"Rusiya Cənubi Qafqazı itirmək üzrədir"- Elçin Xalidbəyli
"Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarəsinin faciəsindən Rusiya ilə Azərbaycan arasında olan münasibətləri pisləşdirmək üçün istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur" – bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə səsləndirib.
Zaxarova bildirib: "Biz çox yaxşı başa düşürük ki, həm Azərbaycan, həm də Rusiya vətəndaşlarının həyatına son qoyan təyyarə qəzası ilə bağlı faciə çox ağrılı şəkildə yaşanır. Biz başa düşürük ki, bütün bunlar heç nədən baş verməyib. Bəzi insanlar qəza nəticələrindən istifadə edib uğur qazanmaq istəyir." Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikirləri ilə son dövrlərdə gərgin olan Azərbaycan-Rusiya münasibətlərini yumşaltmağa çalışıb.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Rusiya Cənubi Qafqazı itirmək üzrədir. Gürcüstanda separatçı qüvvələri dəstəkləyib, müdafiə edir. Buna görə də Gürcüstanla münasibətlərində ciddi problemlər yaşayır. Eyni zamanda, Ermənistan da Rusiyadan qaçaraq qərbə sığınmağa çalışır. Siyasi baxımdan Ermənistan, Rusiyanın nəzarətindən çıxmaq üçün əlindən gələni edir. Cənubi Qafqazda yeganə ölkə Azərbaycandır ki, Rusiyanın təsir dairəsindən demək olar ki, çıxmış vəziyyətdədir. Çünki Azərbaycan, Rusiyanın ən güclü təsir mexanizmi olan Qarabağ problemini həll edərək, öz ərazi bütövlüyünü təmin edib. Ən əsası isə Azərbaycan ərazisindən Rusiya sülhməramlı qüvvələri də çıxarılıb. Rusiyanın Azərbaycana qarşı təsir mexanizmi qalmayıb:
"Rusiya Azərbaycanla bərabər hüquqlu münasibətlər qurmaq məcburiyyətindədir. Lakin Kremildə oturanlar imperialist yanaşma tərzindən uzaqlaşmaq fikrində deyillər. Buna görə də Azərbaycanın sərnişin təyyarəsinin vurulması ilə bağlı qalmaqaldan istifadə edərək, Rusiya öz imperiya gücünü nümayiş etdirmək fikrindədir. Azərbaycanı növbəti dəfə sınağa çəkir. Kremildə belə hesab edirlər ki, Azərbaycana təzyiq göstərmək üçün yeni mexanizmlərin yaradılması vacibdir. Bu baxımdan Azərbaycanla münasibətlərin gərginləşdirilməsi ilə rəsmi Bakını müəyyən mənada çətin vəziyyətə salmağa cəhd göstərirlər. Halbuki, rəsmi Bakı qarşısına qoyduğu hədəflərə çatmaqdan dönməyəcək. Rəsmi Bakı inadkar, qətiyyətli və haqlı mövqeyindən heç zaman çəkilməyəcək. Rusiya bu dəfə də böyük risk alır. Azərbaycanla münasibətlərin gərginləşməsi rəsmi Kremilə Azərbaycan üzərində təzyiq mexanizmi yarada bilməz. Azərbaycanı Rusiya ilə münasibətlərdə daha da böyük müdafiə saxlamaq niyyətinə sala bilər. Kreml unutmamalıdır ki, Azərbaycanın NATO-nun üzvü olan Türkiyə kimi güclü strateji müttəfiqi mövcuddur. Türkiyə artıq Cənubi Qafqazda öz gücünü nümayiş etdirməyə başlayıb. Azərbaycanı dəstəklədiyini də heç zaman gizlətməyib. Bu, Rusiya üçün ciddi problemdir. Bütün bunları nəzərə alanda, hesab etmək olar ki, Kreml vərdiş etdiyi məkirli oyunlara yenidən başlayıb. Azərbaycana qarşı təzyiq mexanizmi yaratmağa cəhd göstərir. Buna nail olacağı təqdirdə, Cənubi Qafqazda öz mövqeyini yenidən bərpa etmək ümidlərini hələ də qoruyur. Halbuki, artıq bütün bunlar keçmişdə qalıb. Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycan Rusya üçün əlçatmaz bir dövlətdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 922 Tarix: 18 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11:29 177 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəə
10.11.2026 309 Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
14:13 48 Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb
Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn
10:37 171 "Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi
Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr
10:20 179 Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır
Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric
10:34 228 İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
10.11.2026 353 84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi
ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna
10.11.2026 358 Zelenski bugünkü görüşdən yazdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti
10.11.2026 294