"Xocalı bir xalqın məsələsi deyil,bəşəri faciədir" - Bəhruz Məhərrəmov

"Xocalı bir xalqın məsələsi deyil,bəşəri faciədir" - Bəhruz Məhərrəmov"Xocalı bir xalqın məsələsi deyil, 613 insanın vəhşiliklə qətlə yetirilməsi bəşəri faciədir. Soyqırım əlamətləri ilə yanaşı, sülh və insanlıq əleyhinə cinayətlərin məcmusunun törədildiyi bu faciə XX əsrin sonunda, insan haqlarının beynəlxalq hüququn prioritetinə çevrildiyi bir dövrdə, hər kəsin gözü önündə baş versə də, müasir audiovizual vasitələrlə sənədləşsə və təkziblər sübutlarla təsdiqlənsə də, hələ də əsl beynəlxalq hüquqi qiymətini almadığı üçün bəşəriyyət adına utanc olaraq qalmaqdadır".

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib.

Deputat qeyd edib ki, cinayətin təhrikçi, təşkilatçı və icraçılarından biri olan Serjik Sarkisyanın Avropa mediasına şəxsi etirafına baxmayaraq hüququn aliliyindən danışanlar onun və Serjikin digər cinayət ortağı Robert Köçəryanın vəhşiliyinə hələ də hərəkətsizlik göstərməklə Xocalı faciəsini hələ tanımayan özünü "beynəlxalq ictimaiyyət adlandıran" bəzi böyük dövlətlər bu cinayətin ortağı olaraq qalırlar:

