Vardanyan hakimin bu sualı qarşısında susdu - Fotolar

Vardanyan hakimin bu sualı qarşısında susdu - FotolarFevralın 17-də Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillərlə təmin olunub.

Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

İclasın əvvəlində Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkil Avraam Berman konfidensial görüş üçün şərait yaradılmasını məhkəmədən xahiş edib.

Məhkəmə vəsatəti təmin edib və konfidensial görüş üçün fasilə elan olunub.

Fasilədən sonra Ruben Vardanyan və müdafiəçisi vəsatət verərək məhkəmə tərkibinə etiraz ediblər.

Dövlət ittihamını müdafiə edən prokurorlar Vüsal Əliyev və Fuad Musayev vəsatətə münasibət bildirərək qeyd ediblər ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə prosesində baxılaraq müvafiq qərar qəbul olunub. Habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret hallarının müəyyən edilməsinə və həmin etirazın əsaslandırılmasının zəruri olmasına dair tələblər təkrarən vurğulanıb.

Vəsatətdə qeyd edilən məsələlərə dair konkret əsasların müəyyən olunmadığını bildirən prokurorlar etirazın baxılmamış saxlanılmasını xahiş ediblər.

Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.

Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

Budəfəki məhkəmə iclasında ittiham aktının Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində Azərbaycan Respublikasının vaxtilə işğal altında olan suveren ərazilərinin minalanması, əsir düşmüş və girov götürülmüş Azərbaycan vətəndaşlarına verilmiş işgəncələr, törədilmiş ayrı-ayrı cinayət faktları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən antiterror əməliyyatlarının başlanılmasını qaçılmaz edən hallara dair epizodlar elan edilib.

İttiham aktına əsasən bildirilib ki, 2022-ci il sentyabrın 12-dən 14-dək olan müddət ərzində Ermənistanın silahlı döyüş mövqelərindən Azərbaycanın Zəngilan, Qubadlı, Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Silahlı Qüvvələrinin mühafizə postları və qərargahlarının iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbi qulluqçusu qəsdən öldürülüb, 435 hərbi qulluqçusuna, habelə Kəlbəcər rayonunun 1 dinc mülki sakininə ağır dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürmələrinə cəhd edilib.

Bundan başqa, qeyd olunub ki, Ermənistan dövləti vaxtilə işğal etdiyi Azərbaycan Respublikasının suveren ərazilərində yaratdığı və onun nəzarəti altında fəaliyyəti göstərmiş qondarma "Dağlıq Qarabağ respublikası"nı və onun qanunsuz silahlı birləşmələrini Ruben Vardanyan və digərləri vasitəsilə ümumilikdə 160 ədəd müxtəlif növ zirehli döyüş texnikası, 16.805.903 ədəd müxtəlif növ atıcı silah, onun komplekt hissələri və döyüş sursatları, 230 ədəd müxtəlif növ minaatan, tank əleyhinə 137 ədəd müxtəlif növ vasitə, 162 ədəd müxtəlif növ artilleriya topu, 3 ayaq radar sistemi və digər növ hərbi texniki əmlaklar, 41 min 522 ədəd müxtəlif növ əl qumbarası, habelə uçuş həyata keçirən təyyarə və digər avadanlıqları hədəfindən yayındırmaq üçün istifadə olunan Radiomaneə kompleksi "Pole-21", naviqasiya və telemetriya siqnallarını susdurmaq üçün istifadə edilən "Repellent-1" radioelektron mübarizə kompleksi ilə silahlandırıb.

Yekunda Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təqsirləndirilən şəxs Ruben Vardanyanın ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrini elan edib.

Bildirilib ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Bununla da iş üzrə ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb.

Daha sonra məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev təqsirləndirilən şəxsə ona qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini, ona istinad olunan əməllərin hüquqi tövsifini və həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı, həmçinin təqsirləndirilən şəxsin malik olduğu hüquqları izah edib.

Ardınca məhkəmə iclasında hakim qanunvericiliyə əsasən təqsirləndirilən şəxsə özünü təqsirli bilib-bilməməsinə dair suallar ünvanlayıb.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlara etiraz əlaməti olaraq verilmiş suallara cavab verməkdən imtina edib.

