Almaniyada yeni hakimiyyət - Ukraynanın silahlanmasında çox fəal rol oynayacaq

Almaniyada yeni hakimiyyət - Ukraynanın silahlanmasında çox fəal rol oynayacaqFridrix Mertz Türkiyənin Almaniyanın mühüm tərəfdaşı olduğunu, Berlin ilə Ankara arasında siyasi, iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini bildirir. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ən qısa zamanda görüşmək istədiyini deyib.

Almaniyada keçirilən növbədənkənar parlament seçkisinin nəticələri Ukraynanı sevindirsə də, çoxlarını şoka salıb. Amma səsvermənin nəticələri rəy sorğularının nəticələri ilə üst-üstə düşüb. Dünyanın ən varlı adamı İlon Maskın, eləcə də həm ABŞ, həm də Avropadan olan ifrat sağçı populist liderlərin açıq dəstəklərinə baxmayaraq, AfD sağ mərkəzçi Xristian Demokratlar /Xristian Sosialistlər İttifaqı (CDU/CSU) blokundan geridə qalıb. CDU/CSU 28.5 faiz səs toplayaraq birinci yerdə qərarlaşıb. CDU lideri Fridrix Mertz bildirib ki, o, yalnız bir koalisiya tərəfdaşı olmasını üstün tutur. Bununla o, əvvəlki Almaniya hökumətini erkən seçkiyə gətirib çıxaran çətin üçpartiyalı koalisiya quruluşundan qaçmaq istəyir. Gözlənildiyi kimi, hökuməti formalaşdırmaq vəzifəsi F.Mertzin üzərinə düşəcək. Dəqiq olanı odur ki, AfD - 20.8 faiz səs toplayan partiya - bu danışıqlarda iştirak etməyəcək. Çünki Almaniyanın digər əsas siyasi partiyaları bunu rədd edir. İndi sual odur ki, Mertz istədiyini ala biləcəkmi? Rəqəmlər göstərir ki, parlamentdə çoxluq əldə etmək üçün o, ən azı iki partiyanı koalisiyaya qatmalıdır.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

İki əsas namizəd

Seçkinin nəticələrinə görə, Almaniya parlamenti aşağıdakı kimi formalaşıb: Xristian Demokratlar İttifaqı (Mertz) - 210 yer, Almaniya üçün Alternativ (AfD - Vaydel) - 145 yer, SPD (Şolts) - 118, "Yaşıllar" - 94.

Mertzin koalisiya ortağı olmağa iki əsas namizəd mərkəz-sol SPD və "Yaşıllar" partiyalarıdır. Hazırkı kansler Olaf Şoltsun rəhbərlik etdiyi SPD dörd il əvvəlki nəticələrə nisbətən 10 faiz azalma ilə yalnız 16.4 faiz səs toplayıb. "Yaşıllar" 11.6 faizlə dördüncü yeri tutub. Təxminlərə görə, CDU/CSU və SPD birlikdə parlamentdə cüzi çoxluq əldə edə və "böyük koalisiya" yarada bilərlər.

Seçkidən əvvəl F.Mertz bildirib ki, o, yeni hökuməti Pasxa bayramına - aprelin 20-dək qurmaq istəyir.

Türkiyənin "dostu" - Mertz

Maraqlıdır ki, Mertz Türkiyənin Almaniyanın mühüm tərəfdaşı olduğunu və Berlin ilə Ankara arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini bildirir. "NATO üzvü kimi Türkiyə regional təhlükəsizlikdə də mühüm rol oynayır", - alman mühafizəkarlarının lideri vurğulayıb. O, Rəcəb Tayyib Ərdoğanla ən qısa zamanda görüşmək istədiyini deyib. Gələcək kansler Türkiyənin geosiyasi mövqeyini nəzərə alaraq, miqrasiya siyasəti və ticarət əlaqələrində funksional ortaqlığa ehtiyac olduğunu bildirib. Türkiyə mediası yazır ki, Mertzin hakimiyyəti dövründə Almaniya-Türkiyə münasibətlərində strateji əməkdaşlıq ön planda olacaq. Xüsusilə miqrasiya, enerji və təhlükəsizlik kimi məsələlərdə praqmatik yanaşmanın tətbiq ediləcəyi nəzərdə tutulur.

