"Azərlotereya" ən çox vergi ödəyən şirkətlər arasında — 92,4 milyon manat

"Azərlotereya" ən çox vergi ödəyən şirkətlər arasında — 92,4 milyon manatDövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin (büdcə təşkilatları istisna olmaqla) adlarını açıqlayıb.
Sadələşdirilmiş vergi ödəyicisi olan "Azərlotereya" ASC ötən il 92.4 milyon manat vergi ödəməklə bu siyahıda 14-cü yerdə qərarlaşıb. Şirkət qeyri-neft sektoru sahəsi üzrə ən çox vergi verənlər arasında isə 6-cı yerdədir.
2021-ci ilin əvvəlində cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Türkiyənin "Demirören Holdinq" şirkətinə idarəetməyə verilmiş "Azərlotereya" ASC qanuni lotereya təşkilatçısı və idman mərc operatoru kimi uğurlu fəaliyyəti nəticəsində parlaq gələcək üçün xeyirli işlər və faydalı layihələrə imza ataraq yeni iş imkanlarının yaradılmasında pay sahibi olaraq ən böyük vergi ödəyicilərindən biri kimi ölkə iqtisadiyyatına böyük töhfə verməyə davam edir.
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc operatoru "Azərlotereya"nın hər il ödənilən vergi həcmində xeyli artım müşahidə olunur.
"Azərlotereya" vergilər və dövlət büdcəsinə edilən digər ödəmələrdən əlavə, öz gəlirindən Korporativ Sosial Məsuliyyət çərçivəsində idman, təhsil, təbiət və innovasiyalar istiqamətlərində mühüm layihələrə resurs ayıraraq dəstək göstərir. Şirkətin missiyası, baxışları, dəyərləri ilə sıx bağlı olan KSM siyasətində başlıca hədəf layihələrin bu istiqamətlərdə genişləndirilməsidir.

Şirkətin xüsusi önəm verdiyi, şəhid ailə üzvlərinin təhsilinə dəstək məqsədilə həyata keçirdiyi "Əmanətə Sədaqət" layihəsi çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid ailə üzvlərinin təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid ailə üzvlərinin yaşayış xərcləri qarşılanır. Hazırda layihə 150 şəhid əmanətini əhatə edir.

"Azərlotereya"nın Qarabağ Dirçəliş Fondu ilə birgə həyata keçirdiyi "Hər şey Qarabağ üçün" layihəsi çərçivəsində Qarabağın yenidən bərpası naminə tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi Qarabağın dirçəlişinə ianə edilib. Həmçinin işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi üçün xüsusi itlərin alınmasına dəstək göstərərək ANAMA-ya təqdim edilib.
İdmanın inkişafına diqqət və qayğı göstərərək sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, dövlətin prioritet siyasətinə dəstək olan "Azərlotereya"nın "Misli" brendi 3-cü mövsümdür ki, Azərbaycan Premyer Liqasına sponsordur. İdmanın inkişafı istiqamətində futbol üzrə kişilərdən ibarət A milli komandası və ölkə voleyboluna böyük töhfə verir.
Bundan başqa, gənclərin təhsil, elm və yaradıcı fəaliyyətə cəlb edilməsi, texnologiyalara marağın artırılması istiqamətində görülən işlərlə onların potensiallarının üzə çıxmasına böyük dəstək olan "Azərlotereya" artıq 3 ildir ki, ölkənin ən yaxşılarının yarışdığı Peşəkar İntellekt Liqasının əsas tərəfdaşıdır, həmçinin populyar intellektual əyləncə platformalarından biri olan "Everest" layihəsinə dəstəkdir.
Müxtəlif sahələrdə innovativ layihələrin tətbiqi və inkişafı, innovativ, yenilikçi, yaradıcı startapların uğurla həyata keçirilməsi, gənclərin innovasiya sahəsinə yönəlməsi, bu qəbildən olan layihələrin uzunmüddətliliyini təmin etmək məqsədilə "Azərlotereya" ASAN "İnnovasiyalar Mərkəzi" ilə birgə "Brain Game" intellektual oyun hakatonu keçirdib maraqlı ideyaların üzə çıxmasına şərait yaradılıb.
"Azərlotereya" bundan sonra da beynəlxalq standartlara uyğun, qanun çərçivəsində şəffaf fəaliyyəti ilə dövlətə faydalı olmağa davam edəcək.
"Azərlotereya" öz fəaliyyətini şəffaflıq prinsipi əsasında təşkil edərək hər il maliyyə hesabatlarını "Böyük 4-lük" şirkətlərindən biri ilə audit edir, maliyyə hesabatlarınıa öz rəsmi veb səhifəsində yerləşdirir. Qanunverciliyin tələblərinə əsasən şirkətin fəaliyyəti tənzimləyici orqan tərəfindən nəzarət edilir. Eləcə də şirkətin prosesləri beynəlxalq standartlara görə qurulub və hər il Dünya Lotereyalar Assosiasiyası (WLA) standartlarına uyğunluyu səlahiyyətləndirilmiş qurumlar tərəfindən audit edilir və sertifikatlandırılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 754   Tarix: 24 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.