"Fransa erməniləri xilas edəcək dövlət deyil"-POLİTOLOQDAN AÇIQLAMA
Rəsmi İrəvan Zəngəzur bölgəsində özünə "dost, qardaş və bacı" saydığı xarici ölkələrin konsulluqlarının, mülki missiyalarının, baş ofislərinin sayını mümkün qədər artırmağa çalışır. Bir növ Azərbaycanla sərhəd bölgəsində konsulluqların sərgisini formalaşdırır. Bir il bundan əvvəl Qafanda konsulluğunu açan İranın ardınca Fransa da Qərbi Zəngəzurda analoji addımı atacağını bəyan edib. 2025-ci ilə Zəngəzurun Gorus vilayətində Fransa səfirliyinin binası fəaliyyətə başlayacaq.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Fransa hazırda çaşqınlıq içərisində olan bir dövlətdir. Afrikadakı müstəmləkələrini itirir və gəlir mənbələrindən məhrum olur. Fransa iqtisadiyyatı ucuz xam mal mənbələrindən məhrumdur. Bu, Fransa üçün olduqca ciddi maliyyə və iqtisadi böhran həddi deməkdir. Digər tərəfdən, Azərbaycan dövləti Fransanın müstəmləkəçilik siyasətini dünya miqyasında ardıcıl şəkildə ifşa edir:
"Bunun nəticəsində Fransanın bəşəri cinayətləri bütün dünya ictimaiyyətinə çatdırılıb. Halbuki Azərbaycan dövləti bu ifşa prosesinə başlamadan əvvəl Fransanın imperialist siyasəti haqqında beynəlxalq aləmdə danışılmasına qadağa qoyulmuşdu. Artıq bu qadağa dağıdılıb. Bunu Azərbaycan edib. Fransanın müstəmləkəsi altında olan ölkə və xalqlara Azərbaycanın dəstəyi davam edir. Təbii ki, bu, Fransanı qıcıqlandırır. Buna görə də Fransa beynəlxalq aləmdə əsas rəqibi kimi Azərbaycanı göstərməyə başlayıb. Rəsmi Paris açıqlamalarında bunu təsdiqləyib. Buna görə də Azərbaycana qarşı Fransanın böhtan və iftira kampaniyası illərdir davam edir. Bunun Azərbaycana təsiri olmur. Fransanın yeganə ümidi Cənubi Qafqazda Afrikanı itirməsinə kompensasiya olaraq hökmranlıq qurması idi. Bu da baş tutmadı. Rəsmi Bakı, Makron hakimiyyətinin ermənipərəst mövqeyini ifşa etdi. Cənubi Qafqazda geopolitik mövqeyinin güclənməsinə və sülh prosesində iştirak etməsinə icazə vermədi. Fransanın Cənubi Qafqaz geopolitik məkana daxil olmasını blokladı.
Rəsmi Paris anlayır ki, Azərbaycana siyasi hücum etsə də, bir mənalı şəkildə iflasla üzləşəcək. Bunun heç bir nəticəsi olmur. Ermənistanda Fransa səfirliyinin hansı əraziyə yerləşməsi önəm daşımır. Azərbaycan, Ermənistan üçün daha sərt addımlar atarsa, Fransa erməniləri xilas edəcək dövlət deyil. Hazırda bu ölkə öz gələcək taleyini düşünmək məcburiyyətindədir. Çünki Fransanın gələcək taleyi sual altındadır. ABŞ-ın Avropaya açıq hücumu, Avropa dövlətlərini küncə sıxışdırması Fransanın gələcək taleyi ilə bağlı qeyri-müəyyən situasiya yaradır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 966 Tarix: 27 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video
"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli
15:30 239 Qaradağda sakinlərin şikayəti: Küçələr qaranlığa qərq olur - qəza təhlükəsi yaranır
Qaradağ rayonunun Sahil qəsəbə sakinləri küçə işıqlandırılması ilə bağlı BİG.AZ-a şikayət ediblər. Sakinlərin sözlərinə görə, saat 20:00-dan sonra Sahil qəsəbəsinin girişində, eləcə də Şahlar Əsgərov, Emin Quliyev, Məhərrəm Seyidov, Bəxtiyar Əliyev və Cənub küçələrində küçə işıqları yanmır. Sakinlə
16:09 147 Ət yeməyənlər DİQQƏT: Bu vitamin və minerallar çatışmaya bilər
"Tək bir qida məhsulu ətin bütün bioloji üstünlüklərini tam şəkildə əvəz etmir. Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularının 9-u əvəzolunmaz hesab olunur. Yəni orqanizm onlar
15:38 157 Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
15:01 151 "Molla rejimi Azərbaycan dövlətini özünə rəqib görür və bu istiqamətdə daim anti-Azərbaycan kampaniyası aparır" - RASİM QULİYEV
"İranda molla rejimi daim orada yaşayan, böyük bir hissəsini Azərbaycan əsilli türklərin təşkil etdiyi əhalinin Azərbaycan dövlətinə olan rəğbətindən narahatlıq keçirir. Hazırkı İran rejimi Azərbaycanın güclənməsindən, qüdrətlənməsindən və İranda yaşayan Azərbaycan əsilli türklərin Azərbaycana rəğbətini
15:49 173 "Xəbər ertəsi" 14 sentyabrdan yeni mövsümə qayıdır - ÖZƏL
"Xəbər ertəsi" verilişi yeni mövsümlə tamaşaçıların görüşünə gəlir. BİG.AZ xəbər verir ki, veriliş 14 sentyabr saat 07:00-da yenidən efirə çıxacaq. Yeni mövsümdə gündəmin əsas xəbərləri, aktual hadisələr və cəmiyyəti maraqlandıran mövzular müzakirə olunacaq. Veriliş hər səhər tamaşaçıları ölkəd
10:55 960 ABŞ ordusu İranın hərbi gəmilərinə zərbələr endirməsi ilə bağlı xəbərləri təkzib edir
ABŞ Mərkəzi Komandanlığı X-də paylaşım edərək İran qüvvələrinin Yaxın Şərqdə fəaliyyət göstərən hərbi gəmilərini vurduğu barədə məlumatları təkzib edib və bütün cəhdlərin uğursuz olduğunu bildirib. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı bildirib ki, "İranın İslam İnqilab
15:25 155 Vaşinqton Ukrayna ilə bağlı mövqeyini AÇIQLADI
ABŞ Ukraynadakı münaqişənin diplomatik yolla həllinə çalışır. xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff Vaşinqtonun münaqişəyə yanaşmasını açıqlayıb. Vitkoff bildirib: "Biz bu münaqişəyə kinetik deyil, diplomatik həll yolu axtarırıq"
14:43 148 Hakerlərin yeni hədəfi smartfonlardır: Məlumatlarınızı necə qorumalısınız?
Smartfonlar artıq sadəcə rabitə vasitəsi deyil. Onlar bank hesablarımızın idarə olunduğu, şəxsi şəkillərimizin və iş sənədlərimizin saxlandığı, hətta rəqəmsal kimliyimizin formalaşdığı əsas cihazlara çevrilib. Lakin bu rahatlıq kibercinayətkarlar üçün də smartfonları cəlbedici hədəfə çevirir. Bəs istifad
15:20 162