Dövlət qurumlarının rəqəmsallaşma səviyyəsi necədir?

Dövlət qurumlarının rəqəmsallaşma səviyyəsi necədir?Bəzən olur ki, hansısa dövlət orqanı öz datasını heç bir quruma vermək istəmir. Bununla malik olduğu elektron üstünlükləri "nümayiş" etdirməyə çalışır. Əslində, belə hallar vətəndaşların elektron xidmətlərə əlçatanlığını azaldır.

Azərbaycanda dövlət qurumlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq. Bu məsələ Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası"nda əksini tapıb. Konsepsiyaya əsasən, 2025-2026-cı illərdə 12 dövlət qurumunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası həyata keçiriləcək. Bu məqsədlə dövlət qurumlarının iştirakı ilə işçi qrupu yaradılacaq.

Maraqlıdır, görəsən, hazırda dövlət qurumlarının rəqəmsallaşma səviyyəsi necədir? Bu məsələdə hansı qurumlar daha çox geri qalır?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

İnkişaf üçün maddi resurslar mövcuddur

İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Vahid Qasımov hesab edir ki, dövlət qurumlarının rəqəmsallaşma səviyyəsi ilə bağlı birmənalı fikir söyləmək çətindir: "Əgər Azərbaycanı Estoniya kimi informasiya texnologiyaları sahəsində inkişaf etmiş ölkələrlə müqayisə etsək, geridəyik. Bu sahədə gediləcək uzun bir yolumuz var. Amma müqayisəni inkişaf səviyyəsi aşağı olan ölkələrlə aparsaq, rəqəmsallaşma səviyyəsinə görə kifayət qədər yaxşı vəziyyətdə olduğumuzu deyə bilərik. Biz bu yola gec çıxsaq da, inkişaf üçün maddi resurslarımız mövcuddur. Bu da ən yeni texnologiyaları ölkədə tətbiq etmək imkanı yaradır. Prinsipcə, hazırda bu proses gedir. Ona görə də rəqəmsallaşma sahəsində inkişafımızı qənaətbəxş qiymətləndirmək olar".

Maliyyə, tibb, təhsil sahəsi geridədir

Bu istiqamətdə daha çox hansı qurumların geridə olduğuna gəlincə, ekspert ad çəkmək istəmir. Amma vurğulayır ki, əhali tərəfindən ən az müraciət edilən orqanlar geridədirlər: "Həmin qurumlara müraciət az olduğundan kölgədə qalıblar. Onların inkişaf etməməsi üçün hər hansı səbəb yoxdur. Ola bilər ki, görünüş üçün yalandan hansısa fəaliyyətlər edirlər, amma bu, inkişaf sayıla bilməz. Bu cəhətdən güman edirəm ki, əhalinin müraciət etmədiyi və ya az müraciət etdiyi qurumlarda nöqsanların sayı digərlərinə görə daha çox ola bilər".

Mütəxəssis bildirir ki, bir sıra ölkələr rəqəmsallaşma məsələsində xeyli önə çıxıb: "Biz də ümumi dünya inteqrasiyasına hazır olmalıyıq. Həmin yeniliklərin Azərbaycanda da tətbiqi mümkündür. Məsələn, bizdə maliyyə, tibb, təhsil sahəsində rəqəmsallaşmanın inkişafını çox da qənaətbəxş saymaq olmaz. Gələcəkdə bu istiqamətdə yeniliklər ola bilər. Amma əsas problemlərdən biri odur ki, əhali bu prosesə tam hazır deyil. Əhalinin rəqəmsallaşma səviyyəsi dövlət qurumlarının rəqəmsallaşma səviyyəsindən xeyli geri qalır. Bu məsələdə Elm və Təhsil Nazirliyinin üzərinə də məsuliyyət düşür. Yeni Konsepsiyanın tələblərinə əsasən, bu qurum rəqəmsallaşmanın tədrisi ilə bağlı məsələlərə daha ciddi şəkildə diqqət yetirməlidir. Hesab edirəm ki, bu istiqamətdə hətta məktəbəqədər təhsil pilləsindən tədrisə başlanılmalıdır. Çünki rəqəmsallaşma artıq vərdişdir və vərdişlər də uşaqlıqdan qazanılmalıdır".

