Bakıdakı bu restoran bağlandı - Video

Bakıdakı bu restoran bağlandı - VideoBakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 18 ünvanında yerləşən "Xəzri" restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu müəyyən edilib.

BiG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilən yoxlama zamanı həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki;

- obyektin mətbəxində sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;

- obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;

- fasad hissənin üzlənməsində istifadə olunmuş materialların yanma qrupunu müəyyən edən müvafiq sənədlər təqdim olunmayıb;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyekt yanğın su hovuzu və daxili yanğın su kranları ilə təmin olunmayıb;

- obyekt odsöndürən balonlarla tam təmin edilməyib;

- təxliyə planı mövcud deyil;

- obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 18 ünvanında yerləşən "Xəzri" restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 813   Tarix: 08 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mərkəzi Nəbatat və Dendrologiya Bağı" MMC yaradılır

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyəti təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında"

20.02.2026 261
.

Sülh Şurasında yeni təşəbbüs: Tramp mükafatı təsis oluna bilər

Sülh Şurasının iclası zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trumpın adını daşıyan sülh mükafatının təsis edilməsini təklif edib. xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısının çıxışı Ağ Evin rəsmi YouTube kanalında yayımlanıb. Tokayev bildirib: "Donal

20.02.2026 210
.

"RUSİYA BÜTÜN SƏRHƏDLƏRİ AŞIR" - "Deyəsən, kremldəkilər Priqojin qiyamı zamanı ailələrinin hara uçduqlarını unudublar..."

"Hələ bir neçə həftə əvvəl efirlərin birində Azərbaycan Prezidentinin ailəsini hədəf alan informasiya təxribatı mövzusuna toxunmuş və bunun arxasında Rusiyanın dayana biləcəyini ehtimal etmişdim". "AzPolitika" bildirir ki, bu barədə politoloq Fərhad Məmmədov "Telegram" hesabınd

20.02.2026 201
.

Sabah 21° isti olacaq

Fevralın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləy

20.02.2026 265
.

Kaya Kallas Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin təsdiqlənəcəyindən əmindir

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin təsdiqlənəcəyindən əmindir. APA xəbər verir ki, Kallas fevralın 23-də Rusiyaya qarşı 20-ci sanksiyalar paketini qəbul edəcəklərini bəyan edib. "Bazar ertəs

20.02.2026 142
.

Bu xəstəliyi olanlar oruc tutmasın

"Ramazanda sahur, oruc tutan şəxs üçün çox önəmlidir, çünki bu, gün ərzində enerjinin təmin edilməsi üçün əsas mənbədir. Sahurda kompleks karbohidratlar, o cümlədən çovdar çörəyi, yulaf, bulqur, düyü və ya tam taxıllardan ibarət qidaları qəbul etmək məsləhət görülür". Axşam.az xəbər verir ki

20.02.2026 322
.

Brilliant Dadaşova: TV-lər istənilən müğənnini ödəniş müqabilində efirə çıxarır, verilişlər zəbt olunur - MÜSAHİBƏ

Günəşin sanki bizimlə gizlənqaç oynadığı gündə Xaqani bağına çatıb ayaq saxladım. Şəhər sözün əsl mənasında çiçəklənmişdi. Axı həmin gün 14 fevral idi - aşiqlərin hər vasitə ilə bir-birinə sevgilərini sübut etməyə çalışdığı gün. Elə mən də o gün bir növ müsahibimə sevgi etirafı etməyə gedirdim…. Xal

20.02.2026 264
.

Hava nəqliyyatında növbəti insident: 3 nəfərlik helikopter yoxa çıxıb

Rusiyada göyərtəsində üç nəfərin olduğu helikopter havada yoxa çıxıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı xilasedicilər və təcili tibbi yardım briqadaları hazır vəziyyətə gətirilib. Hazırda helikopterin yeri və taleyi barədə rəsmi məlumat açıqlanmayıb. [hh4-unikal]

20.02.2026 232
.

Bu üç problem yalnız çox ağıllı insanlarda olur

Bəzən xarakter və davranışdakı çətinliklər yüksək zəkanın, dərin düşüncənin və dünyanı qeyri-standart qavramağın əlaməti ola bilər. Yüksək intellekt yalnız uğur, nailiyyət və düzgün qərarlarla ölçülmür. Ağıllı olmaq çox vaxt başqalarının asanlıqla fərq etmədiyi daxili çətinlikləri də özü ilə gətirir

20.02.2026 236
.

TOP MP3