Türkan-Hövsan yolundakı mehmanxananın fəaliyyəti dayandırılıb

Türkan-Hövsan yolundakı mehmanxananın fəaliyyəti dayandırılıbTürkan-Hövsan yolundakı mehmanxananın fəaliyyəti dayandırılıb

Bu barədə BiG.AZ-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan-Hövsan yolunun yaxınlığında yerləşən vətəndaş Salamov Fəqan Yavər oğluna məxsus mehmanxanada keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektdə mövcud olan avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu işlək vəziyyətdə deyil;

- yanğın siqnalizasiya qurğusuna, tüstüyə qarşı müdafiə sisteminə, yanğına qarşı daxili su şəbəkəsinin nasos stansiyasına texniki xidmət ixtisaslı mütəxəssis tərəfindən həyata keçirilməyib;

- obyektin fasadının üzlənməsində istifadə olunmuş tikinti materialının yanma qrupunu müəyyən edən müvafiq sənədlər təqdim edilməyib;

- obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;

- elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməyib, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

- obyektin tüstü bacası təmizlənməyib;

- obyektin qazanxanasına əlavə əşya və materiallar yığılıb;

- mətbəxə və qazanxanaya çəkilən qaz xətti "Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları"na uyğun həyata keçirilməyib, o cümlədən mətbəxə gələn qaz sobaya rezin boru vasitəsilə birləşdirilib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan-Hövsan yolunun yaxınlığında yerləşən Salamov Fəqan Yavər oğluna məxsus mehmanxananın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 601   Tarix: 02 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vyetnamın Fukuok adası sahillərində kater çevrilib, 15 nəfər ölüb

Vyetnamın cənubundakı Fukuok adası sahillərində sürət kateri çevrilib, nəticədə 15 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə "VnExpress" məlumat yayıb. "Göyərtəsində 32 hindistanlı turist, həmçinin dörd heyət üzvü və xidmət personalının olduğu gəmi Fukuok adası sularınd

11.07.2026 156
.

Sürücülük vəsiqəsi almaq istəyənlərə ŞAD XƏBƏR: BUNDAN SONRA...

Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən vətəndaşların uzun müddətdir qarşılaşdığı və ciddi narazılıqlara səbəb olan problemlərdən biri öz həllini tapıb. Belə ki, sürücülük vəsiqəsi imtahanlarında iştirak etmək üçün tələb olunan tibbi arayışın qüvvədə olma müddətinin cəmi 30 gün müəyyən edilməs

00:25 231
.

Prezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də "Xankəndi" hotelinin açılışında iştirak edib. "Report" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına "Xankəndi" Mehmanxana Kompleksinə aid "Xankəndi" hotelind

11.07.2026 182
.

Konqoda Ebolaya yoluxanların sayı artır

Konqo Demokratik Respublikasında (KDR) laboratoriyada təsdiqlənmiş Ebola qızdırması hallarının sayı son 24 saatda 32 nəfər artaraq 1830-a çatıb. -ın TASS-a istinadən xəbərinə görə, bu məlumatlar ölkənin Rabitə və KİV İşləri Nazirliyinin gündəlik bülletenində göstərilib. Məlumata görə, Eboladan ölənləri

11.07.2026 160
.

Gürcüstanda ilk dəfə Ana Südü Bankı fəaliyyətə başlayıb

Gürcüstanda ilk dəfə Ana Südü Bankı Batumidə, İaşvili adına Mərkəzi Ana və Uşaq Xəstəxanasında rəsmi olaraq fəaliyyətə başlayıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Açılış mərasimində Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcbur

11.07.2026 166
.

Tayvanda "Bavi" qasırğası nəticəsində 87 nəfər yaralanıb

Tayvanda "Bavi" tayfunu nəticəsində 87 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Qeyd olunub ki, xəsarət alanların çoxu artıq xəstəxanalardan buraxılıb, ölüm və ya ciddi xəsarət halları qeydə alınmayıb. Ada üzrə 14,2 mi

11.07.2026 160
.

Prezident: "Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir"

"Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və bu gözəl inkişafı görəndə, əlbəttə ki, ürəyim sevinir. Bir daha əmin oluram ki, biz nə qədər böyük xalqıq, qurub-yaradan xalqıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırma

11.07.2026 143
.

Zərdabda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən şəxs saxlanılıb. xəbər verir ki, müayinə zamanı N.Ağazadənin narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub. Sürücü barəsində toplanmı

11.07.2026 148
.

Tovuz döyüşlərindən 6 il ötür

Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. BİG.AZ xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən altı il ötür. 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkild

00:17 120
.

TOP MP3