Görülən işlər kifayət etmir

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası"nın İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, rəqəmsallaşma konseptual məsələdir: "Bunun üçün bütün tərəflər paralel şəkildə inkişaf etməlidir. Təbii ki, burada stimul verən tərəf dövlətdir. Dövlət tərəfindən qabaqcıl addımlar atılır, müəyyən konsepsiyalar hazırlanır və sair. Bir neçə ildir ki, Azərbaycanda müxtəlif istiqamətlərdə rəqəmsal transformasiyalar baş verir. 10 ilə yaxındır ki, ölkəmizdə dövlət qurumları artıq elektron sənəd dövriyyəsindən istifadə edirlər. Maliyyə kargüzarlıqları və dövlət qurumları tərəfindən göstərilən bir sıra xidmətlər rəqəmsallaşıb. Amma yenə də görülən işlər kifayət etmir".

Gənclər rəqəmsal müstəvidə daha aktivdir

Ekspert qeyd edir ki, rəqəmsal mədəniyyətin formalaşmasının əsas tərəflərindən biri də vətəndaşlardır: "Vətəndaşlarda mütləq yeni vərdişlər, alışqanlıqlar formalaşmalıdır. Rəqəmsal vətəndaş konsepsiyası bir çox ölkələrdə inkişaf etdirilir. Çünki texnologiya dövründə yaşayırıq. Rəqəmsallığın inkişafı üçün, ilk növbədə, rəqəmsal savadlılıq olmalıdır. Sonra rəqəmsal bacarıqlar əldə edilməlidir ki, "rəqəmsal vətəndaş" və "rəqəmsal cəmiyyət" anlayışına keçə bilək".

Ekspertin fikrincə, bu istiqamətdə xüsusilə orta və yaşlı nəslin maarifləndirilməsinə ehtiyac var: "Gənclər rəqəmsal müstəvidə daha aktivdir. Amma nəzərə almalıyıq ki, ölkə tək gənclərdən ibarət deyil. Orta və yaşlı nəsil də rəqəmsal mədəniyyətin bir parçasına çevrilməlidir. Bu baxımdan Rəqəmsal İnkişaf Konsepsiyası sadəcə qanun toplusu deyil, mədəniyyət olaraq nəzərə alınmalıdır".

Heç bir qurumda durum arzuolunan səviyyədə deyil

Ekspert deyir ki, hazırda heç bir qurumda rəqəmsallaşma arzuolunan səviyyədə deyil: "Rəqəmsallaşma prosesi düzgün qurulmalıdır. Bəzi orqanlar var ki, onlar rəqəmsallaşma istiqamətində fərqli yollardan istifadə edirlər. Təəssüflər olsun ki, indiyə qədər olan sistemlə rəqəmsallaşma vahid konsepsiya üzərindən inkişaf etmədi. Hərə özü üçün bir sistem yaratdı. Məsələn, bir qurumun 7-8 ayrı-ayrı elektron xidməti var. Vətəndaş həmin xidmətlərin siyahısını yadda saxlamağa məcbur deyil. Əslində, bütün bu xidmətlər vahid bir məkanda toplanmalıdır. Tək vətəndaşların deyil, dövlət qurumlarının özlərinin də rəqəmsal mədəniyyətinin formalaşmasına ehtiyac var. Məsələn, bəzən olur ki, hansısa dövlət orqanı öz datasını heç bir quruma vermək istəmir. Bununla malik olduğu elektron üstünlükləri "nümayiş" etdirməyə çalışır. Əslində, belə hallar vətəndaşların elektron xidmətlərə əlçatanlığını azaldır. Azərbaycanda onlarla dövlət orqanı və onların da alt qurumları mövcuddur. Bunların hər biri özü üçün bir neçə sistem yaratsa, vətəndaş yüzlərcə elektron portalı yaddaşında saxlaya bilməyəcək. Bu halda ölkədə rəqəmsallaşma xaosa çevrilir. Baxırsan, elektron xidmət var, amma istifadə edilmir. Çünki vətəndaşın ona əlçatanlığı yoxdur".

