət və hüquqa bağlı yanaşma Avropa İttifaqında mövcud deyil. Belə bir situasiyada Avropa təşkilatlarının haqq və hüquq mövzusunda irad bildirməsi məntiqsiz və absurddur.
Azərbaycan öz ərazisində etnik təmizləmə aparmayıb. Bunu Azərbaycan xalqı yaşayıb. Ermənilər Qarabağa qayıtsalar, o zaman Qərbi azərbaycanlılar da öz ata-baba torpaqlarına qayıtmalıdırlar. Avropa İttifaqı ədalət istəyirsə, sayı ermənilərdən qat-qat çox olan Qərbi azərbaycanlıların etnik təmizləməyə məruz qalaraq zorakılıqla Ermənistandan qovulmasını danışmalı idilər. Ermənilərin cinayətləri ilə bağlı Avropa qurumları 30 il ərzində hər hansı bir irad və tələbi irəli sürməyib. Belə olan təqdirdə Avropa qurumlarının Azərbaycana irad bildirməyə heç bir hüququ yoxdur. Bütün dünyada biyabır olmuş Avropa qurumları itirilməkdə olan nüfuzlarını ermənipərəst bəyanatlarla bərpa etməyə çalışırlar. Bu da reallıqdan uzaq yanaşmadır.
Avropa siyasi sisteminə elə bir zərbə vurulub ki, onu bundan sonra dirçəltmək asan olmayacaq. Bəzi avropalı siyasətçilər ermənilərin verdiyi rüşvət hesabına öz gələcək həyatlarını təmin etmək üçün qondarma bəyanatlarla çıxış edirlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 803 Tarix: 03 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəkiyə evlilik ildönümünü qeyd etmək üçün gedibmiş - DOST başsağlığı verdi
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi dünən Şəki rayonunda yerləşən istirahət mərkəzində baş vermiş faciədə həlak olan əməkdaşı ilə bağlı başsağlığı mesajı yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, qurumun yaydığı paylaşımda deyilir:. "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşı Uca
12:56 355 Bakıda rüşvət alan iki həkimə cinayət işi açıldı
Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, saxta tibbi sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə təqsirləndirilə
10:48 227 Vaşinqton Ukrayna ilə bağlı mövqeyini AÇIQLADI
ABŞ Ukraynadakı münaqişənin diplomatik yolla həllinə çalışır. xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff Vaşinqtonun münaqişəyə yanaşmasını açıqlayıb. Vitkoff bildirib: "Biz bu münaqişəyə kinetik deyil, diplomatik həll yolu axtarırıq"
14:43 166 "FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama
"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidəki "zipline" iki stasionar dirək arasında bağlanılmı
17:18 220 Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər olacaq
Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin parlamenti - Xalq Skupşinasının buraxılması ilə bağlı Fərman imzalayıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, ölkədə növbədənkənar parlament seçkiləri oktyabrın 25-nə təyin edilib. Xalqa müraciət edən Vuçiçin sözlərinə görə, ölkədək
18:15 114 Azərbaycanda qızıl bahalaşdı
Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyyar İtalyan qızılında 182.03 ₼, 585 əyyar Türk qızılında 141.99 ₼, 58
20:15 69 Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
15:01 170 ABŞ İranın beş tankerini vurub
ABŞ ordusu çərşənbə axşamı İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmisinə ballistik raketlər atmasından sonra beş İran tankerini vuraraq birini batırıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu, Yaxın Şərqdə döyüşlərin yenidən qızışmasına səbəb olub. Hücumlar İranın əhəmiyyətli bir qisas almağ
11:17 185 "Bəzən yeni ətir seçmək əslində yeni bir "mən" hissini sınamaqdır" - DİLRUBA HƏSƏNOVA
İnsanların geyimindən, danışıq tərzindən və davranışlarından xarakterləri haqqında müəyyən təsəvvür formalaşdıra bilirik. Ümumiyyətlə ətir seçimi insanın xarakteri haqqında nə deyir?. Niyə bəzi qoxular bizi illər əvvələ qaytarır? Ətirə maraq niyə artır: dəb, özünüifadə, yoxsa psixoloji ehtiyac? . Mövz
17:22 147