"Ərimin mənə xəyanət etdiyi qadın hamilə idi" - Sevda
"Qadın kimi mən xoşbəxt olmadım. O mənə nəsib olmadı. Əvvəldən bu olmadı. Mənim ki, qətirmədi. Oğlum heç dünyaya gəlməmişdi. O yarı yolda idi. Birinci həyat yoldaşımla ayrıldım. Mən bibim nəvəsi ilə ailə qurmuşdum. Alınmadı, çox az müddətdən sonra biz ayrıldıq".
OLAY yazır ki, bu sözləri Əməkdar artist Sevda Əliqizı qonaq olduğu "Etiraf" verilişində deyib.
İkinci dəfə musiqiçi ilə ailə qurduğunu söyləyən sənətçi bildirib ki, həyat yoldaşının xəyanəti ilə üzləşib:
"İkinci dəfə ailə qurduğum şəxs sənət adamı idi. Bizim evliliyimiz 13 il davam etdi. O insan mənə çox böyük bir xəyanət etdi. Orada da hər şeyə mən son qoydum. Rəhmətlik Səməd Səmədovun istəyi ilə musiqi qrupuna getdim. Elə onunla da orada tanış oldum. O həm də idman sahəsində "kinqboks" üzrə çalışırdı. Onu kimliyini çox yaxşı bilirlər. Onun adını açıqlamaq mənim özüm üçün xoş deyil. Bilən bilir... O sonradan musiqini kənara qoyub idman sahəsinə getdi. Bir qədər sonra o mənə başqa bir qadınla xəyanət etdi. O qadın incəsənət aləmindən deyil. Onu görməmişəm, tanımıram. Ərimin mənə xəyanətini oğlum, yaxınlarım görüb, bildilər. O xanım artıq hamilə idi mənim ərimdən. Bunu isə ona heç cürə bağışlaya bilməzdim. Bura qədər imiş bizimki... Heç zaman düşünməzdim ki, biz nə zamansa ayrılarıq. Çünki bizdə o qədər mehribançılıq və istək var idi. Çox insan deyir ki, sizi gözə gətirdilər. Bizim o qədər gözəl və nümunəvi ailəmiz var idi. Bizim haqqımızda verilişlər çəkirdilər. Biz ayrı – ayrı verilişlərdə efirlərdə birgə olmuşuq. Hamı bizə baxıb, həsəd aparırdı. Amma ayrıldıq... Oldu da..."
"Yenidən ailə qurarsınız?" sualına Sevdanın cavabı belə olub:
"Eşq bir dəfə olar, ikinci dəfə alınmırsa artıq o eşqdən uzaqlaşmaq lazımdır. Mən özümə sığışdıra bilmirəm. Mənim axı oboyda oğlum var. Artıq öz övladımın uşaqları var. Nəvələrim var. Bundan sonra nə eşq axtaracağam? Bütün məhəbbətimi və eşqimi bağlamışam onlara. Mənim üç nəvəm var. Ən böyüyün 20 ən kiçiyin isə 5 yaşı var".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 24152 Tarix: 27 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video
"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli
15:30 239 Qaradağda sakinlərin şikayəti: Küçələr qaranlığa qərq olur - qəza təhlükəsi yaranır
Qaradağ rayonunun Sahil qəsəbə sakinləri küçə işıqlandırılması ilə bağlı BİG.AZ-a şikayət ediblər. Sakinlərin sözlərinə görə, saat 20:00-dan sonra Sahil qəsəbəsinin girişində, eləcə də Şahlar Əsgərov, Emin Quliyev, Məhərrəm Seyidov, Bəxtiyar Əliyev və Cənub küçələrində küçə işıqları yanmır. Sakinlə
16:09 147 Ət yeməyənlər DİQQƏT: Bu vitamin və minerallar çatışmaya bilər
"Tək bir qida məhsulu ətin bütün bioloji üstünlüklərini tam şəkildə əvəz etmir. Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularının 9-u əvəzolunmaz hesab olunur. Yəni orqanizm onlar
15:38 157 Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
15:01 151 "Molla rejimi Azərbaycan dövlətini özünə rəqib görür və bu istiqamətdə daim anti-Azərbaycan kampaniyası aparır" - RASİM QULİYEV
"İranda molla rejimi daim orada yaşayan, böyük bir hissəsini Azərbaycan əsilli türklərin təşkil etdiyi əhalinin Azərbaycan dövlətinə olan rəğbətindən narahatlıq keçirir. Hazırkı İran rejimi Azərbaycanın güclənməsindən, qüdrətlənməsindən və İranda yaşayan Azərbaycan əsilli türklərin Azərbaycana rəğbətini
15:49 173 "Xəbər ertəsi" 14 sentyabrdan yeni mövsümə qayıdır - ÖZƏL
"Xəbər ertəsi" verilişi yeni mövsümlə tamaşaçıların görüşünə gəlir. BİG.AZ xəbər verir ki, veriliş 14 sentyabr saat 07:00-da yenidən efirə çıxacaq. Yeni mövsümdə gündəmin əsas xəbərləri, aktual hadisələr və cəmiyyəti maraqlandıran mövzular müzakirə olunacaq. Veriliş hər səhər tamaşaçıları ölkəd
10:55 960 ABŞ ordusu İranın hərbi gəmilərinə zərbələr endirməsi ilə bağlı xəbərləri təkzib edir
ABŞ Mərkəzi Komandanlığı X-də paylaşım edərək İran qüvvələrinin Yaxın Şərqdə fəaliyyət göstərən hərbi gəmilərini vurduğu barədə məlumatları təkzib edib və bütün cəhdlərin uğursuz olduğunu bildirib. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı bildirib ki, "İranın İslam İnqilab
15:25 155 Vaşinqton Ukrayna ilə bağlı mövqeyini AÇIQLADI
ABŞ Ukraynadakı münaqişənin diplomatik yolla həllinə çalışır. xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff Vaşinqtonun münaqişəyə yanaşmasını açıqlayıb. Vitkoff bildirib: "Biz bu münaqişəyə kinetik deyil, diplomatik həll yolu axtarırıq"
14:43 148 Hakerlərin yeni hədəfi smartfonlardır: Məlumatlarınızı necə qorumalısınız?
Smartfonlar artıq sadəcə rabitə vasitəsi deyil. Onlar bank hesablarımızın idarə olunduğu, şəxsi şəkillərimizin və iş sənədlərimizin saxlandığı, hətta rəqəmsal kimliyimizin formalaşdığı əsas cihazlara çevrilib. Lakin bu rahatlıq kibercinayətkarlar üçün də smartfonları cəlbedici hədəfə çevirir. Bəs istifad
15:20 162