Məhkəmənin növbəti iclası fevralın 25-nə təyin olunub.
Vardanyan hakimin bu sualı qarşısında susdu - FotolarVardanyan hakimin bu sualı qarşısında susdu - FotolarVardanyan hakimin bu sualı qarşısında susdu - FotolarVardanyan hakimin bu sualı qarşısında susdu - FotolarVardanyan hakimin bu sualı qarşısında susdu - FotolarVardanyan hakimin bu sualı qarşısında susdu - FotolarVardanyan hakimin bu sualı qarşısında susdu - FotolarVardanyan hakimin bu sualı qarşısında susdu - FotolarVardanyan hakimin bu sualı qarşısında susdu - FotolarVardanyan hakimin bu sualı qarşısında susdu - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1005   Tarix: 17 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Biz artıq ümid edək ki, növbəti illər üçün bunun daha yaxşı nəticələrini görəcəyik" - MƏZAHİR MƏMMƏDLİ

Bugün ADA Universitetində şagirdlərin bilik və bacarıqlarının beynəlxalq səviyyədə qiymətləndirilməsini əks etdirən PİSA 2025-Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş toplantı keçirilib. Tədbirdə Azərbaycanın təhsil sahəsində əldə etdiyi nəticələr, şagirdləri

11:35 123
.

Hər gün hazır qəhvə içənlərin DİQQƏTİNƏ

Müəyyən şərtlər daxilində gündəlik içdiyimiz hazır qəhvə orqanizmə mənfi təsir göstərə bilər. Üstəlik, bunun ilk fəsadları uzun müddət nəzərə çarpmaya bilər. xəbər verir ki, hazır qəhvə kofeini sürətli şəkildə qəbul etməyin ən asan yollarından biridir. Ancaq hər gün içildikdə qəhvənin miqdarı, insanı

08.09.2026 302
.

Şəhidin anasını yox vicdanımızı mühakimə edək - KÖŞƏ YAZISI

Şəhid anasını "cana yığdı" deməkdən əvvəl bir anlıq dayanmaq, nəfəs dərmək və özümüzə çox ağır bir sual vermək lazımdır: biz nə vaxt bu qədər amansız olduq? . Son günlər şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova haqqında sosial şəbəkələrdə və bəzi media resurslarında müxtəlif ittihamla

10:03 199
.

Rusiya dronları Ukrayna-Moldova sərhəd keçid məntəqəsində iki nəfəri öldürüb

Ukrayna hakimiyyəti çərşənbə günü bildirib ki, Rusiya dronları Ukrayna ilə Moldova arasında cənubi Odessa bölgəsindəki sərhəd keçid məntəqəsini vurub, iki nəfərin ölümünə səbəb olub və gecə ölkənin paytaxtı Kiyevə hücum edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, qubernator Oleh Kiper Telegram-d

11:58 134
.

Xəzərdə pilotsuz dövr: Azərbaycan Hərbi Dəniz Qüvvələrini necə gücləndirir?

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 6-da Hərbi Dəniz Qüvvələrində olublar. Bu ziyarət kifayət qədər maraqlı məqamlarla yadda qalıb". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, səfərin ən diqqətçəkən tərəfi Prezident İlham Əliye

08.09.2026 259
.

Paşinyan Rusiya Dəmir Yollarının konsessiyasının satılmasına münasibət bildirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Baş nazirin müavini Aleksey Overçukun konsessiyanın Rusiya Dəmir Yollarının törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolu"na (SCR) satılması ilə bağlı açıqlamaları müzakirələrin hazırkı vəziyyətini əks etdirmir. xəbər verir ki, Paşinyan b

08.09.2026 207
.

Sabah Bakıya yağış yağacaq

Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr

12:24 114
.

"Tramp hakimiyyətinin xarici siyasətində ABŞ-ın öz təsir dairəsini yenidən müəyyənləşdirmək cəhdi açıq şəkildə görünür" - BƏHRUZ QULİYEV

"ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə İslandiyanı, Qrenlandiyanı, Kanadanı, Meksikanı, Mərkəzi Amerika və Karib hövzəsini ABŞ bayrağı altında göstərən xəritə paylaşması ilk baxışda adi bir sosial media paylaşımı təsiri bağışlaya bilər. Amma beynəlxalq siyasətdə xəritələr heç vaxt sadəc

08.09.2026 214
.

Səudiyyə Ərəbistanı Yəmənin bir neçə əyalətinə zərbələr endirib

Husilərə bağlı Əl-Məsirə televiziyası Səudiyyə Ərəbistanının Yəmənin bir neçə əyalətinə, o cümlədən Marib, Əl-Cəvf və Taiz əyalətlərinə zərbələr endirdiyini bildirib. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, hərbi əməliyyat zamanı Husilərin silah anbarları hədəf alınıb. Müəllif: İlkin Məmmədkərimo

12:59 104
.