İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"

İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"Şəmkir Rayon İcra Hakimiyyəti 382 hektar qış otlaq sahəsini mal-qarası olmayan şəxsə icarəyə verib.

Bu barədə Qaynarinfo-ya Şəmkirdə fermer təsərrüfatı ilə məşğul olan Rasim Bayramovun nümayəndəsi Ədalət Müseyibov bildirib.

Onun sözlərinə görə, Rasim Bayramovla otlaq sahəsinin icarəyə verildiyi Suliddin Abdullayev adlı şəxs arasında borc mübahisəsi yaşanır. Mübahisənin kökündə sözügedən otlaq sahəsi ilə bağlı alqı-satqı dayanır:

"Suliddin Abdullayev həmin sahəni Rasim Bayramova satıb. Lakin sonradan məlum olub ki, bu məsələdə qanunsuzluq var. Ona görə də Rasim Bayramov pulunu geri istəyib. Təsəvvür edin, 382 hektar örüş sahəsi mal-qarası olmayan bir şəxsə icarəyə verilib. Özü də saxta yolla.
Əraizinin Suliddin Abdullayevə icarəyə verilməsini rəsmiləşdirmək üçün Eynullayev Hafiz Rüstəm oğlunun barəsində tərtib olunmuş AKT-dan istifadə olunub (yəni həmin AKT-ın Suliddin Abdullayevə ümumiyyətlə heç bir aidiyyatı yoxdur). Həmin AKT kiril əlifbası ilə tərib edilib və yalnız AKT-n sonuncu abzasından əvvələ zorla latın qrafikalı əlifba ilə "Abdullayev Suliddinə satılsın", imza hissəsində də "A.Suliddin" sözləri yazılıb".

Ədalət Müseyibov əlavə edib ki, Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, birqayda olaraq, 10 ildən 15 ilədək verilə bilər:

"Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Yenə həmin Məcəllənin 5-ci maddəsinə əsasən qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1-4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Göründüyü kimi qış-otlaq sahəsi mütləq heyvandarlıqla məşğul olan şəxslərə verilir. 382 hektar örüş sahəsi də Suliddin Abdullayevə verildiyi üçün onun yuxarıda qeyd olunan Məcləllənin tələbinə əsasən ən azı 1380 başdan yuxarı xırda buynuzlu heyvanı olmalıdır".

Onun sözlərinə görə, Şəmkir rayon Satatistika İdarəsinin 11 iyun 2024-cü il tarixli məktubunda Suliddin Abdullayevin 1136 baş xırda buynuzlu heyvanı ollduğu qeyd olunub. Şəmkir rayon Qılıncbəyli kənd İcra Nümayədəliyinin arayışında isə Suliddin Abdullayevin cəmi 3 baş iribuynuzlu heyvanı olduğu yzılıb.

"Göründüyü kimi Suliddin Abdullayevin əslində 3 baş iribuynuzlu heyvanı var. Bu halda ona 382 hektar örüş sahəsinin icarəyə verilməsi mümkün deyil. Həmin ərazini ona vermək üçün rəsmi sənədlərə yalan məlumatlar daxil edilib. Guya ki, Suliddin Abdullayevin 1136 baş xırdabuynuzlu heyvanı var. Çoxsaylı şikayətlərimizdən sonra Şəmkir rayon Statistika İdarəsi bizə 13 yanvar 2025-ci il tarixli rəsmi məktub göndərib. Həmin məktubda heyvanların sayı barədə Suliddin Abdullayev tərəfindən onlayn məlumat verildiyi və hazırda onun heyvanları satması qeyd olunub. Qeyd edim ki, Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd hissəsinə əsasən, Suliddin Abdullayev vəzifəli şəxs sayılır (çünki o sahibkardır və heyvanların sayı barədə məlumatları da sahibkar kimi hesabat verib)".

Ədalət Müseyibov deyir ki, Suliddin Abdullayevin əslində heyvanı olmaması barədə Şəmkir Rayon İcra Hakimiyyətinə dəfələrlə məlumat verilib.
İcra Hakimiyyəti isə Rasim Bayramova ünvanladığı məktubda qeyd edib ki, Suliddin Abdullayevin sözügedən torpağın başqasına icarəyə verməsi məsələsi araşdırılır. Əlavə edilib ki, bundan sonra məhkəməyə müraciət ediləcək:

"Təsəvvür edin, biz dəfələrlə icra hakimiyyətinə müraciət etmişik, qanunsuzluq barədə məlumat vermişik. Amma bunlar işin guya araşdırıldığını deyir. Hər şey ortadadı, burada hansı araşdırmadan gedir?!".

Ədalət Müseyibov qeyd edib ki, məsələ ilə əlaqədar yuxarı instansiyalara da müraciət etmək niyyətindədir.

Qaynarinfo məsələ ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan əməkdaşımızı hüquq şöbəsi ilə əlaqə saxlamağı tövsiyyə ediblər. Lakin hüquq şöbəsindən əznglərimizə cavab verən olmayıb.

Yazıda adı keçən Suliddin Abdullayevlə də əlaqə saxlamaq mümkün olmayıb.

İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 933   Tarix: 18 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 177
.

Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəə

10.11.2026 309
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 48
.

Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn

10:37 171
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

10:20 179
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

10:34 228
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 353
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 358
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 294
.