E.Abbasov hesab edir ki, bu problemlərin həlli üçün xüsusi konsepsiyaya ehtiyac var idi: "Artıq həmin konsepsiya mövcuddur. Bu konsepsiya yol xəritəsi olmalıdır. Bütün xidmətlər my.gov.az-da öz əksini tapmalı və vətəndaşların həmin xidmətlərə əlçatanlığı təmin olunmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 978   Tarix: 02 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Xəbər ertəsi" 14 sentyabrdan yeni mövsümə qayıdır - ÖZƏL

"Xəbər ertəsi" verilişi yeni mövsümlə tamaşaçıların görüşünə gəlir. BİG.AZ xəbər verir ki, veriliş 14 sentyabr saat 07:00-da yenidən efirə çıxacaq. Yeni mövsümdə gündəmin əsas xəbərləri, aktual hadisələr və cəmiyyəti maraqlandıran mövzular müzakirə olunacaq. Veriliş hər səhər tamaşaçıları ölkəd

10:55 970
.

Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər olacaq

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin parlamenti - Xalq Skupşinasının buraxılması ilə bağlı Fərman imzalayıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, ölkədə növbədənkənar parlament seçkiləri oktyabrın 25-nə təyin edilib. Xalqa müraciət edən Vuçiçin sözlərinə görə, ölkədək

18:15 62
.

Lavrov: "Almaniya hakimiyyəti müstəqillik əlamətləri göstərmir"

Hazırkı Almaniya hakimiyyətinin siyasəti tamamilə onurğasızdır və müstəqillik əlamətləri göstərmir. xəbər verir ki, müxbirinin verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu MDBMİ-nin tələbə və müəllim heyəti ilə illik görüşündə bildirib. "İndi Almaniyada sosial-iqtisadi problemlər

14:37 138
.

Vaşinqton Ukrayna ilə bağlı mövqeyini AÇIQLADI

ABŞ Ukraynadakı münaqişənin diplomatik yolla həllinə çalışır. xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff Vaşinqtonun münaqişəyə yanaşmasını açıqlayıb. Vitkoff bildirib: "Biz bu münaqişəyə kinetik deyil, diplomatik həll yolu axtarırıq"

14:43 154
.

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl

14:49 262
.

Bakıda yeni təmayül modelinə böyük maraq: 7 845 şagird müraciət edib - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

2026-2027-ci tədris ilindən Bakının 31 məktəbində yeni təmayül tədris modelinin tətbiqinə başlanılır. Artıq bu modelə maraq göstərən şagirdlərin sayı da diqqət çəkir. Belə ki, avqustun 27-dək 7 845 şagird yeni təmayül tədris modeli üzrə qeydiyyatdan keçib. Yeni modeldə əsas məqsədlərdən biri şagirdləri

15:07 192
.

Cəriməni ödəməməyin BƏDƏLİ: Sürücülər bu cəzaya da məruz qala bilər

"İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın icra olunmaması İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinə əsasən məsuliyyət yaradır". Bunu BİG.Az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, inzibati cərim

14:01 165
.

"İsraili anlamaq üçün müxtəlif siyasi düşərgələri təmsil edən KİV-ləri oxumaq lazımdır" - İqor Roytapel ilə EKSKLUZİV MÜSAHİBƏ

İsrailli politoloq, analitik və jurnalist İqor Roytapel BİG.AZ-a müsahibə verib. Sual: İsrailin media məkanını necə xarakterizə edərdiniz?. Cavab: İsrail mediası yüksək dərəcədə siyasiləşmiş və çoxşaxəlidir. Burada sol, mərkəzçi, sağ və milli-mühafizəkar mövqeləri təmsil edən media qurumları fəaliyyə

10:39 316
.

Ana qolları olmadığı üçün körpəsindən imtina etdi

Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrinin birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. "Unikal"a istinadən xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

17:15 168
.