Xırdalanda baş verən güclü yanğına görə 45 nəfər təxliyə edildi
Xırdalanda iaşə obyektində baş vermiş yanğınla bağlı binada yaşayan 45 sakin təxliyə edilib.
Bu barədə BiG.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 500 kvadratmetr olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 kvadratmetr olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 kvadratmetr sahədə yanıb.
Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2400 kvadratmetr olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasından ümumilikdə 45 nəfər sakin təxliyə olunub.
03:22
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
BiG.AZ xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
03 mart, 02:42
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın məhdudlaşdırılıb.
BiG.AZ xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının sakinləri təxliyə ediliblər.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
03 mart, 02:10
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
BiG.AZ xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin çevik və koordinasiyalı fəaliyyəti sayəsində yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb.
Hazırda yanan obyektin bütün perimetri boyu qüvvələr tərəfindən yanğına fəal müdaxilələr edilir.




03 mart, 01:18
Abşeron rayonu, Xırdalan şəhərində güclü yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, hadisə gecə saatlarında "AAAF Park Yaşayış Kompleksi"nin yaxınlığında qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.
Şahidlər ərazidəki obyektin yandığını bildirirlər.
Hazırda yanğının söndürülməsi üzrə işlər gedir.
Həmin görüntüləri təqdim edirik:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1023 Tarix: 03 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"İsraili anlamaq üçün müxtəlif siyasi düşərgələri təmsil edən KİV-ləri oxumaq lazımdır" - İqor Roytapel ilə EKSKLUZİV MÜSAHİBƏ
İsrailli politoloq, analitik və jurnalist İqor Roytapel BİG.AZ-a müsahibə verib. Sual: İsrailin media məkanını necə xarakterizə edərdiniz?. Cavab: İsrail mediası yüksək dərəcədə siyasiləşmiş və çoxşaxəlidir. Burada sol, mərkəzçi, sağ və milli-mühafizəkar mövqeləri təmsil edən media qurumları fəaliyyə
10:39 316 İsgəndərin cəsədi haradadır? - Dünyanı fəth etdi, məzarı yoxa çıxdı
Tarixin ən qüdrətli sərkərdələrindən biri olan Makedoniyalı İsgəndərin qurduğu imperiya üç qitəyə yayılıb. Lakin onun saysız-hesabsız şəhərləri fəth edən ordusundan, saraylarından və xəzinələrindən fərqli olaraq, məzarının yeri bu günədək müəyyən edilməyib. İsgəndərin nəşinin İsgəndəriyyənin altında
08.09.2026 297 Böyük Britaniya İrana qarşı sanksiyaları sərtləşdirir: "Şahdəniz" layihəsinə istisna
Böyük Britaniya hökuməti İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan yeni qanunvericilik tədbirlərini təqdim edib. xəbər verir ki, Böyük Britaniyanın xarici işlər nazirinin müavini Stiven Dauti bildirib ki, yeni məhdudiyyətlər İranın ticarət və dəniz daşımaları sektoruna da şamil olunacaq
08.09.2026 256 İİKK Hörmüz boğazı ilə bağlı AÇIQLAMA VERDİ: "İranın nəzarətindədir"
İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-a məxsus pilotsuz yerüstü aparata hücum etdiyini açıqlayıb. xəbər verir ki, bu barədə İİKK-nın bəyanatına istinadən Press TV məlumat yayıb. Bildirilib ki, pilotsuz aparat Hörmüz boğazının mühafizə zonasına daxil olmağa cəhd edərkən hücuma məruz qalıb
14:52 145 Bakıda yeni təmayül modelinə böyük maraq: 7 845 şagird müraciət edib - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
2026-2027-ci tədris ilindən Bakının 31 məktəbində yeni təmayül tədris modelinin tətbiqinə başlanılır. Artıq bu modelə maraq göstərən şagirdlərin sayı da diqqət çəkir. Belə ki, avqustun 27-dək 7 845 şagird yeni təmayül tədris modeli üzrə qeydiyyatdan keçib. Yeni modeldə əsas məqsədlərdən biri şagirdləri
15:07 192 Kirayəyə verdiyim pulla öz evimi alım" - bu fikir 2026-cı ildə həqiqətən sərfəlidirmi?
Mənzil bazarında vətəndaşların qarşısında duran ən aktual maliyyə suallarından biri budur: aylıq gəlirin bir hissəsini illərlə kirayəyə ödəmək daha doğrudur, yoxsa həmin vəsaiti ipotekaya yönəldərək mənzil sahibi olmaq?. Mövzu ilə bağlı BİG.Az-a açıqlama verən əmlak eksperti Fərid Cəfərli bildirib ki
15:29 160 Günəş qəfil yoxa çıxsaydı, Yer bunu dərhal bilməzdi - Səbəbi budur
Mümkünsüz bir hadisəni - Günəşin qəfil yoxa çıxmasını təsəvvür etsək, Yer bunu dərhal hiss etməzdi. Günəşin son işığı daha 8 dəqiqə 19 saniyə ərzində bizə çatmağa davam edərdi. Orta hesabla işığın Günəşlə Yer arasındakı məsafəni qət etməsi üçün məhz bu qədər vaxt tələb olunur. Qaynarinfo "Spac
08.09.2026 269 Nuranın oğlu Avropada təhsil alacaq
Müğənni Nura Suri kiçik oğlu Davidi Macarıstana yola salıb. Axşam.az xəbər verir ki, sənətçinin övladı Budapeştdə təhsil alacaq. Nura sosial şəbələdə paylaşım edərək "Oğlum David bu gündən yeni həyata addımlayır. Macarıstana təhsil almağa gedir. Yolun açıq olsun. Allah səni qorusun" sözlərin
11:24 235 Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər olacaq
Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin parlamenti - Xalq Skupşinasının buraxılması ilə bağlı Fərman imzalayıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, ölkədə növbədənkənar parlament seçkiləri oktyabrın 25-nə təyin edilib. Xalqa müraciət edən Vuçiçin sözlərinə görə, ölkədək
18:15 62