Türkiyə-Britaniya Suriya ilə bağlı siyasi məsləhətləşmələr aparacaq

Türkiyə-Britaniya Suriya ilə bağlı siyasi məsləhətləşmələr aparacaqMartın 4-də Ankarada Türkiyə ilə Böyük Britaniya arasında Suriya ilə bağlı siyasi məsləhətləşmələr aparılacaq.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Nuh Yılmaz, Britaniya tərəfindən isə xarici işlər nazirliyinin Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə nümayəndəsi Hamiş Falkoner iştirak edəcək.

Məsləhətləşmələr zamanı Suriya ilə yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunacaq.

N.Yılmaz görüşdə qarşı tərəfə rəsmi Ankaranın Suriyanın təhlükəsizliyi, sabitliyi və iqtisadi vəziyyəti ilə bağlı fikirlərini və gözləntilərini çatdıracaq.

Həmçinin Suriyanın yenidən qurulması və iqtisadi inkişafı üçün heç bir ilkin şərt qoyulmadan sanksiyaların tamamilə ləğv edilməsinin vacibliyinin vurğulanması da nəzərdə tutulur.

Suriyanın gələcəyində terrora yer olmadığı vurğulanacağı danışıqlarda İsrailin bu ölkənin suverenliyini açıq şəkildə pozan və təhdid edən hərəkətlərinin dayandırılması zərurətinin müzakirə olunacağı gözlənilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 645   Tarix: 02 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Portuqaliya Ukraynanın Enerji Fonduna dəstək üçün 600 min avro ayıracaq

Portuqaliyanın Baş naziri Luiş Montenerqu ölkəsinin Ukraynanı dəstəkləmək üçün Enerji Fonduna ilk töhfə olaraq 600 min avro ayıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko "X"də paylaşım edib. Sviridenko qeyd edib ki, Portuqaliyanı

21.12.2025 152
.

Marko Rubio: "Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı qərar Moskva və Kiyev tərəfindən veriləcək"

Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı qərar Vaşinqton deyil, Moskva və Kiyev tərəfindən veriləcək. TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio mətbuat konfransında bildirib. O, qeyd edib ki, münaqişələr ümumiyyətlə iki yoldan biri ilə başa çatır: Bir tərəfin təsli

21.12.2025 145
.

Azərbaycan 11 ayda meyvə-tərəvəz ixracından 800 milyon dollardan çox gəlir götürüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 806 milyon 949 min ABŞ dolları dəyərində 761 min 845,29 ton meyvə və tərəvəz ixrac edilib. "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 28,5 %, həcm

21.12.2025 147
.

MTK-lar daxili krediti niyə azaldıblar?

Əvvəllər mənzil bazarında geniş yayılmış daxili kreditlə satış imkanları demək olar ki, azalıb. Bir çox Mənzil-Tikinti Kooperativləri 4-5 illik, hətta faizsiz daxili ödəniş şərtləri ilə mənzil təklif edirdilər. Son vaxtlarda isə buna az rast gəlinir. BİG.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, əmla

21.12.2025 101
.

Rusiya Arktikada ABŞ ilə əməkdaşlığa hazırlaşır

Rusiya Arktikada ABŞ ilə əməkdaşlığa hazırlıq görür. "Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kirill Dmitriyev bildirib. "ABŞ ilə Arktikada əməkdaşlığa hazırlaşırıq", - o, "X" sosia

21.12.2025 163
.

İran Sin Cinpinin təşəbbüslərini dəstəkləyib və Çinlə əməkdaşlığı dərinləşdirmək istəyir

Tehran bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyət quruculuğu konsepsiyasını, eləcə də Çin Xalq Respublikasının Sədri Si Cinpinin təklif etdiyi qlobal təşəbbüsləri dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın Çindəki səfiri Abdolreza Rəhmani-Fazli bildirib. Çin Kommunist Partiyası Mərkəz

21.12.2025 158
.

Ukrayna Rusiya və ABŞ ilə üçtərəfli görüşə razılıq verdi

Ukrayna ABŞ-nin Rusiya ilə üçtərəfli görüş keçirmək təklifini dəstəkləyir. Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib. Lakin o, belə bir görüşün yeni nəticələr verə biləcəyinə şübhə ilə yanaşdığını qeyd edib, çünki Türkiyədə bu formatd

21.12.2025 162
.

Livanın Baş naziri: "Hizbullah"ın tərk-silah olunmasının birinci mərhələsi tezliklə başa çatacaq

Livanın Əl-Litani çayından cənuba doğru bütün qeyri-hökumət qüvvələrinin silahlarının müsadirəsinin birinci mərhələsi tezliklə başa çatacaq. "Report" LBCI telekanalına istinadən xəbər verir ki, bu barədə Livanın Baş naziri Nəvaf Salam bildirib. Salam qeyd edib ki, silahların yalnız Livan dövlətini

21.12.2025 162
.

Aİ Gürcüstanla vizasız səyahət rejimini dayandıra bilər

Avropa Komissiyası Gürcüstanla vizasız səyahət rejiminin tamamilə dayandırılmasını nəzərdən keçirir. xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) rəsmi saytında dərc olunmuş hesabatda bildirilir. Qeyd olunub ki, bu addım Gürcüstan hökumətinin Aİ demokratik normalara riayət etmək tələblərinə və 2017-c

21.12.2025 155
.

TOP MP3