Şolts və Merts Trampla Zelenskinin Ağ Evdəki mübahisəsini və onun nəticələrini müzakirə edib
Almaniya Kansleri Olaf Şolts ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında baş tutmuş görüşün nəticələrini müzakirə etmək üçün özünün ehtimal olunan varisi Fridrix Mertsə zəng edib.
"Report" Almaniya KİV-ə istinadən xəbər verir ki, Şolts Ağ Evdə Trampla Zelenski arasında baş verən mübahisədən sonra Mertslə əlaqə saxlayıb.
"Bu zəng sürpriz oldu, çünki bir müddət əvvəl Berlində Şoltsun keçid dövrünə seçki qalibini daha yaxından cəlb etmək üçün heç bir səbəb görmədiyi vurğulanmışdı. Hökumətin sözçüsü Şteffen Hebestrayt cümə günü martın 2-də Londonda keçiriləcək Ukrayna sammiti öncəsi Şolts və Merts arasında koordinasiyaya ehtiyac olmadığını bildirmişdi. Onun sözlərinə görə, siyasətçilər fevralın 25-də görüşmüşdülər və əlavə təmaslara ehtiyac yox idi", - nəşrlər yazır.
Nəşrlər qeyd edir ki, Şolts və Merts vəziyyətin ciddiliyi ilə bağlı fikirlərində yekdildir.
Kansler "X" sosial şəbəkəsində yazıb: "Ukrayna vətəndaşlarından daha çox heç kim sülh istəyə bilməz! Ona görə də biz birlikdə davamlı və ədalətli sülhə gedən yol axtarırıq. Ukrayna həm Almaniyaya, həm də Avropaya arxalana bilər".
Merts də bu mənada həmrəyliyini ifadə edib: "Hörmətli Volodimir Zelenski, biz yaxşı gündə də, çətin anlarınızda da Ukraynanın yanındayıq. Bu dəhşətli müharibədə hücum edənləri və müharibənin qurbanları heç vaxt qarışdırmamalıyıq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 810 Tarix: 01 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsi
Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirak
14:42 305 Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
11:51 468 Qara dənizdə batan yük gəmisindən azərbaycanlılar xilas edildilər
Somali bayrağı altında üzən və Bolqarıstan sahillərində partlayış nəticəsində batan "BETUL 8" yük gəmisindən 12 nəfər xilas edilib. Bu barədə Türkiyənin NTV nəşrinə istinadən məlumat verir. Məlumata görə, Türkiyə və Bolqarıstan səlahiyyətlilərinin koordinasiyalı işləri nəticəsində gəmidə ola
20:30 129 Bankda əmanəti olanların nəzərinə: Yeni ildən qaydalar dəyişir
"Gələn ildən etibarən Vergi Məcəlləsində bir sıra dəyişikliklər nəzərdə tutulub. Bu ilin son günü bir sıra güzəştlərin müddəti başa çatır". xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib. O bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlı
21:45 1 Millətlər Liqasının tarixini yenidən yazdı: Dyökereş Ronaldonu keçdi
İsveç millisini hücumçusu ardıcıl səkkizinci oyununda qol vuraraq Millətlər Liqasında unikal rekorda imza atıb. Noyabrın 14-də İsveç Millətlər Liqasının beşinci turunda Bosniya və Herseqovinanı 3-2 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, Viktor Dyökereş iki penaltini - biri 11-ci dəqiqədə, digər
19:45 161 Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələ
12:39 273 "Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video
Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd
16:28 296 10° şaxta olacaq
Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
13:01 293 Prokuror general qızı haqda qərardan protest verdi
Prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva barəsində çıxarılan ev dustaqlığı qərarından protest verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, protest artıq məhkəməyə təqdim edilib. Prokuror ağır cinayətdə ittiham olunan mediator xanımı
13:52 323