"Gələcəyə hazırlaşmaq üçün sudan səmərəli istifadə etməliyik"- Rafiq Verdiyev
Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi bu gün vacib məsələlərdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə apardığı siyasətin nəticəsində bir çox iri layihələr həyata keçirilmiş "Sudan səmərəli İstifadə olunmasının Milli Strategiya"sı təsdiqlənmişdir. Ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi həmçinin əkin sahələrinin suvarılma suyu ilə təmin olunması istiqamətində mühüm işlər görülməkdədir.
Lakin yenə də su çatışmazlığı yaşamağımız problem olaraq qalmaqdadır.
Mövzu ilə bağlı BiG.AZ-a danışan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr Şöbəsinin müdiri Rafiq Verdiyev bildirib ki, Azərbaycan su ehtiyatları məhdud olan ölkədir. Biz yerli su ehtiyatlarımızla yanaşı, ölkəmizə qonşu dövlətlərdən daxil olan sulardan da, suvarılma sahəsində istifadə edirik. Bu gün əhalinin içməli su təchizatında problemlər çoxdur. Bir neçə ildə havaların quraq keçməsi nəticəsində çayların suları azalıb, bu da su təchizatına mənfi təsir göstərib:
"Ölkəmizdə suyun uçotunun aparılması çox vacibdir. İstifadə etdiyimiz suyun 40%-i itkilərə səbəb olur. Bunun da səbəbi sudan istifadə zamanı yol verilən israfçılıqdır. Əlbəttə ki, bu sahədə müəyyən işlər həyata keçirilir. İnfrastrukturun bərpası, suyun uçotunu təkmilləşdirmək məqsədilə sayğacların qurulması geniş vüsət alıb. Lakin buna baxmayaraq əhalinin bəzi hissəsi tərəfindən sudan qənaətsiz istifadə hələ də davam edir.
Təəssüf ki, suvarma sahəsində də israfçılığa yol veririk. Kənd təsərrüfatında yeni suvarma texnologiyalarından istifadə edilmir. Həddən artıq ərazilərə su verilir. Bəzi ərazilərə su çox verildiyindən torpaqlar şoranlaşır. Bu da torpaqların əkin dövriyyəsindən çıxması ilə nəticələnir və ərzaq qıtlığı problemi ilə üzləşirik.
Buna görə də çalışmalıyıq ki, həm suvarmada, həm də içməli sulardan bizə lazım olan qədərini istifadə edək.
Nəzərə almalıyıq ki, dövlətimiz tərəfindən su ehtiyatlarının təmizlənməsi və çatdırılması böyük investisiya hesabına başa gəlir. Buna görə də sudan istifadənin səmərəliliyini artırmalıyıq.
Bu sahədə maarifləndirmə işlərinə xüsusi diqqət yetirilməlidir. Hər kəs anlamalıdır ki, su bizim əvəzolunmaz resursumuzdur. Dəyişən iqlim nəticəsində gələcəkdə su ehtiyatları azalacaq. Ona görə də gələcəyə hazırlaşmaq üçün sudan səmərəli istifadə etməliyik. Suyu qorumağa çalışmalıyıq. Nə qədər israfçılığa yol verməsək, o qədər çayların ekosistemini qoruyacağıq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1804 Tarix: 28 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİranda elita parçalanır - Ruhani Ali Rəhbərə qarşı çıxdı
İranda siyasi elita daxilində fikir ayrılıqları yenidən gündəmə gəlib. İran KİV-nə istinadən xəbər verir ki, keçmiş prezident (2013-2021), islahatçı qanadın nümayəndəsi Həsən Ruhani ABŞ ilə müharibənin davam etdirilib-etdirilməməsi məsələsinin xalqın iradəsi ilə müəyyənləşdirilməsini təklif edib. Ruhan
08.09.2026 324 Ət yeməyənlər DİQQƏT: Bu vitamin və minerallar çatışmaya bilər
"Tək bir qida məhsulu ətin bütün bioloji üstünlüklərini tam şəkildə əvəz etmir. Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularının 9-u əvəzolunmaz hesab olunur. Yəni orqanizm onlar
15:38 161 Ukrayna-Rusiya müharibəsi necə bitə bilər? Ekspertdən diqqətçəkən ssenari
"Ukraynanın ərazi məsələsində güzəştlərə getməsinin müharibənin başa çatmasına yol aça biləcəyi fikrinə də münasibət bildirilib. Bu, son günlər diplomatik gündəmin ən həssas məsələlərindən biridir. Lakin burada bir məqamı xüsusilə vurğulamaq lazımdır: ərazi güzəşti müharibəni dayandıra bilər, amm
15:14 157 Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - Detallar
Xəbər verdiyimiz kimi, tanınmış modelyer Leyla Əhmədova cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun məlumatına görə, modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur. İş üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb
11:31 261 "Bəzən yeni ətir seçmək əslində yeni bir "mən" hissini sınamaqdır" - DİLRUBA HƏSƏNOVA
İnsanların geyimindən, danışıq tərzindən və davranışlarından xarakterləri haqqında müəyyən təsəvvür formalaşdıra bilirik. Ümumiyyətlə ətir seçimi insanın xarakteri haqqında nə deyir?. Niyə bəzi qoxular bizi illər əvvələ qaytarır? Ətirə maraq niyə artır: dəb, özünüifadə, yoxsa psixoloji ehtiyac? . Mövz
17:22 89 Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
15:01 152 "Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video
"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli
15:30 246 Lavrov: "Almaniya hakimiyyəti müstəqillik əlamətləri göstərmir"
Hazırkı Almaniya hakimiyyətinin siyasəti tamamilə onurğasızdır və müstəqillik əlamətləri göstərmir. xəbər verir ki, müxbirinin verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu MDBMİ-nin tələbə və müəllim heyəti ilə illik görüşündə bildirib. "İndi Almaniyada sosial-iqtisadi problemlər
14:37 135 Azərbaycanın Xalq artisti vəfat etdi
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand
10:11 215