"Artıq 33-cü ildir ki, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutulması, 106 qadın, 63 uşaq, 70 qocanın məhz azərbaycanlı olduğuna görə xüsusi qəddarlıqla qətlə yetirilməsində ehtiva olunan Xocalı faciəsini yad edirik.
Ümumiyyətlə, Xocalı faciəsi bir xalqın məsələsi deyil, 613 insanın vəhşiliklə qətlə yetirilməsi bəşəri faciədir. Soyqırım əlamətləri ilə yanaşı, sülh və insanlıq əleyhinə cinayətlərin məcmusunun törədildiyi bu faciə XX əsrin sonunda, insan haqlarının beynəlxalq hüququn prioritetinə çevrildiyi bir dövrdə, hər kəsin gözü önündə baş versə də, müasir audiovizual vasitələrlə sənədləşsə və təkziblər sübutlarla təsdiqlənsə də, hələ də əsl beynəlxalq hüquqi qiymətini almadığı üçün bəşəriyyət adına utanc olaraq qalmaqdadır. Hansısa konkret şəxsin törətdiyi və cinayət tərkibinin mövcudluğu şübhə doğurmayan əməli siyasi məhbus şousuna çevirən, yaxud bizimlə Qarabağın "məzlum emənilərinin" haqlarının davasını aparan beynəlxalq hüquq-müdafiə təşkilatları və qlobal subyektlər 33 ildir bu qətliama reaksiya vermir.
Baxmayaraq ki, cinayətin iştirakçıları bəllidir və bu soyqırımın törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Lakin, təəssüflər olsun ki, cinayətin təhrikçi, təşkilatçı və icraçılarından biri olan Serjik Sarkisyanın Avropa mediasına şəxsi etirafına baxmayaraq hüququn aliliyindən danışanlar onun və Serjikin digər cinayət ortağı Robert Köçəryanın vəhşiliyinə hələ də hərəkətsizlik göstərməklə Xocalı faciəsini hələ tanımayan özünü "beynəlxalq ictimaiyyət adlandıran" bəzi böyük dövlətlər bu cinayətin ortağı olaraq qalırlar.
Məlumdur ki, humanitar hüquq Haaqa və Cenevrə hüququ adlanan iki bölmədən ibarətdir.
Haaqa hüququ, başqa cür adlandırsaq, "müharibə hüququ" – daha çox texniki-taktiki xarakter daşıyır, əməliyyatlar zamanı tərəflərin hüquq və vəzifələrini müəyyən edir. Buraya yersiz insan tələfatına, əsassız dağıntılara, döyüşçülərin yersiz iztirablarına yol verməmək vəzifələri daxildir.
Cenevrə hüququ isə silahlı münaqişələr zamanı insan hüquqlarının qorunması məsələlərini tənzimləyir. Buraya silahlı qüvvələrdə yaralı və xəstələrin vəziyyətinin yaxşılaşdırılması, hərbi əsirlərlə rəftar, mülki şəxslərin qorunması və s. tədbirlər daxildir.
Xocalı faciəsi öz xarakterinə görə elə müstəsna beynəlxalq cinayət hadisəsidir ki, humanitar hüququn hər iki qolu üzrə ciddi pozuntulara səbəb olmaqla beynəlxalq cinayətlərin mürəkkəb məcmusunu yaratmışdır. Müqayisə üçün nəzərinizə çatdırım ki, beynəlxalq hüquq ümumtanınmış Holokost soyqırımını humanitar hüququn yalnız bir qolu - Cenevrə hüququnun pozuntusu kimi qəbul edərək, soyqırım cinayəti kimi rəsmiləşmişdir. Bu amil bir daha Xocalı faciəsinin nə dərəcədə dəhşətli insanlıq faciəsi və beynəlxalq hüquq üçün zərbə olduğunu əyani və elmi əsaslarla nümayiş etdirir.
