"Regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir"-TURAN RZAYEV
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü xarici siyasət ölkəmizi regionda lider dövlətə, qlobal miqyasda isə etibarlı tərəfdaşa çevirib.
Hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Ölkəmizin qazandığı nailiyyətlər ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar və reytinq agentlikləri tərəfindən də təqdir edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir, əhalinin rifah halı gündən-günə daha da yüksəlir. Eləcə də Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edib.
Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı İlham Əliyevin siyasətində diqqəti xüsusi çəkən prioritetlərdir. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib. Ötən illər ərzində Azərbaycan Avropa Şurası, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında faydalı əməkdaşlıq edir. Son illər həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosial-mədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanan Azərbaycanın inkişaf modeli əlverişli coğrafi və geosiyasi məkanda yerləşən respublikamızın nüfuzunu daha da gücləndirib. Bu amilin nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyində olan dövlətlərin və təşkilatların sayı durmadan artır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan Cənubi Qafqazda hazırda ən çox inkişaf edən ölkədir:
"Daxildəki sabit iqtisadi və siyasi vəziyyət təhlükəsiz mühit yaradıb. Xüsusilə də 44 günlük müharibə sonrası Azərbaycan öz iqtisadi potensialı hesabına böyük bərpa və böyük qayıdış siyasəti başladıb. Bu siyasətin tərkib hissəsi olaraq ardıcıl işlər görülməkdədir. Görülən işlər təbii olaraq Bakını bölgədə xüsusi yerə çevirib. Ümumilikdə deyə bilərik ki, Azərbaycan əsas diqqətini böyük qayıdışa yönəldib. Azərbaycan hazırda dünyanın xüsusi təşkilatları ilə də əlaqələrini davam etdirməkdədir. COP29-a ev sahibliyi, Qoşulmama Hərəkatına sədrlik etməsi Azərbaycanın dünyada olan mövqeyinin göstəricisidir. Beynəlxalq təşkilatlarda olan uğurlu çıxışımız, əməkdaşlıq etdiyimiz ölkə sayının artması Azərbaycanın dünyada prestijini artıran addımlardandır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 773 Tarix: 17 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİran-ABŞ müharibəsində SON VƏZİYYƏT: Döyüşlər şiddətləndi, neft bahalaşdı
İranla ABŞ arasında altı aydan çoxdur davam edən hərbi qarşıdurma sentyabrın əvvəlində yenidən kəskin mərhələyə daxil olub. Bir aylıq nisbi sakitlikdən sonra tərəflər hava, raket və dəniz hücumlarını bərpa ediblər. Hazırda əsas gərginlik nöqtəsi Hörmüz boğazıdır. İran bu ərazidə yeni "qapalı zona"
08.09.2026 243 Sabah Bakıya yağış yağacaq
Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr
12:24 114 NATO Baş katibi Aİ-nin Ukrayna üçün "Patriot" sistemləri ilə bağlı qərarını alqışlayıb
NATO-nun Baş katibi Mark Rütte Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün mühüm məhsullar almasına imkan verən istisna ilə bağlı razılığa gəlməsini alqışlayıb. APA xəbər verir ki, Mark Rütte bu barədə "X" hesabında bildirib
08.09.2026 243 Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı
"2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur". Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarındakı dəyişikliklərlə bağlı açıqlamasında bildirib
08.09.2026 266 Hər gün hazır qəhvə içənlərin DİQQƏTİNƏ
Müəyyən şərtlər daxilində gündəlik içdiyimiz hazır qəhvə orqanizmə mənfi təsir göstərə bilər. Üstəlik, bunun ilk fəsadları uzun müddət nəzərə çarpmaya bilər. xəbər verir ki, hazır qəhvə kofeini sürətli şəkildə qəbul etməyin ən asan yollarından biridir. Ancaq hər gün içildikdə qəhvənin miqdarı, insanı
08.09.2026 302 Leyla Əhmədova həbs olundu
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta
08.09.2026 457 Səudiyyə Ərəbistanı Yəmənin bir neçə əyalətinə zərbələr endirib
Husilərə bağlı Əl-Məsirə televiziyası Səudiyyə Ərəbistanının Yəmənin bir neçə əyalətinə, o cümlədən Marib, Əl-Cəvf və Taiz əyalətlərinə zərbələr endirdiyini bildirib. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, hərbi əməliyyat zamanı Husilərin silah anbarları hədəf alınıb. Müəllif: İlkin Məmmədkərimo
12:59 104 Qızılın qiyməti yenidən yüksəldi
Qızılın sentyabrın 8-ə olan qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7 476,39 manat, 1 qram qızılın qiyməti isə 240,37 manat təşkil edib. 99 əyyar təmiz qızılın 1 qramı 240,37 manat, 750 əyyar İtalyan qızılı 180,46 manat, 585 əyyar Türk qızılı 140,76 manat, 58
08.09.2026 240 Rusiya dronları Ukrayna-Moldova sərhəd keçid məntəqəsində iki nəfəri öldürüb
Ukrayna hakimiyyəti çərşənbə günü bildirib ki, Rusiya dronları Ukrayna ilə Moldova arasında cənubi Odessa bölgəsindəki sərhəd keçid məntəqəsini vurub, iki nəfərin ölümünə səbəb olub və gecə ölkənin paytaxtı Kiyevə hücum edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, qubernator Oleh Kiper Telegram-d
11:58 134