Dünya ərzaq böhranı ilə üz-üzə: BMT həyəcan təbili çalır - İQTİSADÇIDAN AÇIQLAMA

Dünya ərzaq böhranı ilə üz-üzə: BMT həyəcan təbili çalır - İQTİSADÇIDAN AÇIQLAMABMT-nin son hesabatları qlobal ərzaq təhlükəsizliyi ilə bağlı ciddi xəbərdarlıq edir. Qurumun məlumatına görə, iqlim dəyişiklikləri, silahlı münaqişələr və iqtisadi qeyri-sabitlik səbəbindən dünyada milyonlarla insan kəskin ərzaq çatışmazlığı ilə üz-üzə qalmaq riski daşıyır. Xüsusilə Afrika və Yaxın Şərq regionlarında vəziyyətin daha da ağırlaşdığı bildirilir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı isə qeyd edir ki, ərzaq qiymətlərində dalğalanma və kənd təsərrüfatı istehsalında azalma qlobal böhranın dərinləşməsinə səbəb olur. Hesabatda vurğulanır ki, əgər təcili tədbirlər görülməzsə, yaxın illərdə aclıq təhlükəsi daha geniş coğrafiyanı əhatə edə bilər. Bu fonunda beynəlxalq təşkilatlar və hökumətlər qarşısında əsas sual dayanır: artan ərzaq böhranının qarşısını almaq üçün hansı addımlar atılmalıdır və dünya bu çağırışa nə dərəcədə hazırdır?
Dünya ərzaq böhranı ilə üz-üzə: BMT həyəcan təbili çalır - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, BMT-nin 2026-cı il üçün proqnozu həqiqətən zəif iqtisadi artım və ərzaq sistemlərində ciddi risk göstərir, amma bu hələ birbaşa "böhran qapıdadır" demək deyil. Onun sözlərinə görə, BMT-nin hesabatına görə qlobal iqtisadi artım 2026-cı ildə 2.7 faiz olacaq: "Bu, 2025-ci ildəki 2.8 faizdən bir az aşağıdır və pandemiyadan əvvəlki orta 3.2 faizdən xeyli zəifdir. Asiya-Sakit okean regionunda artım 4.6 faizdən 4.0 faizə düşəcək. Əsas səbəblər Yaxın Şərqdəki gərginlik, enerji və ərzaq qiymətlərinin artması, bir də ABŞ-ın 2025-ci ildə tətbiq etdiyi yüksək rüsumlardır. Qlobal ticarət 2025-ci ildə 3.8 faiz artıb, amma bu artım şirkətlərin rüsumlardan əvvəl anbarları doldurması ilə bağlı idi. 2026-cı ildə ticarət artımının 2.2 faizə enəcəyi gözlənilir. Yəni tam çökmə yox, sürətin zəifləməsidir.
Ərzaqla bağlı isə FAO və WMO aprelin 22-də birgə hesabat yayıb. Orada deyilir ki, ekstremal istilər qlobal ərzaq sistemlərini həddə çatdırıb. Temperatur 30 dərəcəni keçəndə əksər bitkilərin məhsuldarlığı düşür.

Hər bir dərəcə istiləşmə qarğıdalı, düyü, buğda və soya məhsuldarlığını təxminən altı faiz azaldır. 2024-cü ildə dünya okeanlarının 91 faizi ən azı bir dəfə dəniz istilik dalğası yaşayıb və bu balıq ehtiyatlarını təhlükəyə atır. İllik yarım trilyon iş saatı istilər səbəbindən itirilir. Bir milyarddan çox insanın dolanışığı risk altındadır. FAO-nun baş direktoru deyir ki, ekstremal isti quraqlığı, zərərvericiləri, meşə yanğınlarını gücləndirən risk multiplikatorudur.
BMT birbaşa "ərzaq böhranı olacaq" demir, "hazır olmaq lazımdır" deyir. Hazırda qlobal ərzaq ehtiyatları kritik həddə deyil. Amma üç risk üst-üstə düşsə vəziyyət pisləşə bilər. Birincisi, 2025-2026-cı illərdə güclü istilik dalğaları əsas taxıl regionlarını eyni anda vursa. İkincisi, Yaxın Şərq münaqişəsi uzansa və Süveyş kanalı, Hörmüz boğazı kimi marşrutlar bağlansa, daşıma xərci qalxar.

Üçüncüsü, inkişaf etməkdə olan ölkələrin borcu çoxdur, faizlər yüksəkdir. Dollar bahalaşsa, kasıb ölkələr ərzaq idxal edə bilməyəcək.
Beləliklə, 2026-cı il üçün BMT-nin mesajı apokalipsis deyil, yavaşlama və kövrəklikdir. İqtisadi artım müsbət qalır, amma zəifdir. Ticarət çökmür, sadəcə ləngiyir. Ərzaq sistemləri isə istidən ciddi zərbə alır. Böhran olub-olmaması növbəti bir ildə havadan, müharibələrdən və dövlətlərin birgə işləyib-işləməməsindən asılı olacaq. FAO və WMO təcili tədbirlər təklif edir: erkən xəbərdarlıq sistemləri, istiyə davamlı toxumlar, fermerlərə maliyyə dəstəyi. Yəni qapıda duran böhran yox, böhran riski var və bu riskin qarşısını almaq üçün qərarlar elə indi verilməlidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 534   Tarix: 23 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru

"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü

13:03 94
.

Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?

Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 199-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur. xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatlar

02.10.2026 234
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

02.10.2026 273
.

"Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır" - Video

"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə

12:20 116
.

Azərbaycan öz milli maraqlarından geri çəkilmir

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi

13:36 60
.

Hərəkət edin, xoşbəxt olun - ARAŞDIRMA

Gün ərzində fiziki aktiv olmaq təkcə bədən sağlamlığı üçün deyil, insanın əhvalı üçün də faydalı ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Nature Human Behaviour" jurnalında dərc olunan araşdırmada alimlər 8 223 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqat 14 ölkədən 67 məluma

10:29 166
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

02.10.2026 242
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

11:51 194
.

Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu

Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı

02.10.2026 239
.