Azərbaycanda İLK - Ölmüş şəxsin qaraciyəri 23 yaşlı qıza köçürüldü

Azərbaycanda İLK - Ölmüş şəxsin qaraciyəri 23 yaşlı qıza köçürüldüAzərbaycanda ilk dəfə meyit donorun orqanları transplantasiya edilib.

BiG.AZ xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səhiyyə Nazirliyinin tabeliyindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə Kliniki Tibbi Mərkəzdə müalicə alan pasiyentə beyin ölümü diaqnozunun qoyulmasına dair məlumat daxil olub.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi üzrə aidiyyəti tədbirlər həyata keçirilib.

Beyin ölümü diaqnozu qoyulmuş vətəndaşın orqanlarının transplantasiyasına ailəsi razılıq verib. Bununla da, orqan donorluğu və transplantasiyası sahəsində müasir Azərbaycan səhiyyə tarixində ilkə imza atılıb.

Meyit donordan götürülmüş qaraciyər Mərkəzi Gömrük Hospitalında, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına köçürülüb.

Gözün buynuz qişası Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ixtisaslaşmış cərrah-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Cəmil Həsənov və peşəkar komanda tərəfindən iki resipiyentə köçürülüb. Onlardan biri Zaqatala, digəri isə Füzuli rayon sakinidir.

Qeyd olunub ki, bu əməliyyatlar yalnız ölkəmizdə deyil, həmçinin Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası əməliyyatlarıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1025   Tarix: 24 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp kəşfiyyat rəsmiləri ilə qapalı görüş keçirəcək

ABŞ prezidenti Donald Tramp İranda müvəqqəti atəşkəs rejimi fonunda kəşfiyyat rəsmiləri ilə qapalı görüş keçirəcək. xəbər verir ki, bu barədə ABŞ Konqresində qanunvericilik fəaliyyətini işıqlandıran Roll Call saytı məlumat yayıb. ABŞ prezidentinin iş cədvəlinə əsasən, brifinq Ağ Evdə yerli vaxtla saa

10:54 129
.

Dünyanın ən xoşbəxt ölkəsi başqalarına da xoşbəxt olmağı öyrədəcək

Dünyanın ən xoşbəxt ölkəsi olan Finlandiya turistlərə xoşbəxt olmağı öyrədəcək. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, BMT-nin hazırladığı dünya xoşbəxtlik hesabatında 9 il ardıcıl birinci seçilən Finlandiya təcrübəsini bölüşməyə qərar verib. Bunun üçün 1 həftəlik turizm proqramına start verilib

22.04.2026 417
.

ABŞ-ın yeni hücumları ləğv etməsindən sonra İran Hörmüz üzərində nəzarəti gücləndirir

ABŞ Prezidenti Donald Trampın sülh danışıqlarının yenidən başlayacağına dair heç bir əlamət olmadan hücumları qeyri-müəyyən müddətə təxirə saldığını elan etməsindən sonra İran Hörmüz boğazında strateji su yolu üzərində nəzarəti gücləndirərkən iki gəmini ələ keçirib. BİG.AZ Reuters-ə istinadən xəbər veri

10:56 137
.

Azərbaycan və Latviya dostluq və strateji tərəfdaşlığının yeni hədəfləri

Aprelin 22-də Prezident İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə geniş tərkibdə görüşdü. Bu diplomatik təmas iki dövlət arasında mövcud siyasi münasibətlərin gələcək dinamikasını müəyyənləşdirən mühüm platforma rolunu oynayır. Dövlət başçılarını

11:04 190
.

Qar yağacaq, sel keçəcək - Xəbərdarlıq

Aprelin 24-25-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dol

22.04.2026 466
.

Adil Əliyevin "Ana-bala" zülmü - Foto

İllərdir baxımsız vəziyyətdə olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən "Ana-bala" adlanan park ötən ilin sonu təmir məqsədilə hasarlanıb. Lakin 5 aya yaxın vaxt keçməsinə baxmayaraq parkda hələ də heç bir iş görülməyib. Bu barədə -a Yeni Günəşli sakinləri məlumat veriblər. Sakinlə

22.04.2026 554
.

AFP: Livan İsraillə görüşdə atəşkəsin bir ay uzadılmasına çalışacaq

Livan rəsmiləri sabah Vaşinqtonda İsrail nümayəndələri ilə keçiriləcək görüşdə atəşkəsin bir ay müddətinə uzadılmasına çalışacaq. Bu barədə AFP Livan rəsmisinə istinadən məlumat yayıb. Məsələnin həssaslığı səbəbindən adının açıqlanmasını istəməyən LIivanlı rəsmi bildirib ki, Beyrut yalnız atəşkəsin uzadılmasın

22.04.2026 394
.

Axios: Tramp İrana cavab vermək üçün bir neçə gün vaxt verdi

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin uzadıldığını elan etdi, lakin konkret tarix göstərmədi. Axios xəbər verir ki, bu, yekun razılığa gəlmək üçün yeni diplomatik fürsət yaradır . Mənbələrə görə, belə bir qərarın səbəblərindən biri Amerika və Pakistan vasitəçilərinin İranın Ali Lideri Müctəb

22.04.2026 405
.

Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi bölgələrində aprelin 23-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Culfa, Ordubad, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik, Yardımlı, Daşkəsən

22.04.2026 419
.

TOP MP3