"Beynəlxalq hüquq üçün zərbə" ifadəsini təsadüfən işlətmirik. Xocalı soyqırımını dəhşətlərinə görə unikal fakt kimi tarixdə saxlayacaq amillərdən biri də beynəlxalq hüququn 10 prinsipindən 6-nın eyni zamanda pozulması faktıdır. (Buraya 1, 2, 8, 9, 10-cu prinsiplərin - "Güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək"; "Münaqişələrin dinc yolla həlli"; "Sərhədlərin toxunulmazlığı"; "Dövlətlərin ərazi bütövlüyü"; "Əsas insan hüquq və azadlıqlarına hörmət";) Nəzərə almaq lazımdır ki, hətta məşhur Nürnberq prosesi, Yuqoslaviya və Ruanda işləri üzrə ittiham aktlarında ən çoxu beynəlxalq hüququn cəmi 5 pozuntusunu müşahidə etmək mümkündür. Bu isə o deməkdir ki, Xocalı faciəsi beynəlxalq hüququn stabil və davamlılıq xarakterini puça çıxarmış oldu.
Bir neçə il öncə Ermənistanın o zamankı prezidenti Xocalı faciəsinə dair video-müsahibəsində bildirmişdi ki, sitat - "Mən heç bir təəssüf keçirmirəm...hətta minlərlə əhali ölərsə, bu cür sərt gedişlər zəruridir". Bu, Ermənistan tərəfin faktı ən yüksək səviyyədə etirafı və bütün qeyri-insani davranışlara haqq qazandırması kimi dəyərləndirilməlidir. Məhz bu məqamda qeyd etmək yerinə düşər ki, Cenevrə hüququnun əsaslandığı 4 Cenevrə Konvensiyanın hər birində işgəncə və insan ləyaqətini alçaldan rəftar istisnasız və qeyd-şərtsiz olaraq qadağan olunmuşdur. Bu cür qeyri-insani metodlara əl atılmasına, ən ali və ümdə dəyərlər olan "azadlıq" və ya "millətin müqəddəratı" məsələləri də daxil olmaqla, heç bir hal və vəziyyətə haqq qazandıra bilməz. İstənilən halda əgər belə bir fakt varsa, bu artıq Cenevrə Konvensiyalarının pozulması hesab edilməli və hərbi cinayət kimi cəzalandırılmalıdır. Lakin maraqlısı odur ki, Ermənistan tərəfi ən yüksək səviyyədə, prezidentin şəxsində qətliam faktını etiraf etsə də, dünyada 200 dövlətdən cəmi 3 dövlət tam səviyyədə, 9 dövlət parlament səviyyəsində və ABŞ-nin 21 ştatı Xocalını soyqırım kimi tanıyır.
Bu gün dünyada sülhün və stabilliyin qarantı hesab edilən BMT müharibə və hərbi əməliyyatların aparılmasına dair 4 qızıl qayda müəyyən etmişdir. Təşkilatın bu mövzuda qəbul etdiyi bütün beynəlxalq sənədlərin məzmunu bu 4 qaydanın tələblərinə cavab verməlidir. Yəni həmin sənədlərin ekspertizası həyata keçirilərkən hüquqi ekspertizanın ilk şərti kimi məhz bu 4 qayda götürülür. Həmin qaydaları dünyanın müxtəlif ölkələrindən olan KİV nümayəndələrinin elə Ermənistanın özündə apardığı araşdırmalarda yer alan faktlarla paralel formada təhlil etdikcə situasiyanı daha aydın formada dərk etmək olur.
1-ci qayda: Müharibə qurbanları ilə bütün hallarda heç bir ayrı-seçkilik qoyulmadan və irqi, milli, dini mənsubiyyətindən asılı olmadan humanist rəftar edilməli, onlar müdafiə olunmalıdırlar. Erməni milli ideoloqu, yazıçı Zori Balayanın "Ruhumuzun dirçəlişi" adlı kitabından çıxarış: "Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq". Göründüyü kimi, cinayətkar qəsd məhz türk tandemini hədəfləyib. Bu mövqe ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də qismən razılaşmışdır. "Çıraqov və digərləri Ermənistana qarşı" qərarında da ayrı-seçkilik faktı etiraf edilsə də, ayrıca hal kimi götürülməmişdir.

