FHN hava ilə bağlı əhaliyə müraciət etdi
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda ölkə ərazisində müşahidə edilən qeyri-sabit və yağıntılı hava şəraiti martın 2-dək davam edəcək.
BiG.AZ xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini bir daha diqqətə çatdırırıq. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı tövsiyə edirik. Hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.
Bununla yanaşı, yolların buz bağlaması hallarında piyadalar ayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər. Buzlu yolda sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun, yıxıldığınız halda isə qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1380 Tarix: 28 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİranda elita parçalanır - Ruhani Ali Rəhbərə qarşı çıxdı
İranda siyasi elita daxilində fikir ayrılıqları yenidən gündəmə gəlib. İran KİV-nə istinadən xəbər verir ki, keçmiş prezident (2013-2021), islahatçı qanadın nümayəndəsi Həsən Ruhani ABŞ ilə müharibənin davam etdirilib-etdirilməməsi məsələsinin xalqın iradəsi ilə müəyyənləşdirilməsini təklif edib. Ruhan
08.09.2026 324 Ət yeməyənlər DİQQƏT: Bu vitamin və minerallar çatışmaya bilər
"Tək bir qida məhsulu ətin bütün bioloji üstünlüklərini tam şəkildə əvəz etmir. Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularının 9-u əvəzolunmaz hesab olunur. Yəni orqanizm onlar
15:38 161 Ukrayna-Rusiya müharibəsi necə bitə bilər? Ekspertdən diqqətçəkən ssenari
"Ukraynanın ərazi məsələsində güzəştlərə getməsinin müharibənin başa çatmasına yol aça biləcəyi fikrinə də münasibət bildirilib. Bu, son günlər diplomatik gündəmin ən həssas məsələlərindən biridir. Lakin burada bir məqamı xüsusilə vurğulamaq lazımdır: ərazi güzəşti müharibəni dayandıra bilər, amm
15:14 157 Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - Detallar
Xəbər verdiyimiz kimi, tanınmış modelyer Leyla Əhmədova cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun məlumatına görə, modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur. İş üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb
11:31 261 "Bəzən yeni ətir seçmək əslində yeni bir "mən" hissini sınamaqdır" - DİLRUBA HƏSƏNOVA
İnsanların geyimindən, danışıq tərzindən və davranışlarından xarakterləri haqqında müəyyən təsəvvür formalaşdıra bilirik. Ümumiyyətlə ətir seçimi insanın xarakteri haqqında nə deyir?. Niyə bəzi qoxular bizi illər əvvələ qaytarır? Ətirə maraq niyə artır: dəb, özünüifadə, yoxsa psixoloji ehtiyac? . Mövz
17:22 89 Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
15:01 152 "Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video
"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli
15:30 246 Lavrov: "Almaniya hakimiyyəti müstəqillik əlamətləri göstərmir"
Hazırkı Almaniya hakimiyyətinin siyasəti tamamilə onurğasızdır və müstəqillik əlamətləri göstərmir. xəbər verir ki, müxbirinin verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu MDBMİ-nin tələbə və müəllim heyəti ilə illik görüşündə bildirib. "İndi Almaniyada sosial-iqtisadi problemlər
14:37 135 Azərbaycanın Xalq artisti vəfat etdi
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand
10:11 215