Bakı metrosunda nasazlıq: sərnişinlər yarı yolda qaldı - kompensasiya olacaqmı? - İQTİSADÇIDAN AÇIQLAMA
Dünən Bakı Metropoliteni-də baş verən texniki nasazlıq paytaxt sakinlərinin gündəlik həyatına ciddi təsir göstərdi. İlkin məlumatlara görə, "Ulduz-Nərimanov" istiqamətində elektrik təchizatında yaranan problem nəticəsində xətdə olan 30 qatardan 4-ü tuneldə qaldı, sərnişinlər isə qısa müddətdə təxliyə olundu . Hadisə zamanı xəsarət alan olmasa da, sərnişinlər mənzillərinə çatmadan qatardan yarımçıq düşürülərək alternativ nəqliyyata - avtobuslara yönləndirildi. Xatırladaq ki, hələ 2019-cu ildə Prezident İlham Əliyev Bakı metropolitenində bu cür halların qarşısını almaq, xüsusilə qatarların tunellərdə qalmasının qarşısını almaq üçün generatorların alınmasına vəsait ayrılması ilə bağlı tapşırıq vermişdi.
Buna baxmayaraq, baş verən son insident bu sahədə görülən işlərin effektivliyi ilə bağlı sualları yenidən gündəmə gətirir. Hadisə nəticəsində sərnişinlərin əlavə vaxt və maddi itkilərlə üzləşməsi isə başqa bir mühüm məsələni ortaya çıxarır: ödənilən gediş haqqı geri qaytarılacaqmı? Yaxud yaranmış narazılığı kompensasiya etmək üçün metronun müəyyən bir gün pulsuz fəaliyyət göstərməsi mümkündürmü? İctimaiyyət bu suallara cavab gözlədiyi bir vaxtda, məsul qurumların mövqeyi xüsusi maraq doğurur.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, əslində metropolitenə ayrılmış vəsaitin necə və hara xərclənməsi ilə bağlı məlumat yoxdur. Yəni onların açıq bir auditi yoxdur ki, ordan baxmaq olsun. Onun sözlərinə görə, bunu yəqinki Hesablama Palatası açıqlamalıdır ki, büdcədən ayrılan vəsait hara xərclənir: "Hesablama Palatasının Metropolitenlə bağlı müəyyən açıqlamaları olub, amma daha detallı bir araşdırmalara ehtiyac var. Bu tipli texnogen hadisələrdən heç kim sığortalanmayıb. Təbiiki bu tək Azərbaycanın başına gələn bir iş deyil. Amma müxtəlif ölkələrdə belə bir hadisələr olanda bir üzrhaqlıqda olur.
Yəni bunu Metropoliten rəhbərliyi sözlü şəkildə həyata keçirdi, amma bir gün məsələn tamamilə pulsuz elan edə bilərlər Metropoliteni. Heç olmasa bir gün vətəndaşlar tamamilə pulsuz istifadə etsinlər. Məsələn, bu Türkiyədə çox geniş yayılıb. Milli bayramlarda körpülərdən keçid və ictimai nəqliyyatdan istifadə pulsuz olur. Bu təcrübə bir çox ölkələrdə var. Mən Türkiyə örnəyini ona görə çəkdim ki, daha yaxındır bizə. Yəni bu nöqteyi nəzərdən bir günün pulsuz elan olunması vətəndaşlar üçün bir üzrhaqlıq kimi qəbul oluna bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1198 Tarix: 22 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBiləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254