2-ci qayda: Qəsdən adam öldürmə, işgəncə, əzab vermə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftar, bioloji təcrübə və şikəstetmələr qadağandır. Yenə də Balayanın "Ruhumuzun dirçəlişi" adlı kitabından çıxarış: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar". Hesab edirik ki, burada əlavə şərhə ehtiyac yoxur.

3-cü qayda: Lüzumsuz dağıntılar və terror qadağandır. Dövlət Statistika Komitəsinin məlumatından çıxarış: "Xocalı rayonunun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 49 kənd yerlə-yeksan edilmiş, dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur".

4-cü qayda: Müharibə qurbanlarının himayəsinə dair normaları ciddi şəkildə pozan təqsirkar şəxslər cinayət cəzasına məhkum edilməli olan hərbi cinayətkarlardır. Yazıçı-jurnalist David Xerdiyan "Xaç uğrunda" kitabında yazır: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım".

Göründüyü kimi, bu gün Ermənistanda hakim hərbi-siyasi elitanı təşkil edən Sarkisyan, Ohanyan kimi şəxslərin bu cinayətlərdə birbaşa rola malik olması artıq ermənilərin özləri tərəfindən etiraf edilmiş, sübuta ehtiyacı olmayan faktdır.

Azərbaycan Respublikası 31 may 1996-cı il tarixli Qanunla 1948-ci il tarixli "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" BMT Konvensiyasına qoşulmuş, müstəqillik illərində qəbul edilən Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsinin "Sülh və insanlıq əleyhinə olan cinayətlər"ə görə məsuliyyət nəzərdə tutan VII bölməsinin "Sülh və insanlıq əleyhinə olan cinayətlər" adlanan VI fəslinin 103-cü maddəsi "Soyqırım"a, 104-cü maddəsi "Soyqırımının törədilməsinə təhrik etmə"yə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Sonradan qəbul edilsə də, milli qanunvericilik Xocalı cinayətlərinə görə təqsirkarların cəzalandırılmasına imkan verir. Belə ki, sülh və insanlıq əleyhinə olan cinayətlərə, soyqırıma və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan Qanunun qüvvəsinin geriyə şamil olunması haqqında 5 dekabr 2006-cı il tarixli Konstitusiya Qanunu bunu tamamilə mümkün hesab edir. Yəni beynəlxalq hüququn üstünlüyünü qəbul edən Azərbaycan Respublikasında, törədildiyi zaman cinayət sayılan əməlin milli hüquq sistemində retroaktiv tətbiq edilməsi tamamilə qanunidir. Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun 5-ci, 6-cı maddələrinə əsasən bu məhkəmə genosid cinayətlərini icraata qəbul etmək və mahiyyəti üzrə ona baxmaq səlahiyyətinə malikdir. Lakin Roma statutunun 11-ci maddəsinə əsasən məhkəmə yalnız statut qüvvəyə mindiyi tarixdən sonra, yəni 17 iyul 1998-ci ildən sonra törədilmiş cinayətlərə münasibətdə müvafiq yurisdiksiyaya malikdir. Həm də Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun 5-ci maddəsinin tələbinə əsasən, Haaqa tribunalında məsələyə o vaxt baxıla bilər ki, həmin cinayətlər Roma statutunu ratifikasiya etmiş dövlətin ərazisində və Roma statutunu ratifikasiya etmiş dövlətin vətəndaşı tərəfindən törədilmiş olsun. Bu hüquqi əsaslar və şərtlər hazırda mövcud olmadığına görə Xocalı soyqırımını törədənlərin cinayət işinə Haaqa tribunalında baxılması mümkünsüzdür.
Lakin beynəlxalq təcrübəyə əsasən məsələnin başqa bir hüquqi həlli, Azərbaycanın səlahiyyətli orqanlarının vəsatətləri əsasında ad hoc qaydasında xüsusi səlahiyyətli Beynəlxalq Cinayət Məhkəməsinin, yaxud Hərbi Tribunalının yaradılması mümkündür. Bunun üçün Birləşmiş Millətlər Təşkilatı qarşısında məsələ qaldırması zəruridir. Bu barədə Ruanda, Yuqoslaviya işləri üzrə müvafiq təcrübə də vardır və Xocalı cinayəti beynəlxalq qurumlar vasitəsilə mühakimə edilə bilər. Burada isə hüquq-mühafizə orqanlarının, xüsusən də məhkəmə hakimiyyətinin beynəlxalq əməkdaşlığının səviyyəsindən çox şey asılıdır.

Əlbəttə, Azərbaycan beynəlxalq ədalətsiz yanaşmaya dözümlə yanaşmaq niyyətində deyil. Məlumdur ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün dövlət səviyyəsində işlər başlandı. Cənab İlham Əliyevin çox ciddi səyləri, Mehriban Əliyevanın Heydər Əliyev Fondu, habelə UNESCO və ICESCO xətti ilə çoxşaxəli təbliğat işi, xüsusən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın 17 ildir ki, başlanan "Xocalıya ədalət" beynəlxalq kampaniyası nəticəsində hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilməsi istiqamətində ciddi nəticələr əldə edilməkdədir.
Təbii ki, biz o qənaətdəyik ki, düşmənçilik daimi ola bilməz, lakin, təəssüf ki, Ermənistan xislətini dəyişmir. Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması, bu gün isə Ermənistanın hələ də minalanmış ərazilərin xəritələrini gizlətməsi, elə bu çərçivədə ötən həftə Xocalıda daha bir mina partlayışı bir daha sübut etdi ki, zaman keçsə də, mülki əhaliyə qarşı cinayətlər Ermənistanın daim dövlət siyasəti olaraq qalıb.
Təbii ki, biz bu vəziyyətlə barışa bilməzdik. Nəticə etibarilə, Prezident İlham Əliyevin "Xocalı soyqırımının otuzuncu ildönümü haqqında" Sərəncamının məzmununda da ifadə edildiyi kimi, 44 günlük savaşdakı zəfərlə Azərbaycan xalqı əzəli torpaqlarını işğaldan qurtararaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməklə bərabər, həm də çoxsaylı faciələrin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisasını almaqla tarixi ədaləti bərpa etmiş oldu. Xocalının tam qisası isə antiterror tədbirləri ilə Ermənistanın ikinci dəfə kapitulyasiyaya məcbur edilməsi və 2023-cü ilin 15 oktyabr tarixində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xocalıda və Xankəndidə dövlət bayrağımızı ucaltması oldu. Möhtərəm Prezidentin 10 yanvar 2024-cü il tarixli müsahibəsində də ifadə etdiyi kimi, "Xocalıda bayrağımızın ucaldılması ilə tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qisası alındı. Xankəndidə bayrağın qaldırılması isə ədalətin bərpası oldu".