Onu da qeyd edək ki, seçkidə 19 türk əsilli namizəd də deputat seçilib.

Şoltsdan qat-qat qətiyyətli

Ehtimallara görə, Mertz kansler olarsa, Ukraynanın silahlanmasında çox fəal rol oynayacaq. Bundan əlavə, Mertz Almaniyanın hərbi cəhətdən güclənməsini vacib sayır. Ekspertlərin qənaətincə, diplomatik cəbhədə də Mertz Şoltsdan qat-qat qətiyyətlidir. Almaniya Avropanın təhlükəsizliyində fəal rolu üzərinə götürəcək. Yeni kanslerin Ukraynaya dəstək məsələsində əvvəlki mövqeyi Kiyevə Avropanın yardımları baxımından əhəmiyyətlidir. Lakin Mertzin qarşıdakı dövrdə bu məsələyə spesifik yanaşacağı sual altındadır. Çünki onun üçün hazırkı prioritet koalisiya hökumətini formalaşdırmaq və ölkənin inkişafı ilə bağlı proqramları həyata keçirməkdir.

"Unudulmuş" Mertzin qayıdışı

Cəmi on il əvvəl Mertz ovaxtkı müxalif CDU/CSU-nun aparıcı simalarından biri idi və Angela Merkellə liderlik uğrunda mübarizə aparırdı. İndi 69 yaşında olan Mertz nəhayət Almaniya siyasətinin zirvəsinə çatıb. O, altı il əvvəl daha sadə vergi sistemini müdafiə edən və miqrasiyanı məhdudlaşdıran klassik sağçı liberal kimi siyasətə qayıdıb və dərhal CDU sıraviləri arasında Merkeldən sonra ən populyar namizəd olub. Lakin partiya iki dəfə liderlik seçkisində ona şans verməyib. Mertz də bir çox avropalı siyasətçilər kimi deyir ki, Avropa Donald Trampın təcrid siyasətinə hazır olmalı və ümumilikdə özünü Rusiya təhlükəsindən qoruya bilməlidir. O, hərbi xərcləri tez bir zamanda artıracağını vəd edir.

Avropanın "Tramp"ı

Mertz ABŞ Prezidenti Donald Tramp ilə bəzi oxşar xüsusiyyətlərə də sahibdir: hər ikisi biznes sahəsində təcrübə qazanıb. Tramp Almaniyadakı seçkinin nəticələrini yüksək qiymətləndirərək, mühafizəkarların qələbəsinin "Almaniya üçün əla gün" olduğunu yazıb. Seçkidən sonra Mertz bildirib ki, Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsini müzakirə etmək hələ çox tezdir. Mertz, eyni zamanda, Trampın NATO-nun fəaliyyət qabiliyyəti ilə bağlı davamlı açıqlamaları qarşısında transatlantik alyansın gələcəyi ilə bağlı narahatlığını ifadə edib. "Biz Avropanın müstəqil müdafiə qabiliyyətini daha sürətlə inkişaf etdirməliyik. Bu, tamamilə mənim prioritetimdir və ABŞ-də baş verənlər barədə heç bir illüziyam yoxdur", - Mertz bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 977   Tarix: 02 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"İsraili anlamaq üçün müxtəlif siyasi düşərgələri təmsil edən KİV-ləri oxumaq lazımdır" - İqor Roytapel ilə EKSKLUZİV MÜSAHİBƏ

İsrailli politoloq, analitik və jurnalist İqor Roytapel BİG.AZ-a müsahibə verib. Sual: İsrailin media məkanını necə xarakterizə edərdiniz?. Cavab: İsrail mediası yüksək dərəcədə siyasiləşmiş və çoxşaxəlidir. Burada sol, mərkəzçi, sağ və milli-mühafizəkar mövqeləri təmsil edən media qurumları fəaliyyə

10:39 316
.

