"Yaş həddinin 21-ə qaldırılması silahın məsuliyyətsiz istifadəsinin qarşısını almaq üçün məntiqli görünür"- Vəkil

"Yaş həddinin 21-ə qaldırılması silahın məsuliyyətsiz istifadəsinin qarşısını almaq üçün məntiqli görünür"- VəkilAzərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq.Cinayət Məcəlləsinə və "Xidməti və mülki silah haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirə edilib. Mövcud qanunvericiliyə əsasən, mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan vəkil Turan Abdullazadə bildirib ki, beynəlxalq təcrübəyə baxsaq, bir çox ölkələrdə mülki silah əldə etmə yaşı 21 və ya daha yuxarıdır. Məsələn, ABŞ-ın bəzi ştatlarında, Avropa ölkələrinin əksəriyyətində bu yaş həddi 21 və ya daha çoxdur:

"Azərbaycan kontekstində isə bu addım məsələyə daha yetkin və təhlükəsiz yanaşmanı təşviq edə bilər.Mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə yazmalıdır. Şəxs bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün Azərbaycan Respublikası vətəndaşı olduğuna dair şəxsiyyət vəsiqəsini təqdim etməlidir. "Vətəndaş tərəfindən mülki silahın əldə edilməsinə icazənin verilməsindən imtina edildikdə və ya mülki silahın əldə edilməsinə dair ərizənin baxılma müddəti pozulduqda vətəndaş inzibati qaydada məhkəməyə şikayət edə bilər.

Azərbaycan Respublikasının qanununa əsasən, Azərbaycan Respublikasında xidməti silah əldə etmək hüququ olanlar bunlardır:
1) xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanları və hüquqi şəxslər; 2)xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr ( "təchiz edən müəssisələr"); 3) idman və ovçuluq cəmiyyətləri; 4) təhsil müəssisələri.
Bu Qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mülki silah əldə etmək hüququ var. Həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına və siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi digər vəzifəli şəxslərə xidməti silah verilir. Onların öz səlahiyyətlərini icra etdikləri bütün müddət ərzində xidməti silahı saxlamaq və gəzdirmək hüququ var".
Bəzi hallarda vətəndaşın xidməti və ya mülki silah əldə etməsi qadağandır:

Həmin hallar bunlardır:

1) Mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla yeddi ədəddən artıq odlu ov və ya idman silahı olduqda; 2) haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq tibb müəssisəsinin tibbi əks göstərişi olduqda; 3) o, ağır cinayətlərə görə, habelə silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda; 4)ov qaydalarının pozulması ilə bağlı hüquqpozmalara görə inzibati tənbeh tədbirləri tətbiq edildikdə (həmin inzibati tənbehin tətbiqindən bir il müddətində); 5) polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə; 6) bu maddənin 2-5-ci yarımbəndlərində nəzərdə tutulmuş şəxslə bir mənzildə yaşadıqda; 7) silahla təhlükəsiz davranma qaydalarını bilməməsi müəyyən olunduqda....

Ümumiyyətlə, mülki silah özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır.

Vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidir:

Özünümüdafiə silahı yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahıdır.
Şəxsin mülki silahın əldə edilməsinə xüsusi icazəsi varsa, bu eyni zamanda onun özünümüdafiə silahının (aerozol qurğuları istisna olmaqla) saxlanılması və gəzdirilməsi üçün icazəsi olması sayılır. Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur.

