Avropada qazın orta qiyməti 5 % artıb
Bu ilin fevral ayında Avropada qazın orta qiyməti yanvar ayı ilə müqayisədə 5 % artaraq 1 000 kubmetr üçün təxminən 542 ABŞ dolları təşkil edib.
"Report" xəbər verir ki, bunu Londonun ICE birjasının fyuçerslər haqqındakı məlumatları göstərir.
Keçən ilin payızından bəri Avropa qovşaqlarında qazın qiyməti tədricən artıb. 2024-cü ilin sentyabrında orta qiymət 1 000 kubmetr üçün təqribən 416 ABŞ dolları (illik müqayisədə 0,3 % az), oktyabrda 456 ABŞ dolları (-11 %), noyabrda 491 ABŞ dolları (-4 %), dekabrda 489 ABŞ dolları (+20 %), 2025-ci ilin yanvarında 517 ABŞ dolları (+53 %), fevralda isə 542 ABŞ dolları (+88 %) təşkil edib.
Qiymətlərin artmasına təsir edən əsas amillər Avropa anbarlarından qazın yüksək həcmlərlə çəkilməsi və külək enerjisi istehsalının payının azalması olub. Eyni zamanda, yanvarın 31-də qaz fyuçersləri 1 000 kubmetr üçün 577 ABŞ dolları civarında ticarət olurdusa, fevralın 28-də hərraclar 475 ABŞ dolları səviyyəsində bağlanıb ki, bu da əvvəlki ayın sonu ilə müqayisədə 17,7 % azdır. Fevralın sonunda qiymətlərin azalması Rusiya və ABŞ arasındakı danışıqların başlaması və mülayim keçməsi ilə bağlıdır.
Ümumilikdə ay ərzində qarışıq qiymət dinamikası müşahidə olunub. Fevralın ilk yarısında kotirovkalar 630 ABŞ dollara yaxınlaşaraq iki ilin ən yüksək səviyyəsinə çatıb. Artım Avropanın yeraltı qaz anbarlarından rekord miqdarda qaz çəkimi ilə bağlı olub. Hazırda Avropanın yeraltı qaz anbarlarında təxminən 43,5 milyard kubmetr qaz var və bu, ümumi doluluq səviyyəsinin 39,5 %-dən azdır. 2024-cü ilin oktyabr ayının sonunda istilik mövsümünün başlanmasından bəri Aİ ölkələri anbarlardan demək olar 66 milyard kubmetr qaz istifdə edib, qazın təmiz formada istifadəsi isə 62 milyard kubmetri keçib.
Bundan əlavə, Aİ-də elektrik enerjisi istehsalında külək enerjisinin payı azalıb: yanvarda bu, orta hesabla 21 %, fevralda isə 13 % civarında olub. Bu, elektrik enerjisi istehsalı üçün qaza tələbatın artmasına səbəb olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 578 Tarix: 02 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu səhra Saharadan 5 dəfə daha qurudur, amma... - Milyonlarla çiçəklə örtüləcək
Çilinin şimalında yerləşən Atakama Yer kürəsinin ən quraq ərazilərindən biri hesab olunur. Səhra Sakit okeanla And dağları arasında 100 kilometrdən çox məsafəyə uzanır. Burada ildə orta hesabla təxminən 15 millimetr yağıntı düşür, halbuki Saharada bu göstərici təxminən 75 millimetrdir. Atakama səhrasını
08.09.2026 270 İsgəndərin cəsədi haradadır? - Dünyanı fəth etdi, məzarı yoxa çıxdı
Tarixin ən qüdrətli sərkərdələrindən biri olan Makedoniyalı İsgəndərin qurduğu imperiya üç qitəyə yayılıb. Lakin onun saysız-hesabsız şəhərləri fəth edən ordusundan, saraylarından və xəzinələrindən fərqli olaraq, məzarının yeri bu günədək müəyyən edilməyib. İsgəndərin nəşinin İsgəndəriyyənin altında
08.09.2026 297 Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər olacaq
Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin parlamenti - Xalq Skupşinasının buraxılması ilə bağlı Fərman imzalayıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, ölkədə növbədənkənar parlament seçkiləri oktyabrın 25-nə təyin edilib. Xalqa müraciət edən Vuçiçin sözlərinə görə, ölkədək
18:15 62 Bakıda yeni təmayül modelinə böyük maraq: 7 845 şagird müraciət edib - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
2026-2027-ci tədris ilindən Bakının 31 məktəbində yeni təmayül tədris modelinin tətbiqinə başlanılır. Artıq bu modelə maraq göstərən şagirdlərin sayı da diqqət çəkir. Belə ki, avqustun 27-dək 7 845 şagird yeni təmayül tədris modeli üzrə qeydiyyatdan keçib. Yeni modeldə əsas məqsədlərdən biri şagirdləri
15:07 192 "Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib
"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri üçün Bilik Gününə həs
15:55 154 Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamına məxsusdur
Xəbər verdiyimiz kimi, Şəkinin Baş Kəldək kəndi ərazisində istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən faciə baş verib. Qaynarinfo -a istinadən xəbər verir ki, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur "Qurtuluş-93"yaşayış kompleksinin və Novxanıdakı "My Beach"
10:28 334 "Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video
"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli
15:30 264 Günəş qəfil yoxa çıxsaydı, Yer bunu dərhal bilməzdi - Səbəbi budur
Mümkünsüz bir hadisəni - Günəşin qəfil yoxa çıxmasını təsəvvür etsək, Yer bunu dərhal hiss etməzdi. Günəşin son işığı daha 8 dəqiqə 19 saniyə ərzində bizə çatmağa davam edərdi. Orta hesabla işığın Günəşlə Yer arasındakı məsafəni qət etməsi üçün məhz bu qədər vaxt tələb olunur. Qaynarinfo "Spac
08.09.2026 269 Çin mallarına qarşı Avropadan yeni addım - AB "Avropadan al" siyasətinə keçir
Avropa Komissiyası dövlət satınalmalarında Avropa şirkətlərinə üstünlük verilməsi üçün yeni qaydalar təklif edib. Reuters-in məlumatına görə, məqsəd Avropanın Çin və digər ölkələrdən asılılığını azaltmaq, yerli istehsalı və təchizat zəncirlərini gücləndirməkdir. Yeni qaydalara əsasən, dövlət tenderlərind
16:22 146