İsgəndərin cəsədi haradadır? - Dünyanı fəth etdi, məzarı yoxa çıxdı

Tarixin ən qüdrətli sərkərdələrindən biri olan Makedoniyalı İsgəndərin qurduğu imperiya üç qitəyə yayılıb. Lakin onun saysız-hesabsız şəhərləri fəth edən ordusundan, saraylarından və xəzinələrindən fərqli olaraq, məzarının yeri bu günədək müəyyən edilməyib. İsgəndərin nəşinin İsgəndəriyyənin altında

08.09.2026 297
.

Böyük Britaniya İrana qarşı sanksiyaları sərtləşdirir: "Şahdəniz" layihəsinə istisna

Böyük Britaniya hökuməti İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan yeni qanunvericilik tədbirlərini təqdim edib. xəbər verir ki, Böyük Britaniyanın xarici işlər nazirinin müavini Stiven Dauti bildirib ki, yeni məhdudiyyətlər İranın ticarət və dəniz daşımaları sektoruna da şamil olunacaq

08.09.2026 256
.

İİKK Hörmüz boğazı ilə bağlı AÇIQLAMA VERDİ: "İranın nəzarətindədir"

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-a məxsus pilotsuz yerüstü aparata hücum etdiyini açıqlayıb. xəbər verir ki, bu barədə İİKK-nın bəyanatına istinadən Press TV məlumat yayıb. Bildirilib ki, pilotsuz aparat Hörmüz boğazının mühafizə zonasına daxil olmağa cəhd edərkən hücuma məruz qalıb

14:52 145
.

Bakıda yeni təmayül modelinə böyük maraq: 7 845 şagird müraciət edib - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

2026-2027-ci tədris ilindən Bakının 31 məktəbində yeni təmayül tədris modelinin tətbiqinə başlanılır. Artıq bu modelə maraq göstərən şagirdlərin sayı da diqqət çəkir. Belə ki, avqustun 27-dək 7 845 şagird yeni təmayül tədris modeli üzrə qeydiyyatdan keçib. Yeni modeldə əsas məqsədlərdən biri şagirdləri

15:07 192
.

Kirayəyə verdiyim pulla öz evimi alım" - bu fikir 2026-cı ildə həqiqətən sərfəlidirmi?

Mənzil bazarında vətəndaşların qarşısında duran ən aktual maliyyə suallarından biri budur: aylıq gəlirin bir hissəsini illərlə kirayəyə ödəmək daha doğrudur, yoxsa həmin vəsaiti ipotekaya yönəldərək mənzil sahibi olmaq?. Mövzu ilə bağlı BİG.Az-a açıqlama verən əmlak eksperti Fərid Cəfərli bildirib ki

15:29 160
.

Günəş qəfil yoxa çıxsaydı, Yer bunu dərhal bilməzdi - Səbəbi budur

Mümkünsüz bir hadisəni - Günəşin qəfil yoxa çıxmasını təsəvvür etsək, Yer bunu dərhal hiss etməzdi. Günəşin son işığı daha 8 dəqiqə 19 saniyə ərzində bizə çatmağa davam edərdi. Orta hesabla işığın Günəşlə Yer arasındakı məsafəni qət etməsi üçün məhz bu qədər vaxt tələb olunur. Qaynarinfo "Spac

08.09.2026 269
.

Nuranın oğlu Avropada təhsil alacaq

Müğənni Nura Suri kiçik oğlu Davidi Macarıstana yola salıb. Axşam.az xəbər verir ki, sənətçinin övladı Budapeştdə təhsil alacaq. Nura sosial şəbələdə paylaşım edərək "Oğlum David bu gündən yeni həyata addımlayır. Macarıstana təhsil almağa gedir. Yolun açıq olsun. Allah səni qorusun" sözlərin

11:24 235
.

Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər olacaq

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin parlamenti - Xalq Skupşinasının buraxılması ilə bağlı Fərman imzalayıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, ölkədə növbədənkənar parlament seçkiləri oktyabrın 25-nə təyin edilib. Xalqa müraciət edən Vuçiçin sözlərinə görə, ölkədək

18:15 62
.