Prezident İlham Əliyevin Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlığı zamanı kəndə köçən bir qrup sakinlə görüşərkən dediyi kimi, "Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi. İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da dayanandan sonra yenə də bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik. Nəinki Xocalı, Xankəndi də, Ağdərə, Xocavənd və Əsgəran rayonları da işğalçılardan tam azad edildi. Yüzlərlə kənd artıq öz sahiblərini gözləyir".

Qürurverici haldır ki, faciədən 33 il sonra, biz artıq Xocalıya Böyük Qayıdışın reallaşdırılmasına şahidlik etməkdəyik, cənab İlham Əliyev xocalılıların öz doğma yurduna qaytarılması istiqamətində qətiyyəti ilə 33 ildir qan ağlayan Xocalıda ədaləti, haqqı bərpa etməkdədir. Bu gün artıq Xocalıda quruculuq-bərpa prosesi aparılır, 33 il əvvəl qan gölünə çevrilən o diyar bu gün Qarabağın ən gözəl, ən müasir yaşayış məskənlərindən biri kimi dirçəlməkdədir. Bu mənada, biz xoşbəxt xalqıq ki, Heydər Əliyev siyasi kursunun, cənab İlham Əliyev şəxsiyyətinin sayəsində ədalətin bərqərar olunmasına özümüz şahidlik edə bilirik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 741   Tarix: 26 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

13:58 213
.

"Kontakt Home" 1,7 milyondan çox borc ödəməyə məcbur edildi

Azərbaycanda "Kontakt Home" əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom" şirkəti dövlət qarşısında yığılmış külli miqdarda vergi borcunun 23 faizini ödəyib. Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarını

21:40 123
.

Yeni il hədiyyələri alarkən diqqətli olun!

Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulları

16:51 184
.

Bu ərazilərdə 13° şaxta olacaq

Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq

12:52 256
.

Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı

Qubada sərnişin avtobusu ana və övladını vurub. APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

18:15 203
.

Bu il cütlüklər ən çox niyə mübahisə edib? - 5 əsas səbəb

Amerikalı psixoloq Mark Travers 2025-ci ildə cütlüklərin dəfələrlə yaşadığı beş ən yayğın mübahisəni sadalayıb və onların hər birinin arxasında dayanan gizli emosional mənanı izah edib. Qaynarinfo xəbər verir ki, o, bu barədə "Forbes" üçün yazdığı məqalədə qeyd edib. "2025-ci il cütlüklə

22:45 1
.

Kral ailəsində növbəti addım: Endryu malikanəni tərk etməlidir

İngiltərə kralının kiçik qardaşı, keçmiş şahzadə Endryu Vindzor qəsri yaxınlığındakı malikanəsindən çıxarılacaq və Sandrinqemdə yerləşən kral mülkündəki bağ evinə köçməyə məcbur ediləcək. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, Kral II Çarl

11:49 178
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 254
.

Yadigar Muradovun yerinə direktor əvəzi təyin edildi (FOTO)

Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xatırladaq ki, Şuşa Dövlət Dra

13:37 244
.

TOP MP3