Qeyd etdiyiniz dəyişiklik silah əldə etmə yaşının 18-dən 21-ə qaldırılmasını nəzərdə tutur ki, bu da müəyyən mənada daha yetkin, məsuliyyətli və emosional olaraq daha sabit fərdlərin silah əldə etməsinə yönəlib.
Beynəlxalq təcrübəyə baxsaq, bir çox ölkələrdə mülki silah əldə etmə yaşı 21 və ya daha yuxarıdır. Məsələn, ABŞ-ın bəzi ştatlarında, Avropa ölkələrinin əksəriyyətində bu yaş həddi 21 və ya daha çoxdur.
Azərbaycan kontekstində isə bu addım məsələyə daha yetkin və təhlükəsiz yanaşmanı təşviq edə bilər. 18 yaş hüdudu yeniyetmələrin yeni müstəqillik qazandığı və emosional sabitliyin tam formalaşmadığı bir dövrdür. Bu baxımdan, yaş həddinin 21-ə qaldırılması silahın məsuliyyətsiz istifadəsinin və potensial təhlükələrin qarşısını almaq üçün daha məntiqli görünür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1997   Tarix: 17 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran-ABŞ müharibəsində SON VƏZİYYƏT: Döyüşlər şiddətləndi, neft bahalaşdı

İranla ABŞ arasında altı aydan çoxdur davam edən hərbi qarşıdurma sentyabrın əvvəlində yenidən kəskin mərhələyə daxil olub. Bir aylıq nisbi sakitlikdən sonra tərəflər hava, raket və dəniz hücumlarını bərpa ediblər. Hazırda əsas gərginlik nöqtəsi Hörmüz boğazıdır. İran bu ərazidə yeni "qapalı zona"

08.09.2026 243
.

Sabah Bakıya yağış yağacaq

Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr

12:24 114
.

NATO Baş katibi Aİ-nin Ukrayna üçün "Patriot" sistemləri ilə bağlı qərarını alqışlayıb

NATO-nun Baş katibi Mark Rütte Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün mühüm məhsullar almasına imkan verən istisna ilə bağlı razılığa gəlməsini alqışlayıb. APA xəbər verir ki, Mark Rütte bu barədə "X" hesabında bildirib

08.09.2026 243
.

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

"2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur"​. Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ​2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarındakı dəyişikliklərlə bağlı açıqlamasında bildirib

08.09.2026 266
.

Hər gün hazır qəhvə içənlərin DİQQƏTİNƏ

Müəyyən şərtlər daxilində gündəlik içdiyimiz hazır qəhvə orqanizmə mənfi təsir göstərə bilər. Üstəlik, bunun ilk fəsadları uzun müddət nəzərə çarpmaya bilər. xəbər verir ki, hazır qəhvə kofeini sürətli şəkildə qəbul etməyin ən asan yollarından biridir. Ancaq hər gün içildikdə qəhvənin miqdarı, insanı

08.09.2026 302
.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

08.09.2026 457
.

Səudiyyə Ərəbistanı Yəmənin bir neçə əyalətinə zərbələr endirib

Husilərə bağlı Əl-Məsirə televiziyası Səudiyyə Ərəbistanının Yəmənin bir neçə əyalətinə, o cümlədən Marib, Əl-Cəvf və Taiz əyalətlərinə zərbələr endirdiyini bildirib. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, hərbi əməliyyat zamanı Husilərin silah anbarları hədəf alınıb. Müəllif: İlkin Məmmədkərimo

12:59 104
.

Qızılın qiyməti yenidən yüksəldi

Qızılın sentyabrın 8-ə olan qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7 476,39 manat, 1 qram qızılın qiyməti isə 240,37 manat təşkil edib. 99 əyyar təmiz qızılın 1 qramı 240,37 manat, 750 əyyar İtalyan qızılı 180,46 manat, 585 əyyar Türk qızılı 140,76 manat, 58

08.09.2026 240
.

Rusiya dronları Ukrayna-Moldova sərhəd keçid məntəqəsində iki nəfəri öldürüb

Ukrayna hakimiyyəti çərşənbə günü bildirib ki, Rusiya dronları Ukrayna ilə Moldova arasında cənubi Odessa bölgəsindəki sərhəd keçid məntəqəsini vurub, iki nəfərin ölümünə səbəb olub və gecə ölkənin paytaxtı Kiyevə hücum edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, qubernator Oleh Kiper Telegram-d

11:58 134
.