Elçilik dava ilə bitdi: Oğlanı polisə verdilər
Goranboy rayonunda elçilik mərasimi zamanı tərəflər arasında münaqişə baş verib.
BiG.AZ "Qafqazinfo"a istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
Belə ki, rayon sakini 2004-cü il təvəllüdlü M.Həsənli (şərti) yaxınlarını elçilik məqsədilə həmin kənddə yaşayan Gəncə Dövlət Universitetinin tələbəsi N.Nemətovanın yaşadığı evə aparıb. Lakin mərasim zamanı oğlanın atası ilə qızın atası arasında münaqişə baş verib. Belə ki, qızın atasının qarşı tərəfə rədd cavabı verməsindən sonra narazılıq yaranıb. Dava-dalaş zamanı yaranan səs-küyə qonşular gələrək tərəfləri ayırıblar.
Hadisədən sonra qız tərəfi M.Həsənli barəsində polisə şikayət edib. Onlar dava-dalaş zamanı elçiliyə gəlmiş oğlanın söyüş söyərək ailəni təhqir etdiyini bildiriblər. Həmçinin qızın atası M.Həsənlinin son bir il müddətində övladını narahat etdiyini, dərsə gedib-gələrkən qarşısını kəsərək evlilik təklif etdiyini deyib.
Barəsində inzibati xətaya dair (xırda xuliqanlıq) protokol tərtib edilən 21 yaşlı oğlan məhkəməyə göndərilib. Lakin Goranboy Rayon Məhkəməsi onun əməlində hər hansı xəta olmaması qərarına gələrək protokolla bağlı icraata xitam verib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1219 Tarix: 18 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakının mərkəzində ictimai asayişi pozan 6 nəfər HƏBS EDİLDİ
Bakıda ictimai asayişi pozanlar həbs edilib. -ın məlumatına görə, hadisələr Nəsimi rayonu "28 May" metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib. Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələ
15.10.2026 257 17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq
2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul
15.10.2026 328 17 Oktyabr - Füzuli Şəhəri Günü: Zəfərin, qayıdışın və milli iradənin təntənəsi
"17 Oktyabr Azərbaycan tarixində torpağa bağlılığın, milli iradənin, qəhrəmanlığın və tarixi ədalətin bərpasının rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Füzuli Şəhəri Günü xalqımızın yaddaşında yalnız bir şəhərin işğaldan azad olunması tarixi deyil, həm də illərlə yurd həsrəti ilə yaşayan insanları
15.10.2026 202 "Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər"
"Ermənistanın əvvəlki rəhbərliyi - Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir"
15.10.2026 222 "Sülh hələ də kövrəkdir, onu qorumaq lazımdır"
"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib. "Bi
15.10.2026 210 Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə
15.10.2026 367 Folqa Wi-Fi sürətini artırır - Maraqlı təcrübə
Mətbəxdə istifadə olunan alüminium folqanın zəif Wi-Fi bağlantısını yaxşılaşdıra biləcəyi barədə məsləhətlər internetdə çoxdan yayılır. Bu üsulu sınaqdan keçirənlər evin bir hissəsində məlumat ötürmə sürətinin təxminən beş dəfə artdığını müşahidə ediblər. xarici mediaya istinadla xəbər verir ki, müəlli
15.10.2026 203 AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənib
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq ela
15.10.2026 490 Bakı Bəyannaməsi qəbul edildi
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. "Qafqazinfo" xəbər verir ki, sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli
15.10.2026 255